""Laçının Şəhər Günü"nün bayram keçirilməsi tarixi hadisədir" - AÇIQLAMA

""Laçının Şəhər Günü"nün bayram keçirilməsi tarixi hadisədir" - AÇIQLAMA"1992-ci il mayın 8-də Laçının ermənilər tərəfindən işğalı böyük faciə idi. Çünki Laçın rayonunun işğalından sonra Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında fiziki bağlantı yarandı. Bu da digər ərazilərimizin işğalı üçün Ermənistana imkanlar qazandırdı" , - bunu Sonxeber.az -a danışan ehtiyatda olan polkovnik-leytenant,
Vətən müharibəsi qazisi Cavid Fərhadov deyib:

"Azərbaycan öz torpaqlarını 44 günlük Vətən müharibəsində işğaldan azad etsə də, Laçın şəhəri, Zabux və Sus kəndləri 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən təxminən iki il sonra 2022-ci ilin avqustun 26-da nəzarətimizə keçdi. Ermənistan Laçında hərbi cinayətlər törədərək burada Qarabağla əlaqəsi olmayan Yaxın Şərqdən olan ermənilərin məskunlaşmasını aparmışdı. Amma dövlətimizin başçısının qətiyyəti və siyasi iradəsi sayəsində Laçın şəhəri, Zabux və Sus kəndləri Ermənistanın məskunlaşdırdığı ermənilərdən azad edildi. Laçın şəhəri, Zabux və Sus kəndləri sürətlə inkişaf edib. torpaqların tam azad olmasından keçən az vaxt ərzində Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən qurulub bərpa etdirilərək müasir libasa bürünüb, burada laçınlıların xoşbəxt gələcəyi üçün bütün şərait yaradılıb. 2023-cü il mayın 28-dən etibarən isə laçınlıların öz doğma yurdlarına qayıdışına başlanılıb.
Müharibənin başa çatdığı 6 ilə yaxın bir dövrdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dəfələrlə Laçına səfər etmələri bu rayonun sürətlə və keyfiyyətlə yenidən qurulmasına yol açıb. Dövlətimizin başçısının hər bir səfəri rayonun həyatına canlanma gətirib, təməli qoyulan və açılışları olunan çoxsaylı layihələrlə zəngin olub. Laçının 258 hektar ərazisində müasir standartlara cavab verən evlər yenidən inşa olunub. Şəhər infrastrukturu isə laçınlıların rahat yaşamasına və buraya gələcək qonaqların dincəlməsinə imkan verəcək. Öz doğma yurdlarına qayıdacaq insanlar üçün iş yerlərinin qabaqcadan açılması 31 il məcburi köçkünlük həyatına son qoyulmuş hər bir laçınlının firavan gələcəyinin təminatı deməkdir. Laçında yaradılan Aqro və Sənaye Parkında fəaliyyət göstərəcək 46 müəssisə laçınlıların işsizlik məsələsini həll etməklə yanaşı, rayonun iqtisadiyyatının yenidən sıçrayışlı inkişafına yol açacaq. Tikilən müasir yollar, Beynəlxalq Hava Limanı və şəhər infrastrukturu Laçın şəhəri, Zabux və Sus kəndlərini ən müasir səviyyəyə gətirir və buraya səfər edən hər kəsi valeh edir.
Prezident İlham Əliyev 2023-cü il mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək demişdi: "Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun".
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi və tapşırıqları ilə Laçın cənnətə çevrilib. Burada insanların firavan yaşaması üçün hər şey yüksək səviyyədə tikilir. Bu, həm də yenidən qurulan və bərpa olunan işğaldan azad edilmiş ərazilərimizin əyani təzahürüdür. Ermənistan və onun dayaqları işğaldan azad olunmuş ərazilərin yeni libas geyinməsini və sevinclə öz sakinlərini qarşıladığını görəndə mənəvi əzab çəkirlər.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis edilib. Laçın şəhəri avqustun 26-da ermənilərdən azad olunduğundan bu tarix "Laçın Şəhəri Günü" kimi təsdiq olunub. Avqustun 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə laçınlıların yüksək əhvali-ruhiyyəsi ilə "Laçının Şəhər Günü"nün bayram keçirilməsi tarixi hadisədir. 31 il əvvəl gözü yaşlı öz doğma yurdlarını tərk edən laçınlılar artıq sevinclə öz doğma yurdlarına qayıdırlar və bayramlar keçirilər. Laçında musiqi sədaları ucalır və atəşfəşanlıq səsləri eşidilir. Laçınlılar bu günü həsrətlə gözləyirdilər. Laçında qeyri-qanuni məskunlaşma aparan Ermənistan buranın və digər ərazilərimizin azad olunacağını heç təsəvvürünə belə gətirə bilməzdi.
Ağcabədi rayonunun Taxtakörpü ərazisində laçınlı məcburi köçkünlər ilə özünün 50 illik yubileyini qeyd edən Prezident İlham Əliyev Laçını azad edəcəyini və növbəti yubileyinin azad edilmiş ərazilərdə qeyd olunacağını bildirmişdi. Dövlətimizin başçısı öz sözünə əməl etdi və 60 illik yubileyini Şuşada keçirdi. Bu gün laçınlılar öz doğma yurdlarında şəhər gününü bayram edirlər. Bu, bir daha Azərbaycan Prezidentinin öz vədinə sadiqliyinin, həm də dövlətimizin gücünün göstəricisidir.
"Prezident İlham Əliyevin rəhbərliyi ilə günü-gündən güclənən Azərbaycan dövləti öz haqq işini davam etdirir, bütün arzu və istəklərini reallaşdırır. Qarşımıza çoxlu maneələr çıxır və düşmənlərimiz bizə təzyiq göstərərək haqq işimizin qarşısını almağa çalışırlar. Ona görə də bizi danışıqlar yolu ilə torpaqlarımızın işğaldan azad olunacağına inandırmağa çalışaraq erməni işğalını əbədiləşdirmək istəyirdilər. Amma Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəşadətli Ordumuzun gücü sayəsində 30 il işğal altında saxlanılan torpaqlar 44 gündə döyüş meydanında azad olundu. O cümlədən 2023-cü ilin aprelin 23-də Həkəri çayı üzərində "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsi yaratmaqla Azərbaycan öz gücünü bir daha nümayiş etdirdi. Bu gün artıq ölkəmizin ərazi bütövlüyü təmin olunub. Bütün sərhədboyu nəzarət-keçid məntəqələri yaratmaqla ölkəmizə giriş və çıxışlar icazəmizlə həyata keçirilir. Azərbaycan xalqının iradəsini heç kim sarsıda bilməz".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 275   Tarix: 20 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edildi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın sabiq prezidenti Viktor Yuşenko ilə görüşüb. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev rəsmi sosial şəbəkə hesabında paylaşım edib. "20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük

17 avqust
.

"Koreya yarımadasında əsas ehtiyac yeni silah nümayişi deyil, yeni diplomatik mexanizmlərin işə salınmasıdır" - BƏHRUZ QULİYEV

"ABŞ və Cənubi Koreyanın avqustun 17-dən 27-dək keçirəcəyi birgə hərbi təlimləri, eyni zamanda Şimali Koreyanın Yaponiya və ABŞ-Cənubi Koreya hərbi əməkdaşlığına qarşı sərt ritorikası Şərqi Asiyada təhlükəsizlik mənzərəsini yenidən gündəmə gətirib. Üstəlik, Pxenyanın təlimlər ərəfəsində ballisti

13 avqust
.

"Dövlət auditi" informasiya sistemi yaradıldı

Prezident İlham Əliyev "Dövlət auditi" informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb. -a istinadən xəbər verir ki, fərmana əsasən, "Dövlət auditi" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib. Nazirlə

14 avqust
.

ABŞ-İran danışıqları niyə nəticəsiz qaldı? - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ və İran arasında diplomatik təmasların bərpası istiqamətində səylər hələlik nəticə verməyib. Reuters-in 12 avqust tarixli məlumatına görə, tərəflər iyunda əldə edilmiş müvəqqəti razılaşmanı yenidən işə salmaq məsələsində ortaq mövqeyə gələ bilməyiblər. Tehran Vaşinqtonun əvvəlki razılaşma üzrə öhdəliklərin

12 avqust
.

İlham Əliyev Naxçıvana 258 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncam Naxçıvan Muxtar Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrində

12 avqust
.

Rusiyadan Ermənistana buğda daşıyan yük qatarı Biləcəridən yola düşüb

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 8vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb. report-a istinadən xəbər verir ki, tədarükə çəkisi 560ton olan buğda daxildir. Yük Böyük Kəsik istiqamətinə göndərilib

15 avqust
.

"Laçının timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük" - AÇIQLAMA

Laçın şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. 2022-ci il avqustun 26-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqına bu möhtəşəm xəbəri çatdırdı. "Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçı

20 avqust
.

Prezident Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyət verdi

Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikasının məlumatları Kənd Təsərrüfatı Nazirliyinə də təqdim olunacaq. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Hazırda Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikasının məlumatları Azərbayca

14 avqust
.

İlham Əliyev Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib

18 avqust