Dövlətlərarası münasibətlər siyasi əlaqələrin qurulması ilə formalaşır - POLİTOLOQ
Ermənistanın 2026-2031-ci illər üzrə hökumət proqramı layihəsində Azərbaycanla ikitərəfli ticarətin və işgüzar dairələr arasında əlaqələrin fəallaşdırılmasının sülhün institusional xarakter almasının tərkib hissəsi kimi göstərilməsi diqqət çəkir. Sənəddə bununla yanaşı, sülh sazişinin imzalanması və ratifikasiyası, Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası istiqamətində işlərin davam etdirilməsi də nəzərdə tutulur.
Bəs, Azərbaycanla iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi sülh prosesinin praktiki və davamlı mərhələyə keçdiyini göstərən amil kimi qiymətləndirilə bilərmi və iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi siyasi münasibətlərin normallaşmasına, qarşılıqlı etimadın formalaşmasına və regionda uzunmüddətli sabitliyin təmin olunmasına necə təsir göstərə bilər?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, 2026-2031-ci illərdə, yəni bu beşillik dövr ərzində ticarət əlaqələrinin inkişaf etdirilməsi yaxşı istəkdir:
"Amma bu ticarət əlaqələrinin inkişaf etdirilməsinin arxasında, eyni zamanda, siyasi münasibətlər sisteminin qurulması dayanır. Yəni Azərbaycanla sülh müqaviləsi imzalanmadan ciddi iqtisadi və ticarət əlaqələrindən danışmaq real görünmür. Hazırda hansısa kiçik addımların atılması, əslində, Azərbaycanın jest etməsidir. Yəni mesaj ondan ibarətdir ki, əgər sülh əldə olunacaqsa, bu addımları davamlı və daha genişmiqyaslı şəkildə həyata keçirə bilərik. Amma bu, o demək deyil ki, sülh müqaviləsi imzalanmadan tərəflər siyasi əlaqələri tam formalaşdırmadan iqtisadi əlaqələri dərinləşdirə bilərlər".
Politoloq bildirib ki, beynəlxalq münasibətlərdə əsas yanaşma ondan ibarətdir ki, dövlətlərarası münasibətlər, ilk növbədə, siyasi əlaqələrin qurulması ilə formalaşır və daha sonra iqtisadi müstəviyə keçərək qarşılıqlı iqtisadi faydalılıq yaradır:
"Bu da qarşıya qoyulan əsas tələblərdən biridir. Tərəflər bu addımı atmasa, xüsusilə də Ermənistan bu istiqamətdə öhdəliklərə riayət etməsə, bundan ciddi nəticə gözləmək o qədər də faydalı olmaya bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu