Özbəkistan Azərbaycanın Qarabağla bağlı haqlı mövqeyini daim dəstəkləyib

Özbəkistan Azərbaycanın Qarabağla bağlı haqlı mövqeyini daim dəstəkləyibAzərbaycan ilə Özbəkistan arasında münasibətlər tarix, dil, din və mədəni dəyərlərə əsaslanan dərin qardaşlıq təməli üzərində qurulub. Son illərdə isə bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək çoxşaxəli əməkdaşlıq müstəvisində inkişaf etməkdədir. Siyasi dialoqdan iqtisadi inteqrasiyaya, humanitar əməkdaşlıqdan regional təhlükəsizlik məsələlərində ortaq mövqelərə qədər uzanan bu münasibətlər, Türk dünyasının gələcəyi üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan və Özbəkistan münasibətləri son illərdə xüsusi dinamizm qazanıb. Dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər, birgə imzalanan sənədlər və yaradılan institusional mexanizmlər strateji əməkdaşlığın əsas dayaqlarını formalaşdırıb.
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 22-də Özbəkistana rəsmi səfərə gəlib. Səfər ərəfəsində ölkə başçımız Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib.
İki ölkə arasında əlaqələr 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Daşkənddə, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Bu diplomatik platformada indiyədək 190-dan çox ikitərəfli sənəd imzalanaraq hüquqi bazanın təməli möhkəmləndirilib. Sənədlər arasında 2022-ci ildə imzalanmış "Strateji tərəfdaşlığın dərinləşdirilməsi" sənədi xüsusilə seçilir.
İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.
Prezident İlham Əliyev müsahibədə bildirdi ki, Azərbaycanla Özbəkistan arasında iqtisadi-ticari əməkdaşlıq son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Belə ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Dövlətimizin başçısı bu rəqəmi əla göstərici kimi dəyərləndirdi.
Hazırda münasibətlər yalnız dostluq səviyyəsində deyil, həm də hərtərəfli və strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Strateji münasibətlərin ideya əsasları böyük siyasi uzaqgörənliklə hələ sovet dövründə qoyulmuşdur. 1970-ci illərdə Azərbaycanın rəhbəri Heydər Əliyev və Özbəkistanın o zamankı rəhbəri Şərəf Rəşidov arasında şəxsi dostluq və qarşılıqlı hörmət əlaqələri bu gün də dərin hörmətlə yad edilir. Ulu öndər Heydər Əliyev özbək xalqına daim xüsusi rəğbət bəsləmiş, bu münasibət sonradan yüksək səviyyəli dövlətlərarası əlaqələrdə davam etdirilmişdir.

Azərbaycan və Özbəkistan xalqları ortaq dini və dil kimliyinə malikdir. Hər iki xalq islam dininə mənsub olmaqla yanaşı, türk dil qrupuna daxil olan dillərdə danışır. Əlişir Nəvai, Nizami Gəncəvi, Füzuli kimi dahilərin irsi ortaq ədəbi-mədəni yaddaşı formalaşdırır. Bu zəmin üzərində ölkələr arasında mədəniyyət günləri, kitab nəşrləri, təhsil mübadiləsi və humanitar əməkdaşlıq uğurla inkişaf edir.
Hər iki ölkə beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipinə sadiqdir. Özbəkistan, Azərbaycanın Qarabağla bağlı haqlı mövqeyini daim dəstəkləyib. Bu həm siyasi, həm də mənəvi dəstək kimi yüksək dəyərləndirilir. Azərbaycan və Özbəkistan, Mərkəzi Asiya və Cənubi Qafqazda sülhün və sabitliyin qorunması üçün ortaq mövqe nümayiş etdirir.
Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev arasında şəxsi dostluq və qarşılıqlı inam bu münasibətlərin əsas dayaq nöqtəsidir. Liderlər regionda sabitlik və Türk dünyasının birliyi naminə ardıcıl və məqsədyönlü addımlar atırlar. Dövlət başçılarının səyləri nəticəsində Azərbaycan-Özbəkistan əlaqələri regional və beynəlxalq əhəmiyyətli strateji əməkdaşlıq modelinə çevrilmişdir. Hər iki ölkənin xarici siyasət kursu qarşılıqlı suverenliyin tanınması, ərazi bütövlüyünün dəstəklənməsi və daxili işlərə qarışmamaq prinsipləri üzərində qurulub. Bu, xüsusilə Qarabağ Zəfərindən sonra özünü daha qabarıq şəkildə göstərdi. 2020-ci ilin sonunda Şavkat Mirziyoyev Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə dövlət başçımızı ilk təbrik edən liderlərdən oldu. Bundan sonra Özbəkistan tərəfindən Füzuli şəhərində məktəb tikintisi təşəbbüsü irəli sürüldü və 2023-cü il avqustun 23-də bu layihə icra olunaraq istifadəyə verildi. Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb bu gün iki qardaş ölkə arasında sarsılmaz birliyin nümunəsinə çevrilib.
Prezident İlham Əliyev öz müsahibəsində qeyd etdi ki, Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətləri son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb.
Prezident İlham Əliyev Azərbaycanla Özbəkistan arasında siyasi dialoqun çox yüksək səviyyədə olduğunu bildirərək son illər həyata keçirilmiş və gözlənilən səfərlər barədə danışdı: "Sözsüz ki, son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslarımız bu əlaqələrin dinamik inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaradır.
Bu, son beş ildə mənim üçüncü dövlət və ümumilikdə qardaş ölkəyə yeddinci səfərimdir. Gözəl və bənzərsiz Özbəkistana səfər etməkdən daim böyük məmnunluq duyuram və hər səfər mənim üçün xüsusi əhəmiyyətə malikdir. Ənənəvi olaraq bu səfərlər müstəsna qonaqpərvərlik, qardaşlıq, səmimiyyət və qarşılıqlı anlaşma mühitində baş tutur. Qardaş Özbəkistana səfərlərimdə məni ən çox sevindirən son illərdə ölkənin bütün sahələrdə sürətli inkişafıdır".

Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 145   Tarix: 22 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və Özbəkistan arasında siyasi dialoq çox yüksək səviyyədədir

Azərbaycanın dünyanın əksər dövlətləri ilə ikitərəfli münasibətləri onun dünyəvi siyasi nüfuzunun səviyyəsinin göstəricisidir. Bu münasibətlər sosial həyatın əksər sahələrini əhatə etdiyinə görə siyasi münasibətlər müstəvisində qarşılıqlı iqtisadi inkişafın zəmanətinin tərkib hissələrindən biri olub

22 avqust
.

III Dünya müharibəsi başlayır? - POLİTOLOQDAN AÇIQLAMA

Dünyanın müxtəlif bölgələrində eyni vaxtda davam edən müharibələr və böyük dövlətlər arasında artan qarşıdurma yeni dünya müharibəsi ehtimalı ilə bağlı narahatlıqları gücləndirib. Hazırda Yaxın Şərqdə ABŞ-İran müharibəsinin davam etməsi, Rusiya-Ukrayna cəbhəsində gərginliyin yüksəlməsi, NATO-nun şər

14 avqust
.

İlham Əliyev: "Azərbaycanla Özbəkistan TDT-ni ortaq tariximizi və mədəniyyətimizi gələcəyə daşıyan birlik kimi dəyərləndirir"

"Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Özbəkistanın Mill

21 avqust
.

İlham Əliyev üç nəfərə "general-leytenant", bir nəfərə "general-mayor" rütbəsi verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərb

17 avqust
.

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib. AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Hörmətli cənab Prezident, Azərbaycan-Özbəkistan münasibətləri son illər dinamik şəkildə inkişaf edib və ən yüksək müttəfiqlik səviyyəsinə çatıb

21 avqust
.

Prezident yeni dövlət proqramını TƏSDİQLƏDİ

"Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti aşağıdakılar barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasını

20 avqust
.

Ukrayna Azərbaycana təşəkkür edib

Ukrayna davam edən Rusiya-Ukrayna müharibəsi fonunda enerji avadanlıqları ilə təminatda göstərilən yardıma görə Azərbaycana təşəkkür edib. xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib. Vurğulanıb ki, bu ilin əvvəlindən Avropa İttifaqı

19 avqust
.

"Laçın özünün yeni dövrünə qədəm qoyub" - AÇIQLAMA

"1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. 1 şəhər, 1 qəsəbə və 125 kəndi olan və böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələr

20 avqust
.

Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü" bayram tədbiri

"Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir. Çünki, dövlətimizin idarəçiliyinin arxasında Ümummilli Liderimiz Heydər Əliyevin layiqli varisi, yaratdığı siyasi kursun davamçısı, müstəqilliyimizin təminatçısı Möhtərəm Prezidentimiz İlham Əliyev durur. Prezident İlham Əliyev yeni əsrin yeni lider

20 avqust