Azərbaycan və Özbəkistan arasında siyasi dialoq çox yüksək səviyyədədir

Azərbaycan və Özbəkistan arasında siyasi dialoq çox yüksək səviyyədədirAzərbaycanın dünyanın əksər dövlətləri ilə ikitərəfli münasibətləri onun dünyəvi siyasi nüfuzunun səviyyəsinin göstəricisidir. Bu münasibətlər sosial həyatın əksər sahələrini əhatə etdiyinə görə siyasi münasibətlər müstəvisində qarşılıqlı iqtisadi inkişafın zəmanətinin tərkib hissələrindən biri olub. Azərbaycanın türkdilli dövlətlərlə münasibətləri daha dinamikdir, daha həssasdır, təkcə siyasi baxımdan deyil, həm də milli çalarlar baxımından. Azərbaycanla Özbəkistan arasında münasibətlər də məhz bu ülgüdə inkişaf edib, inkişaf etməkdədir. Azərbayan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə də bunun təsdiqidir.
Azərbaycanla Özbəkistan arasında münasibətlərin dərin qarşılıqlı rəqabətə əsaslandığını, bu iki dövlət arasında ortaq tarixin, mədəniyyətin, mənəvi dəyərlərin olduğunu, bu münasibətlərin son illərdə yüksək inkişaf səviyyəsinə çatdığını xatırladan dövlət başçımız bu iki dövlət arasında siyasi dialoqun da yüksək səviyyədə olduğunu bildirərək dedi: "2024-cü ilin avqustunda mənim Özbəkistana dövlət səfərim, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri oldu. Bu ikitərəfli səfərlər zamanı imzalanan çoxsaylı sənədlər, xüsusən "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirdi. Bu sənədlər ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirdi və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdı".
Dövlət başçımız müsahibəsində ötən illərdə Azərbaycanla Özbəkistan arasında davam etmiş münasibətlərin coğrafiyasını da xatırlatdı, bu xatırlatma ehtiram idi, tərəfdaşlığın daha da yüksəlişinin inamı idi. İkitərəfli münasibətlər üçün belə bir tərəfdaşlıq həmişə böyük uğurlar deməkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində qürurla bu məqamdan da söz açdı: " 2023-cü ilin avqust ayında təsis edilmiş Ali Dövlətlərarası Şura Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrildi. Bu platforma ölkələrimiz arasında uzunmüddətli əməkdaşlıq prioritetlərini müəyyənləşdirməyə, yeni təşəbbüslərin təşviqinə və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin səmərəli şəkildə əlaqələndirilməsinə xidmət edir. Şuranın artıq Daşkənddə və Bakıda keçirilən iki iclası Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək inkişaf tempini, siyasi dialoqun ardıcıllığını və ölkələrimizin perspektivə hesablanmış birgə fəaliyyət əzmini nümayiş etdirir. Bu gün siyasi münasibətlərimiz iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşir. Həyata keçirilən layihələr ölkələrimizin iqtisadi potensialını birləşdirməklə yanaşı, xalqlarımız arasında dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir. Əminəm ki, qarşıdakı səfər də ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, yeni birgə təşəbbüslərin həyata keçirilməsi və müttəfiqlik münasibətlərimizin möhkəmləndirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyətə malik olacaq".
Üç il əvvəl 500 milyon ABŞ dolları məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrildiyini, Hökumətlərarası Komissiyanın iqtisadi, ticari, investisiya və digər sahələrdə əlaqələrin inkişafında mühüm rol oynadığını, Özbəkistanın OZLITINEFTGAZ institutu ilə "SOCAR NIPI Nefteqaz"ın bazasında yaradılan "Neftegaztexnologiya" birgə müəssisəsinin 2016-cı ildən bəri neft-qaz sahəsində uğurla fəaliyyət göstərdiyini, xalqlarımızın qarşılıqlı səyləri və dövlətlərimizin birgə dəstəyi sayəsində son illərdə mədəni-humanitar əlaqələrin uğurla inkişaf etdiyini, ... bildirən dövlət başçımız dedi ki, "Azərbaycan ilə Özbəkistan arasında ortaq köklərə, dil və mədəni yaxınlığa, əsrlər boyu formalaşan mənəvi dəyərlərə əsaslanan mədəni və humanitar əməkdaşlıq münasibətlərin ayrılmaz və vacib sahəsidir. Bu sahədə həyata keçirilən əməkdaşlıq xalqlarımız arasında qarşılıqlı anlaşmanın, etimadın, dostluğun və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfə verir, humanitar əlaqələri yeni məzmunla zənginləşdirir. Xalqlarımızın qarşılıqlı səyləri və dövlətlərimizin birgə dəstəyi sayəsində son illərdə mədəni-humanitar əlaqələr uğurla inkişaf edir. Birgə keçirilən mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi nəşrlər və təhsil proqramları iki ölkə arasında mədəni və humanitar gündəliyin möhkəmlənməsində xüsusi rol oynayır. 2023-cü və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi edib, həmin il Xivə şəhərində "Şuşa Günləri" keçirilib. Özbəkistandan gələn geniştərkibli nümayəndə heyəti Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsində iştirak edib. Biz fəxr edirik ki, qardaş ölkəmizin ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən biri olan Özbəkistan Milli Pedaqoji Universiteti dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyır. Keçən il əziz qardaşım Prezident Şavkat Miromonoviçlə birlikdə Bakının mərkəzində təməlini qoyduğumuz 5 hektar sahəsi olan "Özbəkistan" parkı qardaşlığımızın daha bir rəmzinə çevriləcək. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən təşəbbüslər və layihələr iki ölkə arasında mədəni və humanitar əməkdaşlığın genişləndirilməsində böyük əhəmiyyətə malikdir".
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə siyasi dialoqun genişləndirilməsinə, iqtisadi əlaqələrin dərinləşdirilməsinə, nəqliyyat və kommunikasiya imkanlarının artırılmasına, həmçinin enerji və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyini də xatırladaraq məşvərət görüşləri çərçivəsində aparılan diskussiyaların region ölkələri arasında qarşılıqlı etimadı daha da gücləndirməyə, yeni əməkdaşlıq sahələrini müəyyənləşdirməyə və regional inkişaf naminə mühüm təşəbbüsləri həyata keçirməyə imkan verdiyini də qeyd etdi.

Aysel Mənsimova - politoloq


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 158   Tarix: 22 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

""Laçının Şəhər Günü"nün bayram keçirilməsi tarixi hadisədir" - AÇIQLAMA

"1992-ci il mayın 8-də Laçının ermənilər tərəfindən işğalı böyük faciə idi. Çünki Laçın rayonunun işğalından sonra Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında fiziki bağlantı yarandı. Bu da digər ərazilərimizin işğalı üçün Ermənistana imkanlar qazandırdı" , - bunu -a danışa

20 avqust
.

Özbəkistan Azərbaycanın Qarabağla bağlı haqlı mövqeyini daim dəstəkləyib

Azərbaycan ilə Özbəkistan arasında münasibətlər tarix, dil, din və mədəni dəyərlərə əsaslanan dərin qardaşlıq təməli üzərində qurulub. Son illərdə isə bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək çoxşaxəli əməkdaşlıq müstəvisində inkişaf etməkdədir. Siyasi dialoqdan iqtisadi inteqrasiyaya

22 avqust
.

Azərbaycan-Ukrayna münasibətləri köklü dövlətlərarası münasibətlərə malikdir

Azərbaycan Prezidentinin Ukraynanın İrpen şəhərinin "fəxri vətəndaşı" elan edilməsi iki ölkə arasında humanitar və siyasi münasibətlərin yüksək səviyyədə olduğunu göstərən simvolik addımlardan biri kimi qiymətləndirilir. İrpen şəhər şurası bu qərarı Azərbaycanın müharibənin ilk günlərində

17 avqust
.

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyi qeyd ediləcək. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Səhiyyə Nazirliyi Elm və Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi ilə birlikdə görkəmli dövlət və elm xadimi Əzi

20 avqust
.

"Laçın özünün yeni dövrünə qədəm qoyub" - AÇIQLAMA

"1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. 1 şəhər, 1 qəsəbə və 125 kəndi olan və böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələr

20 avqust
.

Ukrayna Azərbaycana təşəkkür edib

Ukrayna davam edən Rusiya-Ukrayna müharibəsi fonunda enerji avadanlıqları ilə təminatda göstərilən yardıma görə Azərbaycana təşəkkür edib. xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib. Vurğulanıb ki, bu ilin əvvəlindən Avropa İttifaqı

19 avqust
.

Dövlətlərarası münasibətlər siyasi əlaqələrin qurulması ilə formalaşır - POLİTOLOQ

Ermənistanın 2026-2031-ci illər üzrə hökumət proqramı layihəsində Azərbaycanla ikitərəfli ticarətin və işgüzar dairələr arasında əlaqələrin fəallaşdırılmasının sülhün institusional xarakter almasının tərkib hissəsi kimi göstərilməsi diqqət çəkir. Sənəddə bununla yanaşı, sülh sazişinin imzalanması v

20 avqust
.

Prezident: "Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanır"

"İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər

21 avqust
.

İlham Əliyev Türkmənistanla imzalanmış beş sənədi təsdiqlədi

Prezident İlham Əliyev Türkmənistanla imzalanmış beş sənədi təsdiqləyib. -a istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq fərmanlar imzalayıb. Həmin sənədlər aşağıdakılardır:. 1. Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsini

21 avqust