"Salam" və "bəli" deyil - telefon zənginə necə cavab vermək olar

"Salam" və "bəli" deyil - telefon zənginə necə cavab vermək olarTelefon zənginə necə cavab verməyiniz qarşınızdakı insanda sizin haqqınızda müəyyən təəssürat yarada bilər. Xüsusilə işgüzar danışıq zamanı söhbətə hansı sözlə başlamaq ünsiyyətin tonuna təsir edir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, gündəlik həyatda insanların əksəriyyəti telefon zənginə avtomatik olaraq "alo", "bəli" və ya "eşidirəm" sözləri ilə cavab verir. Lakin etiket baxımından bu variantların hamısı hər vəziyyət üçün eyni dərəcədə uyğun hesab edilmir.

Mütəxəssislər bildirirlər ki, "alo" demək dil və ya ünsiyyət səhvi deyil. Bu söz uzun illərdir telefon danışığında qarşı tərəfə zəngin qəbul edildiyini və onu eşitdiyinizi bildirmək üçün istifadə olunur. Ancaq rəsmi və işgüzar ünsiyyətdə təkcə "alo" demək bir qədər qeyri-rəsmi səslənə bilər.

Telefonu "bəli" sözü ilə açmaq isə daha az məqsədəuyğun sayılır. Çünki zəng edən şəxs doğru nömrəyə düşüb-düşmədiyini və danışmağa başlaya biləcəyini dərhal anlamaya bilər.

Etiket mütəxəssisləri tanımadığınız nömrədən gələn zənglərdə "Salam, sizi dinləyirəm" ifadəsinin daha nəzakətli və neytral olduğunu bildirirlər. Təkcə "dinləyirəm" demək isə bəzi hallarda sərt səslənə bilər.

Şəxsi və qeyri-rəsmi zənglərdə yaxın insanlara "alo" və ya "bəli" demək normal hesab olunur.

İşgüzar zənglər zamanı isə daha aydın təqdimat tövsiyə edilir. Məsələn, "Salam, ... şirkətidir, sizi dinləyirəm" və ya şəxsi nömrədə "Salam, mən Viktoriya, sizi dinləyirəm" formasında cavab vermək mümkündür.

Mütəxəssislər həmçinin telefon açılan kimi "Kimdir?" sualını verməməyi məsləhət görürlər. Daha nəzakətli variant əvvəlcə salamlaşmaq, sonra qarşı tərəfin özünü təqdim etməsinə imkan yaratmaqdır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 515   Tarix: 23 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Avatar"ın növbəti iki filmi bu tarixlərdə yayımlanacaq

"Avatar" franşizasının növbəti iki filminin nə vaxt ekranlara çıxacağı bəlli olub. Axşam.az xəbər verir ki, rejissor Ceyms Kemeronun məşhur fantastik film seriyasının dördüncü hissəsi 2029-cu il dekabrın 21-də, beşinci filmi isə 2031-ci il dekabrın 19-da tamaşaçılara təqdim olunacaq. Məluma

28 noyabr
.

Temperaturda tarixi rekord - Dünya həmin həddi keçdi

Dünya sənayeləşmədən əvvəlki dövrlə müqayisədə temperaturun 2 dərəcə Selsidən çox yüksəldiyi ən uzun dövrü (6 gün ərzində müşahidə olunub) yaşayıb. Alimlər bunu iqlim böhranının sürətləndiyini göstərən ciddi siqnal kimi qiymətləndirirlər. "Qafqazinfo" xəbər verir ki, "Kopernik" İqli

26 noyabr
.

Dünyada ən çox oxunan kitablar - Milyonların sevimli əsərləri

Dünya ədəbiyyatında elə kitablar var ki, əsrlər keçsə də, populyarlığını itirmir. Bəzi əsərlər yüz milyonlarla nüsxə satılaraq dünyanın ən məşhur kitabları sırasına daxil olub. xəbər verir ki, dünyada ən geniş yayılan kitablar arasında Bibliya xüsusi yer tutur. Müxtəlif dillərdə milyardlarla nüsxəs

22 noyabr
.

Yumurtaların üzərindəki rəqəmlər nə deməkdir? İlk rəqəmə diqqət edin

Marketlərdən alınan yumurtaların qabığına vurulan kodlar məhsulun hansı şəraitdə istehsal edildiyi barədə mühüm məlumat verir. xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, kodun ilk rəqəmi toyuğun yetişdirilmə üsulunu göstərir:. 0 ilə başlayanlar: Orqani

28 noyabr
.

Dünyanın ən dadlı pendiri hansı ölkədə hazırlanır?

Dünyanın müxtəlif ölkələrindən olan pendir istehsalçılarının qatıldığı nüfuzlu beynəlxalq müsabiqənin qalibi müəyyənləşib. Dünyanın ən nüfuzlu pendir müsabiqələrindən biri hesab olunan "World Cheese Awards 2026"nın nəticələri açıqlanıb. -ın xarici mediaya istinadən məlumatına görə, bu il müsabiqəni

22 noyabr
.

Süni intellekt sayəsində insanlar 1400 ilədək yaşaya bilər - Alimdən sensasiyalı proqnoz

Süni intellekt texnologiyalarının inkişafı gələcəkdə insan ömrünün 1200-1400 ilə qədər uzanmasına imkan yarada bilər. Oksford Universitetinin keçmiş professoru Nik Bostrom belə bir ehtimalın mümkün olduğunu düşünür. xəbər verir ki, bu barədə "Business Insider" nəşri yazıb. Bostromun fikrincə

24 noyabr
.

Yuxular qeydə alınacaq - Film kimi izləyəyəcəyik

Yaponiyalı alimlər yuxuların şifrəsinin açılması istiqamətində ilk addımı atıblar. -ə istinadən bildirir ki, ATR institutunun əməkdaşları funksional MRT və maşın öyrənməsi texnologiyasından istifadə edərək insanların yuxuya gedərkən gördükləri obyektlərin kateqoriyalarını müəyyənləşdirməyə çalışıblar

25 noyabr
.

Qəhvənin tərkibindəki maddənin bağırsaq iltihabına qarşı təsiri araşdırılıb

Qəhvə və bəzi digər bitkilərin tərkibində olan kofein turşusunun bağırsaqlarda iltihabı azaltmaq və onların qoruyucu baryerini möhkəmləndirmək potensialı aşkar edilib. xəbər verir ki, bu barədə Çinin alimlərinin "Phytomedicine" jurnalında dərc olunan araşdırmasında bildirilib. Tədqiqatçıla

25 noyabr
.

Sən demə buzlaqlar da "oxuya" bilirmiş

Buzlağın rəngi işıqlandırmadan və baxış bucağından, çıxardığı səslər isə hərəkətindən və temperatur şəraitindən asılıdır. Ölkə.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun İqlim və Ətraf Mühit Dəyişiklikləri Laboratoriyasının elmi əməkdaş

27 noyabr