"Azərbaycan-Özbəkistan münasibətləri yüksələn xətt üzrə inkişaf edir" - AÇIQLAMA
Azərbaycanla Özbəkistan arasında münasibətlər son illər yüksələn xətt üzrə inkişaf edir, ölkələrimiz arasında bütün sahələri əhatə edən dostluq və qardaşlıq əlaqələri daha da dərinləşir.
Azərbaycan və Özbəkistan arasındakı münasibətlər qədim tarixə və qardaşlıq ənənələrinə əsaslanır. Bu münasibətlər son illərdə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən daha da dərinləşdirilib. Nəzərə almalıyıq ki, Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Mərkəzi Asiyada xüsusi çəkisi və mövqeyi olan ölkələrdir. Bu iki qardaş ölkənin bir-biri ilə əlaqələrini dərinləşdirməsi həm regionumuz, həm də ölkələrimiz üçün çox ciddi amillərdən biridir.
Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə dair sənədlərin imzalanması ikitərəfli əlaqələrin daha da inkişafına mühüm töhfə verir.
Burada 2023-cü ildə Ali Dövlətlərarası Şuranın yaradılması da xüsusi vurğulanmalıdır. Bu Şuranın yaradılması münasibətlərimizin inkişafına əlavə təkan verib. İqtisadiyyat, siyasət, hərbi, mədəni və humanitar sahələrdə ölkələrimiz arasında münasibətlər getdikcə dərinləşir.
Qarşılıqlı sərmayələrin yatırılması, idxal-ixrac əməliyyatlarının genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və nəqliyyat-kommunikasiya xətlərinin inkişaf etdirilməsi də Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
Neft-qaz və enerji sahəsində də qarşılıqlı əlaqələr mövcuddur. Azərbaycanın strateji coğrafi mövqeyi həm nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsinə, həm də digər istiqamətlər üzrə əlaqələrin genişləndirilməsinə imkan yaradır.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində Azərbaycan-Özbəkistan münasibətlərinin əhəmiyyətinin dolğun şəkildə ifadə olunub. Prezident İlham Əliyevin müsahibəsi zamanı bu münasibətlərin nə qədər önəmli olduğunu bir daha gördük. Dövlətimizin başçısı Azərbaycanın mövqeyini aydın və qətiyyətli şəkildə ifadə etdi, münasibətlərimizin bütün konturlarını və gələcək yol xəritəsini ortaya qoydu. Hesab edirəm ki, Azərbaycan-Özbəkistan münasibətləri gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcək.
Həm Azərbaycan, həm də Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvlərindəndir. Bu amil ölkələrimiz arasındakı münasibətlərin daha da inkişafına töhfə verir. Hesab edirəm ki, gələcəkdə də Azərbaycan və Özbəkistan arasındakı qardaşlıq və müttəfiqlik münasibətləri sarsılmaz olacaq.
İlqar Əliyev - Dövlət İdarəçilik Akademiyası
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu