İlham Əliyevin "Ali Dostluq" ordeni ilə təltif edilməsi münasibətlərin qardaşlıq səviyyəsində olduğunun göstəricisidir - AÇIQLAMA

İlham Əliyevin "Ali Dostluq" ordeni ilə təltif edilməsi münasibətlərin qardaşlıq səviyyəsində olduğunun göstəricisidir - AÇIQLAMAÖzbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Prezidenti İlham Əliyevi "Ali dərəcəli Dostluq" ordeni ilə təltif etməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin növbəti siyasi göstəricisi kimi diqqət çəkir. Təltif Prezident Əliyevin Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafına verdiyi töhfənin yüksək qiymətləndirilməsi kimi təqdim olunub.

Bəs, bu təltif Azərbaycan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsinə verilən siyasi qiymət kimi necə dəyərləndirilə bilər və bu münasibətlərin gələcəkdə daha da möhkəmlənməsinə hansı təsirləri göstərə bilər?
İlham Əliyevin "Ali Dostluq" ordeni ilə təltif edilməsi münasibətlərin qardaşlıq səviyyəsində olduğunun göstəricisidir - AÇIQLAMASonxeber.az-a açıqlama verən "Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Azərbaycan Prezidentinin Özbəkistana növbəti dövlət səfəri, burada Şavkat Mirziyoyevlə keçirilən görüş, verilən açıqlamalar və imzalanan sənədlər iki dövlət arasında əlaqələrin inkişaf səviyyəsinin göstəricisidir.

"Mən hesab edirəm ki, burada hər iki prezidentin şəxsi münasibətləri və eyni zamanda hər iki prezident tərəfindən həyata keçirilən çalışmalar Azərbaycan-Özbəkistan münasibətlərini bu cür yüksək səviyyəyə gətirib çıxarıb. Azərbaycan özünə növbəti dost və qardaş ölkə ilə çox ciddi, sıx müttəfiqlik və əməkdaşlıq münasibətləri quraraq fəaliyyətini davam etdirir. Eyni zamanda, İlham Əliyevin Özbəkistan Prezidenti tərəfindən "Ali Dostluq" ordeni ilə təltif edilməsi münasibətlərin hazırkı səviyyəsinin ali dostluq və qardaşlıq münasibətləri səviyyəsində olduğunun göstəricisidir".

Ekspert bildirib ki, bu təltif iki ölkənin strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin daha da möhkəmlənməsinə və inkişafına gətirib çıxaracaq:

"Bu, münasibətlərdə yeni bir səhifənin açılması ilə nəticələnəcək. Biz gələcəkdə bu münasibətlərin, həmçinin bu mükafatlandırmanın və bundan sonra görüləcək işlərin faydalı nəticələrini görəcəyik".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 203   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Özbəkistan-Azərbaycan əməkdaşlığı Mərkəzi Asiya-Qafqaz əməkdaşlığı gündəmini dəyişdirmək gücündədir

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında artıq müttəfiqlik səviyyəsinə yüksəlmiş münasibətlərin daha da dərinləşdirilməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində yüksək səviyyəli görüşlər və yeni əməkdaşlıq istiqamətləri Azərbaycan-Özbəkista

24 avqust
.

Dostluq və müttəfiqlik əlaqələrinin daha da genişlənməsi

Azərbaycan-Özbəkistan münasibətləri zamanın sınaqlarından keçərək tarixi dostluqdan qardaşlığa, qardaşlıqdan strateji tərəfdaşlığa, strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəlib. Bu münasibətlərin möhkəm təməlini xalqlarımızı birləşdirən ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər və əsrlər boyu qoruna

24 avqust
.

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTO

Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida və Şaxnoza Mirziyoyevalar ilə birlikdə Daşkənddə "Oxunguzar" incəsənət məkanında olublar. AZƏRTAC-a istinadla xəbə

23 avqust
.

"Azərbaycan-Özbəkistan münasibətləri yüksələn xətt üzrə inkişaf edir" - AÇIQLAMA

Azərbaycanla Özbəkistan arasında münasibətlər son illər yüksələn xətt üzrə inkişaf edir, ölkələrimiz arasında bütün sahələri əhatə edən dostluq və qardaşlıq əlaqələri daha da dərinləşir. Azərbaycan və Özbəkistan arasındakı münasibətlər qədim tarixə və qardaşlıq ənənələrinə əsaslanır. Bu münasibətlə

24 avqust
.

"Azərbaycan Özbəkistan əlaqələri daha geniş müstəvidə inkişaf edir" - AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə yalnız Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü vəziyyətinə dair qiymətləndirmə deyil. Müsahibədə səsləndirilən fikirlər daha geniş siyasi və geosiyasi proseslərə, Cənubi Qafqazla Mərkəzi Asiy

24 avqust
.

Prezidentlə xanımını alqışlarla qarşıladılar - Video - Yenilənir

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri davam edir. "Qafqazinfo" xəbər verir ki, səfərin 2-ci günü Buxara şəhərində davam edəcək. Səfərin işıqlandırılması üçün media heyəti artıq Buxara şəhərindədir. *. Prezident İlham Əliyevin təyyarəsi Buxara hava limanına enib. *

24 avqust
.

"Azərbaycanla Özbəkistan arasında formalaşan münasibətlər daha geniş məna daşıyır" - AÇIQLAMA

"Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan-Özbəkistan münasibətlərinin, sadəcə, dostluq və tərəfdaşlıq çərçivəsində deyil, strateji müttəfiqlik müstəvisində inkişaf etdiyini göstərən mühüm siyasi mesajdır. Müsahibədə diqqət çəkən əsas məqam ik

24 avqust
.

Azərbaycan və Özbəkistan: Dərin köklərə və strateji müttəfiqliyə söykənən sarsılmaz dostluq

Son illər Mərkəzi Asiyanın dinamik inkişaf edən, ən böyük dövlətlərindən biri olan Özbəkistanla Azərbaycanın əlaqələri sürətlə inkişaf edir. Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bu kimi məqamlara toxunub. Sözügedən müsahibədə dövlətimizin başçısı bildiri

24 avqust
.

İlham Əliyev: "Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub"

"Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər bu gün həm mənəvi, həm də maddi baxımdan çox möhkəm təməl üzərində qurulub". AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında deyib. Dövlətimizin başçıs

23 avqust