Dostluq və müttəfiqlik əlaqələrinin daha da genişlənməsi
Azərbaycan-Özbəkistan münasibətləri zamanın sınaqlarından keçərək tarixi dostluqdan qardaşlığa, qardaşlıqdan strateji tərəfdaşlığa, strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəlib. Bu münasibətlərin möhkəm təməlini xalqlarımızı birləşdirən ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər və əsrlər boyu qorunan qarşılıqlı hörmət təşkil edir. Bu gün Azərbaycan-Özbəkistan əlaqələrinin sürətli inkişafında Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin siyasi iradəsi, qarşılıqlı etimadı mühüm rol oynayır. Liderlər arasında formalaşan səmimi münasibətlər Azərbaycan-Özbəkistan qardaşlığını yeni inkişaf mərhələsinə yüksəldib.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyi olan UzA-ya müsahibəsində də vurğuladığı kimi Azərbaycan və Özbəkistan arasında siyasi dialoq yüksək səviyyədədir. Son illərdə keçirilən qarşılıqlı səfərlər və intensiv təmaslar münasibətlərin inkişafına ciddi impuls verib.
Dövlətimizin başçısı müsahibəsində Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyəsini qeyd etməklə yanaşı iki ölkə arasında əməkdaşlığın gələcək perspektivlərinə də toxundu, qarşıda duran əsas istiqamətləri diqqətə çatdırdı.
Prezident İlham Əliyev müsahibəsində Şavkat Mirziyoyevlə münasibətlərinin Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində xüsusi rol oynadığını və iki lider arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimadın dövlətlərarası əlaqələrin yüksək səviyyəyə yüksəlməsinə mühüm təsir göstərdiyini qeyd etdi. Bunun nəticəsi olaraq ölkələrimiz arasında siyasi dialoq yüksək səviyyədə inkişaf edir. Son beş ildə ən yüksək səviyyədə keçirilən 15 qarşılıqlı səfər Azərbaycan-Özbəkistan münasibətlərinin dinamik inkişafının mühüm göstəricilərindəndir.
Prezident İlham Əliyev Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və düşünülmüş siyasətin nəticəsi olaraq Özbəkistanın son illərdə bütün sahələrdə sürətli inkişaf etdiyini bildirdi.
Prezident İlham Əliyev əlaqələrin xronikasına toxunaraq söylədi ki, qarşılıqlı dövlət səfərləri zamanı imzalanan "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" Azərbaycan-Özbəkistan münasibətlərinin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib, əməkdaşlığın gələcək inkişafı üçün yeni imkanlar açıb. Dövlətimizin başçısı 2023-cü ilin avqustunda təsis edilən Ali Dövlətlərarası Şuranın strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafında mühüm platformaya çevrildiyini, bunun da Azərbaycan-Özbəkistan əməkdaşlığının iqtisadiyyat, investisiya, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, elm və mədəniyyət kimi geniş sahələri əhatə etdiyini bildirdi. Ölkələrimiz arasında iqtisadi əlaqələrdən danışan Prezident İlham Əliyev ticarət dövriyyəsinin son illərdə sürətlə artdığını və 2025-ci ildə Azərbaycan-Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artaraq 795 milyon dollara çatığını, 2026-cı ilin ilk beş ayında isə ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artım qeydə alındığını diqqətə çatdırdı.
Prezident Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin, Hökumətlərarası Komissiyanın fəaliyyətini, energetika, yaşıl enerji, sənaye və nəqliyyat sahələrində əməkdaşlığın genişlənməsini xüsusi qeyd etdi. Sirr deyil ki, Füzulidə salınan "Dostluq bağı", avtomobil istehsalı layihələri və qarşılıqlı investisiyalar Azərbaycan-Özbəkistan müttəfiqliyinin mühüm iqtisadi dayaqlarını formalaşdırır.
Türk dünyasının və qlobal arenanın liderlərindən olan Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə Azərbaycan Mərkəzi Asiya və dünya ölkələri ilə dostluqdan müttəfiqliyə uzanan şərəfli yol keçib. Azərbaycanın yüksələn müttəfiqlik xətti xarici siyasətimizin yeni mərhələsini və beynəlxalq əlaqələrdə artan nüfuzumuzu əks etdirir. Prezidentin müsahibəsində bu həqiqət bir daha aydın şəkildə göründü.
Pedaqogika üzrə fəlsəfə doktoru Gülər Baxışova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu