"Heydər Əliyev" ordeninin Mirziyoyevə verilməsi Özbəkistanla münasibətlərə uzunmüddətli perspektivdən baxdıldığını göstərir

"Heydər Əliyev" ordeninin Mirziyoyevə verilməsi Özbəkistanla münasibətlərə uzunmüddətli perspektivdən baxdıldığını göstərirAzərbaycan Prezidentinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi "Heydər Əliyev" ordeni ilə təltif etməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin və Mirziyoyevin bu əlaqələrin inkişafındakı rolunun siyasi qiymətləndirilməsi kimi dəyərləndirilə bilər. Sərəncamda təltifin məhz Azərbaycan-Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafındakı xüsusi xidmətlərlə əlaqələndirilməsi də diqqət çəkir.

Bəs, bu təltif Azərbaycan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə verilən siyasi qiymət kimi necə dəyərləndirilə bilər və iki ölkə arasında əlaqələrin gələcək inkişafına hansı təsirləri göstərə bilər?

Sonxeber.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Şavkat Mirziyoyevin "Heydər Əliyev" ordeni ilə təltif olunması Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı siyasi çəkisini göstərən mühüm mesajdır.

""Heydər Əliyev" ordeni Azərbaycan dövlətçilik tarixinin ən yüksək siyasi simvollarından biridir. Bu ordenin xarici dövlət başçısına verilməsi həmin şəxsin Azərbaycanla münasibətlərin inkişafında xüsusi rolunun dövlət səviyyəsində tanınması deməkdir. Sərəncamın mətnində "dostluq", "qardaşlıq" və "müttəfiqlik" sözlərinin birlikdə işlədilməsi münasibətlərin keçdiyi yolu da göstərir. Dostluq münasibətin mənəvi tərəfini, qardaşlıq onun tarixi və xalq səviyyəsindəki yaxınlığını, müttəfiqlik isə artıq dövlətlərin siyasi münasibətlərində daha konkret mərhələni ifadə edir".

Politoloq bildirib ki, Azərbaycan və Özbəkistan münasibətləri son illərdə sadəcə intensivləşməyib, məzmun etibarilə dəyişib:

"Əvvəlcə siyasi dialoq və strateji tərəfdaşlıq dərinləşdi, daha sonra münasibətlər müttəfiqlik səviyyəsinə yüksəldi. İndi isə "Əbədi dostluq haqqında Müqavilə" ilə tərəflər bu münasibətlərə daha uzunmüddətli siyasi çərçivə verməyə çalışırlar. Mirziyoyevin prezidentliyi dövründə Bakı ilə Daşkənd arasında siyasi təmaslar əvvəlki səviyyədən xeyli genişlənib. İqtisadi əlaqələr, nəqliyyat, enerji, sənaye kooperasiyası, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq paralel şəkildə inkişaf edib. Bu münasibətlərdə şəxsi siyasi dialoqun da xüsusi çəkisi var. Ona görə Mirziyoyevə "Heydər Əliyev" ordeninin verilməsi bir növ "sizinlə qurduğumuz münasibətin siyasi çəkisini biz yüksək qiymətləndiririk" mesajıdır".

Onun sözlərinə görə, burada daha bir mühüm detal var:

"Azərbaycan Prezidentinin Özbəkistan səfərinin ilk günündə iki dövlət başçısı qarşılıqlı şəkildə ali dövlət təltifləri ilə mükafatlandırılıb. Mirziyoyev İlham Əliyevi Özbəkistanın ali dərəcəli "Dostluq" ordeni ilə təltif edib, Əliyev isə Mirziyoyevə "Heydər Əliyev" ordenini təqdim edib. Bu qarşılıqlılıq münasibətlərin yalnız bir tərəfin siyasi jesti olmadığını göstərir. Hər iki dövlət qarşı tərəfin liderinin münasibətlərin inkişafındakı rolunu öz dövlət mükafatı ilə qiymətləndirir. Lakin məncə, məsələnin ən mühüm tərəfi bundan da dərindir. "Heydər Əliyev" ordeninin Mirziyoyevə verilməsi Azərbaycan tərəfinin Özbəkistanla münasibətlərə uzunmüddətli perspektivdən baxdığını göstərir. Bu ad Azərbaycan dövlətçiliyini, dövlət suverenliyini, xarici siyasətin ardıcıllığını və milli maraqların qorunmasını ifadə edən siyasi simvoldur".

Ekspert qeyd edib ki, hazırda ortada yalnız xoş münasibətlər və yüksək səviyyəli qarşılıqlı səfərlər yoxdur:

"Dövlətlər artıq bir-birinin təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörməti siyasi öhdəlik səviyyəsində təsbit edən, iqtisadi və nəqliyyat əlaqələrini genişləndirən, parlamentlərarası və humanitar münasibətləri dərinləşdirən daha geniş bir əməkdaşlıq çərçivəsi qururlar. Avqustun 23-də imzalanmış "Əbədi dostluq haqqında Müqavilə" də bu prosesin yeni mərhələsini müəyyənləşdirir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 379   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

23 illik siyasi yol: Güclənən Azərbaycan, bərpa olunan suverenlik

15 oktyabr 2003-cü il Azərbaycan Respublikasının siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. İlham Əliyevin Prezident seçilməsindən ötən 23 il ərzində ölkə iqtisadi, siyasi, hərbi və diplomatik istiqamətlərdə mühüm dəyişikliklər yaşadı. Bu dövrün ən əlamətdar hadisələri sırasında dövlət quruculuğunu

14 oktyabr
.

Azərbaycan-Laos münasibətləri inkişafdadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımında

14 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident

14 oktyabr
.

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib

Oktyabrın 13-də "Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat" qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub. bununla bağlı AZƏRTAC-a istinadən xəbə

13 oktyabr
.

Azərbayca və Kamboca əlaqələrini genişləndirən səfər

Azərbaycan dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə ikitərəfli əlaqələri ərazi bütövlüyü tam bərpa olunduqdan sonra daha da genişləndirdi. Bu proses siyasi müstəvidə yaranıb, müxtəlif istiqa¬mət-lərdə uğurla davam etdirilir. Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə də belə əla¬qələri bəşər

13 oktyabr
.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

14 oktyabr
.

Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy

13 oktyabr
.

İlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - Foto

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib:. "Bir daha xoş gəlmisiniz, cənab Prezident. Ço

13 oktyabr