Prezidentin Özbəkistana səfəri türk dünyasının inkişafına ciddi töhfə verəcək

Prezidentin Özbəkistana səfəri türk dünyasının inkişafına ciddi töhfə verəcəkPrezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında son illərdə sürətlə inkişaf edən münasibətlərin fonunda xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan arasında siyasi dialoqla yanaşı, iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişlənməsi Mərkəzi Asiya ilə əlaqələrin də möhkəmlənməsinə yeni imkanlar yaradır.

Bəs, bu səfər Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə və Azərbaycanın Mərkəzi Asiya ilə siyasi-strateji əməkdaşlığının genişlənməsinə necə təsir göstərə bilər?

Sonxeber.az-a açıqlama verən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri tarixi hadisədir.

"Səfər çərçivəsində mühüm razılaşmaların əldə olunması, iqtisadiyyatın bir sıra istiqamətlərində sazişlərin imzalanması iki ölkə arasındakı əlaqələri mühüm mərhələyə daşıyır. Diqqətçəkən mühüm məqamlardan biri "Əbədi dostluq haqqında Müqavilə"nin imzalanmasıdır. Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın önəmli və ciddi iqtisadi potensialı olan ölkələridir. Əldə olunan razılaşmalar regionlar arasında əlaqələrin inkişafı ilə yanaşı, türk dünyası arasında əlaqələrin daha da inkişafına təkan verəcək".

Ekspert bildirib ki, gün Azərbaycan türk dünyasının aparıcı ölkəsidir:

"Azərbaycan Prezidenti tərəfindən irəli sürülən təşəbbüslər türk dövlətləri tərəfindən dəstəklənir və bu proses bütövlükdə türk dünyasında iqtisadi, siyasi, mədəni və digər istiqamətlərdə inteqrasiyanı dərinləşdirir. İndiyə qədər Azərbaycan tərəfindən bu istiqamətdə effektiv addımlar atılıb. Azərbaycan-Özbəkistan arasında əlaqələrin dərinləşməsi təkcə iki ölkə arasında münasibətlərin deyil, bütövlükdə türk dünyasında əlaqələrin dərinləşməsi deməkdir. Ona görə də hesab edirəm ki, Özbəkistan-Azərbaycan münasibətləri və Azərbaycan Prezidentinin Özbəkistana səfəri iki ölkə arasındakı əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəltməklə yanaşı, bütövlükdə türk dünyasının inkişafına ciddi töhfə verəcək".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 363   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

23 illik siyasi yol: Güclənən Azərbaycan, bərpa olunan suverenlik

15 oktyabr 2003-cü il Azərbaycan Respublikasının siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. İlham Əliyevin Prezident seçilməsindən ötən 23 il ərzində ölkə iqtisadi, siyasi, hərbi və diplomatik istiqamətlərdə mühüm dəyişikliklər yaşadı. Bu dövrün ən əlamətdar hadisələri sırasında dövlət quruculuğunu

14 oktyabr
.

Azərbaycan-Laos münasibətləri inkişafdadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımında

14 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident

14 oktyabr
.

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib

Oktyabrın 13-də "Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat" qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub. bununla bağlı AZƏRTAC-a istinadən xəbə

13 oktyabr
.

Azərbayca və Kamboca əlaqələrini genişləndirən səfər

Azərbaycan dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə ikitərəfli əlaqələri ərazi bütövlüyü tam bərpa olunduqdan sonra daha da genişləndirdi. Bu proses siyasi müstəvidə yaranıb, müxtəlif istiqa¬mət-lərdə uğurla davam etdirilir. Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə də belə əla¬qələri bəşər

13 oktyabr
.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

14 oktyabr
.

Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy

13 oktyabr
.

İlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - Foto

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib:. "Bir daha xoş gəlmisiniz, cənab Prezident. Ço

13 oktyabr