"iPhone"nin kreditinə görə bir ailə məhv oldu - Ana, ata və 18 yaşlı oğul öldü

"iPhone"nin kreditinə görə bir ailə məhv oldu - Ana, ata və 18 yaşlı oğul öldüHindistanda "iPhone"nin kreditinə görə ailədə faciə baş verib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 18 yaşlı Kunal Çandqude valideynlərindən kreditlə aldığı "iPhone"nin aylıq ödənişi üçün pul istəyib, valideynləri bundan imtina etdikdən sonra gənc dik yamaca qalxaraq həyatına son qoyacağı ilə hədələyib.

Hadisə yerinə polis, yanğınsöndürənlər və digər xilasedici qüvvələr cəlb olunub. Mütəxəssislər təxminən üç saat ərzində gənclə danışaraq onu təhlükəli ərazidən uzaqlaşdırmağa çalışıblar.

Bir müddət sonra gəncin atası Murlidhar oğlunu xilas etmək məqsədilə ona yaxınlaşıb. Ata oğlunu təhlükəsiz yerə çəkməyə çalışarkən hər ikisi müvazinətini itirərək hündürlükdən dərəyə düşüb. Onların aldıqları ağır xəsarətlərdən hadisə yerində öldüyü bildirilir.

Faciə bununla da bitməyib. Hadisəyə şahid olan ana Sangita ağır şok keçirərək dərəyə atılıb. Həkimlər qadının da öldüyünü müəyyən ediblər.

Hüquq-mühafizə orqanları üç nəfərin meyitini ərazidən çıxararaq məhkəmə-tibbi ekspertizaya göndərib.

Polis hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi üçün araşdırmanı davam etdirir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 181   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yuxuda danışmaq nə deməkdir? - O halda həkimə gedin

Yuxuda danışmaq əksər hallarda normal vəziyyət hesab olunur və psixi pozuntu əlaməti deyil. xəbər verir ki, psixiatr və narkoloq Ruslan İsayev yuxuda danışan insanın ayrı-ayrı sözlər, cümlələr söyləyə və hətta qısa dialoqlar qura biləcəyini bildirib. Mütəxəssisin sözlərinə görə, insan bunu şüurlu şəkild

23 avqust
.

Pul və bolluğu necə cəlb etmək olar? - Numerologiyaya görə...

Astrologiya və numerologiyada insanın doğulduğu ayın onun xarakterinə, enerjisinə və imkanlardan istifadə tərzinə təsir etdiyi iddia olunur. Bu yanaşmaya görə, hər ay üçün maddi rifaha və yeni fürsətlərə aparan fərqli yol mövcuddur. bu barədə xarici mediaya istinadla ətraflı məlumat verir. Yanvar. Yanvard

20 avqust
.

153 sərnişin göydə qaldı - Hər iki pilot 28 dəqiqə yatdı

"Batik Air" aviaşirkətinə məxsus Airbus A320 təyyarəsində qeyri-adi və təhlükəli hadisə baş verib. Göyərtəsində 153 sərnişin olan təyyarənin hər iki pilotu uçuş zamanı eyni anda yuxuya gedib. xarici mediaya istinadla xəbər verir ki, təyyarə İndoneziyanın Kendari şəhərindən Cakartaya uçub, göyərtəd

24 avqust
.

Psixoterapevt xorultunun münasibətlərə təsirindən danışıb

Xorultu cütlüklərdə xroniki stresə və münasibətlərdə problemlərə səbəb ola bilər. xəbər verir ki, psixoterapevt İrina Kraşkina -ya açıqlamasında belə deyib. O, problemin əsas səbəbinin xorultunun səsi deyil, partnyorun mütəmadi olaraq yuxusuz qalması olduğunu bildirib. Onun sözlərinə görə, tez-tez oyanma

18 avqust
.

Pulqabında yaxınlarınızın və mərhumların şəklini gəzdirmək olmaz - Xalq inancları

Bir vaxtlar pul kisəsində uşaqların, valideynlərin və sevilən insanların kiçik fotolarını gəzdirmək olduqca adi hal sayılırdı. Lakin xalq inanclarına görə, pul kisəsində foto saxlamaq, xüsusilə vəfat etmiş insanların şəkillərini gəzdirmək arzuolunmaz hesab edilir. xalq inanclarını araşdıran mütəxəssislər

23 avqust
.

Binasi belə olmayan universitet qəbul rekordu qırdı

Türkiyənin Bitlis Eren Universitetinin bu il ilk dəfə tələbə qəbul edən Tibb fakültəsi YKS imtahanının 2026-cı il yerləşdirmə nəticələrində böyük uğura imza atıb. Hələ öz binası belə olmayan fakültə 515,764 baza balı və 9 min 552-ci uğur sırası ilə tələbə qəbul edərək bölgənin köklü universitetlərin

21 avqust
.

Limonu dondurucuda saxlamaq faydalıdırmı? - Çoxlarının bilmədiyi üsul

Limon vitamin C, müxtəlif antioksidantlar və bitki mənşəli faydalı maddələrlə zəngin sitrus meyvələrindən biridir. Son zamanlar sosial şəbəkələrdə limonu donduraraq istifadə etmək onun faydasını artırdığı barədə məlumat yayılır. xarici mediaya əlavə xəbər verir ki, limonu bütöv halda dondurmaq onun qabığ

23 avqust
.

Məşhur müğənnilərin yeni albomları yolda qəzaların sayını artırırmış - Alimlər maraqlı əlaqə aşkarladılar

Harvard Tibb Məktəbinin alimləri məşhur sənətçilərin musiqi albomlarının işıq üzü görməsi ilə ABŞ yollarında baş verən yol-nəqliyyat hadisələrinin sayının artması arasında qanunauyğunluq aşkar ediblər. xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Times" qəzeti məlumat yayıb. "Hadisələr

19 avqust
.

Quşlar isti ölkələrin istiqamətini haradan bilirlər?

Quşların hər payız minlərlə kilometr məsafə qət edərək isti ölkələrə uçması təbiətin ən maraqlı hadisələrindən biridir. Onlar nə kompasdan, nə xəritədən, nə də naviqasiyadan istifadə edir, buna baxmayaraq çox vaxt eyni marşrutla gedib geri qayıda bilirlər. xarici mediaya istinadən xəbər verir ki, alimlə

20 avqust