Süni intellekt bitkiləri xəstəliklərdən qoruyacaq? - Çinli alimlərdən mühüm yenilik
Çinli alimlər süni intellektdən istifadə etməklə bitkilər üçün sintetik immun reseptorların hazırlanması üzrə dünyada ilk platformanı yaradıblar.
Oxu.Az "South China Morning Post"a istinadən xəbər verir ki, süni intellekt vasitəsilə yaradılan reseptorlar konkret virusların, bakteriyaların və digər patogenlərin zülallarını tanımaq və bitkinin immun reaksiyasını işə salmaq qabiliyyətinə malikdir.
Alimlərin sözlərinə görə, hazırlanan texnologiya təbii davamlılıq genlərinin axtarışına sərf olunan bir neçə ili bir neçə həftəyə qədər qısalda bilər.
Tədqiqatçılar 14 virusun, iki bakteriyanın, bir göbələyin və bir oomisetin zülallarını tanımaq üçün nəzərdə tutulmuş 391 sintetik reseptor variantı yaradaraq onları sınaqdan keçiriblər. Onların təxminən 18%-i müəyyən edilmiş hədəfi uğurla tanıyıb və nəzərəçarpacaq immun reaksiyaya səbəb olub. Öyrənilən patogenlər arasında kartof və pomidor xəstəliklərinin törədiciləri də olub.
Alimlər həmçinin bir bitkidə bir neçə reseptoru birləşdirmək üsulu hazırlayıblar. Bunun sayəsində bitki eyni vaxtda müxtəlif patogenləri tanıya bilər. Onların fikrincə, bu, xəstəliklərə qarşı daha geniş davamlılığa malik kənd təsərrüfatı bitkilərinin yaradılmasına imkan verəcək.
Bununla belə, bəzi reseptorlar immun aktivlik göstərməyib, digərləri isə autoimmun reaksiyaya səbəb olub. Alimlərin sözlərinə görə, texnologiyanın daha da təkmilləşdirilməsinə ehtiyac var.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 117 Tarix: 24 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uzunömürlü insanların immun sistemində alimləri təəccübləndirən kəşf
Yaponiyanın Osaka Universitetinin tədqiqatçıları 90-100 və daha yuxarı yaşda olan insanlarda zədələnmiş və xərçəngli hüceyrələri məhv etmək qabiliyyətinə malik nadir immun hüceyrə növünün qeyri-adi dərəcədə yüksək fəallığını müəyyən ediblər. xəbər verir ki, elmi işin nəticələri "Cell Press"
21 avqustİtlərin insanları necə "oxuduğu" məlum oldu
Yeni araşdırmalar itlərin insanların emosional vəziyyətini müəyyən dərəcədə ayırd edə bildiyini göstərir. -a istinadən bildirir ki, bu barədə "ScienceDaily" məlumat yayıb. Alimlər itlərin insanların üz ifadələrinə, səs tonuna və davranışlarına necə reaksiya verdiyini araşdırıblar. Nəticələ
22 avqustPsixoterapevt xorultunun münasibətlərə təsirindən danışıb
Xorultu cütlüklərdə xroniki stresə və münasibətlərdə problemlərə səbəb ola bilər. xəbər verir ki, psixoterapevt İrina Kraşkina -ya açıqlamasında belə deyib. O, problemin əsas səbəbinin xorultunun səsi deyil, partnyorun mütəmadi olaraq yuxusuz qalması olduğunu bildirib. Onun sözlərinə görə, tez-tez oyanma
18 avqustXiyarları soyuducuda belə saxlayın - 1 həftə keçsə də, təzə qalacaq
Xiyar soyuducuda saxlanılsa belə, qısa müddətdə yumşala, büzüşə və xarab olmağa başlaya bilər. Mütəxəssislər bildirirlər ki, tərəvəzin daha uzun müddət təzə və xırtıldayan qalması üçün onu həddindən artıq nəmdən, çox aşağı temperaturdan və bəzi meyvələrdən qorumaq lazımdır. xəbər verir ki, xiyarlar
23 avqust"Vogue" 2026-cı ilin ən dəbli itini seçdi
ABŞ-nin "Vogue" jurnalı 2026-cı ilin ən dəbli və stilli itini seçib. -ın xəbərinə görə, bu barədə nəşri məlumat yayımlayıb. Məlumata görə, "Dogue" müsabiqəsində minlərlə ev heyvanı sahibi iştirak edib və öz itlərinin şəkillərini göndərib. Münsiflər heyəti təkcə fotoların keyfiyyətin
19 avqustDünyada ən çox istifadə olunan emoji
2025-ci ildə dünyada ən çox istifadə olunan emoji bəlli olub. "Google"un araşdırmasına əsasən, yüksək səslə ağlayan üz ötən il ən populyar emoji olub. O, gülməkdən gözləri yaşaran üz və gülməkdən yerə yuvarlanan üz emojilərini geridə qoyub. Araşdırma "Android" cihazlarında istifad
22 avqustMəsciddən ayaqqabı oğurladı, imamlar intiqam aldı
Türkiyənin Manisa şəhərinin Şehzadeler rayonunda məsciddən ayaqqabı oğurlamaqda şübhəli bilinən şəxs imamların birgə izləməsi nəticəsində saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə avqustun 20-də səhər namazı zamanı baş verib. Əlində çamadanla məscidə daxil olan şəxs imam və camaat nama
21 avqustŞimal dənizində 90 ildən sonra ilk dəfə nəhəng tunes balığı tutuldu
Şimal dənizində təxminən 90 ildən sonra ilk dəfə adi tunes balığı ovlanıb. xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Böyük Britaniyanın Şimali Yorkşir qraflığındakı Uilbi balıqçı limanı yaxınlığında "Dominator" gəmisinin heyəti çəkisi 338 kiloqram olan tunes tutub
21 avqust