"Azərbaycan-Özbəkistan münasibətlərinin ən yüksək müttəfiqlik səviyyəsinə çatması xüsusi diqqət çəkir" - AÇIQLAMA
"Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə - UzA-ya müsahibəsi Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı mərhələsi və gələcək perspektivləri baxımından kifayət qədər mühüm siyasi mesajlar ehtiva edir. Müsahibədə diqqət çəkən əsas məqam odur ki, Azərbaycanla Özbəkistan arasındakı münasibətlər artıq yalnız ikitərəfli əlaqələr kontekstində deyil, daha geniş regional geosiyasi və geoiqtisadi proseslərin tərkib hissəsi kimi təqdim olunur", - bunları Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Dövlət başçısının Azərbaycan və Mərkəzi Asiyanı vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan kimi xarakterizə etməsi təsadüfi deyil. Xüsusilə Xəzər dənizinin ayırıcı deyil, birləşdirici amil kimi təqdim olunması Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərə verdiyi strateji əhəmiyyəti göstərir. Bu yanaşma Azərbaycanın özünü Cənubi Qafqazla Mərkəzi Asiya arasında mühüm bağlantı nöqtəsi kimi mövqeləndirdiyini nümayiş etdirir.
Müsahibədə Azərbaycan-Özbəkistan münasibətlərinin ən yüksək müttəfiqlik səviyyəsinə çatması da xüsusi diqqət çəkir. Burada siyasi etimadla yanaşı, liderlər arasında formalaşmış şəxsi münasibətlərin də mühüm rol oynadığını qeyd etmək lazımdır. Son illərdə qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların intensivləşməsi iki ölkənin münasibətlərinin epizodik deyil, uzunmüddətli və institusional xarakter aldığını göstərir.
Digər mühüm istiqamət Orta Dəhlizdir. Azərbaycan və Özbəkistanın bu nəqliyyat xəttində maraqlarının üst-üstə düşməsi münasibətlərin iqtisadi tərəfini daha da gücləndirir. Özbəkistanın dünya bazarlarına çıxış imkanlarının genişlənməsi, Azərbaycanın isə tranzit və logistika imkanlarının artması qarşılıqlı iqtisadi maraqları strateji səviyyəyə yüksəldir.
Eyni zamanda enerji, investisiya, rəqəmsal transformasiya, sənaye kooperasiyası, mədəniyyət və humanitar əlaqələr də iki ölkə münasibətlərinin çoxşaxəli xarakter aldığını göstərir. Bu baxımdan Azərbaycan-Özbəkistan əməkdaşlığının yalnız siyasi iradəyə deyil, konkret iqtisadi və institusional layihələrə söykənməsi xüsusi əhəmiyyət daşıyır.
Məncə, müsahibənin əsas mesajlarından biri budur ki, Azərbaycan Mərkəzi Asiyanın artan geosiyasi və iqtisadi çəkisini nəzərə alaraq bu regionla əlaqələri xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevirir. Özbəkistan isə burada xüsusi mövqeyə malikdir. Çünki Bakı ilə Daşkənd arasında həm tarixi-mədəni yaxınlıq, həm siyasi etimad, həm də ciddi iqtisadi və nəqliyyat maraqları mövcuddur.
Nəticə etibarilə, Prezident İlham Əliyevin UzA-ya müsahibəsi Azərbaycan-Özbəkistan münasibətlərinin sadəcə mövcud əlaqələrin qorunmasına deyil, yeni regional əməkdaşlıq modelinin formalaşdırılmasına istiqamətləndiyini göstərir. Bu modeldə Bakı və Daşkəndin qarşılıqlı tərəfdaşlığı təkcə iki ölkə üçün deyil, bütövlükdə Türk dünyasının iqtisadi, siyasi və nəqliyyat imkanlarının genişlənməsi baxımından mühüm perspektiv vəd edir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu