Laçında həyata keçirilən irimiqyaslı layihələr ölkəmizin iqtisadi qüdrətini nümayiş etdirir

Laçında həyata keçirilən irimiqyaslı layihələr ölkəmizin iqtisadi qüdrətini nümayiş etdirirDövlət başçısı İlham Əliyev 28 may 2023-cü ildə Laçın şəhərinə qayıdan əhali ilə görüşündə qeyd etmişdir ki, Laçın rayonunun işğal altına düşməsi hamımız üçün böyük faciə idi. Çünki Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdır. "Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Görürdüm ki, son vaxtlar ümidlər bir az səngiyir, bu da təbiidir. Yəni, 30 ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki, nə vaxt qayıdacağıq. Necə deyə bilərdim? Amma bilirdim ki, qayıdacağıq və əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Ona görə sizin üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun əzablı illərdən sonra burada rahat yaşayasınız. Biz çalışacağıq ki, bunu bundan sonra da təmin edək."
Laçın rayonu 1992-ci ilin may ayında, Şuşadan 10 gün sonra işğal olunmuşdu. Müstəqilliyimizin bərpasının heç bir yaşı tamam olmamışdı. Mənfur düşmən bizə qarşı artıq açıq təcavüzə keçmişdi. Əfsuslar olsun nə ovaxtkı Azərbaycan rəhbərliyi, nə də rəhbərliyə can atan müxalifət qüvvələri öz məsuliyyətini dərk edə bilməmiş, bir çox hallarda hər ikisi xəyanət törətmişdir. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi: "Görün, bu tarixlərin - yəni, Laçının azad olunmasının və bu gün bizim burada keçirdiyimiz görüşün tarixlərinin də rəmzi mənası var. May ayında Laçın işğal altına düşdü, may ayında laçınlılar Laçına qayıtdılar. Düzdür, 31 ildən sonra, amma biz qayıtmışıq".
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edildi. Sözügedən Sərəncama əsasən, 26 avqust Laçın Şəhəri Günü kimi təsis edildi.
Digər azad edilmiş torpaqlarımız kimi Laçında da genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bu torpaqlarda infrastruktur layihələrinin icrası prioritetdir. Laçın rayonunun yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir və mövcud yoldan 32,2 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol iki, üç və dörd hərəkət zolaqlı olacaq. Yeni yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilmişdir. Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.
Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda 237 fərdi ev və 29 çoxmənzilli binanın tikintisi planlaşdırılır. Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Müəssisədə yataq və qonaq otaqları dəstlərinin, qapıların və digər mebel məhsullarının istehsalı nəzərdə tutulub. Fabrikin illik istehsal gücü 3 min kubmetrdir. Burada Avropa ölkələrinin, Türkiyə və Çinin istehsalı olan avadanlıqlardan, Türkiyə və Rusiyadan alınan xammaldan istifadə olunacaq.
Göründüyü kimi, azad edilmiş ərazilərimizə qayıdacaq soydaşlarımızın rahat, yüksək səviyyədə yaşayışının təmin edilməsi əsas hədəfdir. Bütün işlər müasir tələblər səviyyəsində həyata keçirilir. Azad edilmiş torpaqlarda "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin uğurlu icrası Azərbaycanın innovasiyalar ölkəsi olduğunu bir daha dünyaya çatdırır.

Adil Hüseynov - Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 430   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

23 illik siyasi yol: Güclənən Azərbaycan, bərpa olunan suverenlik

15 oktyabr 2003-cü il Azərbaycan Respublikasının siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. İlham Əliyevin Prezident seçilməsindən ötən 23 il ərzində ölkə iqtisadi, siyasi, hərbi və diplomatik istiqamətlərdə mühüm dəyişikliklər yaşadı. Bu dövrün ən əlamətdar hadisələri sırasında dövlət quruculuğunu

14 oktyabr
.

Azərbaycan-Laos münasibətləri inkişafdadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımında

14 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident

14 oktyabr
.

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib

Oktyabrın 13-də "Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat" qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub. bununla bağlı AZƏRTAC-a istinadən xəbə

13 oktyabr
.

Azərbayca və Kamboca əlaqələrini genişləndirən səfər

Azərbaycan dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə ikitərəfli əlaqələri ərazi bütövlüyü tam bərpa olunduqdan sonra daha da genişləndirdi. Bu proses siyasi müstəvidə yaranıb, müxtəlif istiqa¬mət-lərdə uğurla davam etdirilir. Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə də belə əla¬qələri bəşər

13 oktyabr
.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

14 oktyabr
.

Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy

13 oktyabr
.

İlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - Foto

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib:. "Bir daha xoş gəlmisiniz, cənab Prezident. Ço

13 oktyabr