Dövlət başçısı səviyyəsində verilən ən yüksək dövlət ordenləri sadə simvolik jest deyil

Dövlət başçısı səviyyəsində verilən ən yüksək dövlət ordenləri sadə simvolik jest deyil"Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Prezidenti İlham Əliyevi "Ali Dostluq Dərəcəsi" ordeni ilə təltif etməsi iki qardaş ölkə arasındakı münasibətlərin artıq protokolun ən yüksək səviyyəsində rəsmiləşdiyinin göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının "Ali Dostluq Dərəcəsi" ordeni ilə təltif edilib. Bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müvafiq Sərəncam imzalayıb. Mükafatlandırma mərasimi Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə baş tutub".

Bunu Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

"Dövlət başçısı səviyyəsində verilən ən yüksək dövlət ordenləri adətən sadə simvolik jest deyil. Onlar əvvəlcədən görülmüş konkret işlərə görə verilir, mərasimin rəsmi dövlət səfərinə təsadüf etməsi də təsadüfi hesab edilməməlidir. Belə təltiflər çox vaxt uzunmüddətli, artıq real nəticə vermiş əməkdaşlığın rəsmi tanınmasıdır.
Bunu siyasi qiymət kimi dəyərləndirmək olarmı?
Bəli, bir sıra əsaslara görə bunu belə şərh etmək olar.
Konkret nəticələrlə üst-üstə düşmə. Təltif, ticarət dövriyyəsinin son illərdə üç dəfədən çox artması, 500 milyon dollarlıq Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti və Hökumətlərarası Komissiyanın artıq 15 iclas keçirməsi kimi konkret iqtisadi nailiyyətlər fonunda baş verir. yəni rəmzi akt real nəticələrin arxasınca gəlir.
Ordenin məhz dövlət səfəri çərçivəsində verilməsi onu adi diplomatik nəzakət aktından fərqləndirərək ikitərəfli gündəmin əsas mövzularından birinə çevirir.
Azərbaycan Özbəkistan münasibətləri steateji müttəfiqlik səviyyəsindən əbədi dostluq səviyyəsinə qalxdı. Belə çərçivədə ən yüksək dövlət ordeninin verilməsi bu statusun rəsmi, qarşılıqlı tanınma formasıdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 625   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar - Foto

Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, qızları Leyla Əliyevaya və Arzu Əliyevaya Hanoyun Köhn

21 noyabr
.

Prezident Litva XİN rəhbərini qəbul etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Litvanın xarici işlər naziri Kestutis Budrisi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, Kestutis Budris Litva Prezidenti Gitanas Nausedanın salamlarını dövləti başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun d

25 noyabr
.

Prezident Estoniya XİN rəhbərini qəbul etdi - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Estoniyanın xarici işlər naziri Marqus Tsahknanı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı dövlət başçısı ilə Estoniyanın xarici işlər nazirinin ötən il Bakıdakı görüşü məmnunluqla xatırlandı. Azərbaycanla Estoniya arasında münasibətləri

27 noyabr
.

Kəlbəcərin azad edilməsindən 6 il ötür

"Altı il əvvəl noyabrın 25-də Azərbaycan Kəlbəcər rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri ərazisi 3054 kv.km olan və Ermənistanla sərhəddə yerləşən Kəlbəcər rayonunu işğal etdilər. Nəticəd

23 noyabr
.

Azərbaycan və İtaliya arasında Anlaşma Memorandumu imzalandı

Azərbaycan və İtaliya arasında kritik xammal sahəsində üçüncü ölkələrlə birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. xəbər verir ki, sənədlərin imzalanması və mübadiləsi Azərbaycan-İtaliya Biznes Forumu çərçivəsində baş tutub. Belə ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə İtaliyanın "Leonard

23 noyabr
.

Məsud Pezeşkian İranda Qərbi Azərbaycana qarşı ədalətsizlikdən danışdı - Video

İran Prezidenti Məsud Pezeşkian ölkənin əyalətləri arasında mövcud olan sosial-iqtisadi bərabərsizlikdən bəhs edərək, Qərbi Azərbaycan ostanının digər bölgələrdən geri qalmasını nümunə göstərib. xəbər verir ki, bu barədə İranın "Fars" informasiya agentliyi məlumat yayıb. Dövlət başçısının sözlərin

21 noyabr
.

Prezidentin Vyetnam səfərindən - Görüntülər

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb. "Qafqazinfo" paylaşımı təqdim edir:

21 noyabr
.

"Söhbət Rusiya ilə Qərb arasında onsuz da gərgin olan münasibətlərdən gedir" - BƏHRUZ QULİYEV

"Rusiya ilə Polşa arasında raket insidenti və bunun NATO müstəvisində doğurduğu müzakirələr Avropanın təhlükəsizlik gündəliyində kifayət qədər ciddi hadisə kimi qiymətləndirilməlidir. Çünki söhbət NATO üzvü olan Polşanın təhlükəsizliyindən, bütövlükdə Avropanın müdafiə sistemindən və Rusiya il

23 noyabr
.

İlham Əliyev Trampa təşəkkür etdi

Prezident İlham Əliyev TRIPP layihəsinin işə salınması münasibətilə ona ünvanladığı xoş sözlərə görə ABŞ lideri Donald Trampa təşəkkür edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə İlham Əliyevin "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Hörmətli Prezident Donald Tramp, Beynəlxal

23 noyabr