Hər gün banan yemək təhlükəlidir? - Mütəxəssisdən CAVAB
Bəzi insanlar bananı həddindən artıq yeməkdən çəkinməlidirlər.
Oxu.Az xəbər verir ki, diyetoloq Malina Malkani bu barədə "Parade" nəşrinə müsahibəsində danışıb.
O, hansı insanların banan qəbul edərkən daha diqqətli olmalarının vacibliyini açıqlayıb.
Malina Malkaninin sözlərinə görə, terminal mərhələdə böyrək çatışmazlığı olan insanlar bananı həddindən artıq yeməməlidirlər. Bunun əsas səbəbi meyvənin tərkibində yüksək miqdarda kaliumun olmasıdır.
Diyabeti olan insanlar da banan qəbul edərkən ehtiyatlı olmalıdırlar. Çünki bananın tərkibində təbii şəkərlər mövcuddur və onun miqdarı bananın yetişmə dərəcəsindən asılı olaraq dəyişə bilər.
Diyetoloq qıcıqlanmış bağırsaq sindromu olan insanlara isə yetişmiş banan əvəzinə daha yaşıl, tam yetişməmiş banan seçməyi məsləhət görüb.
Mütəxəssis, bu xəstəlikləri olmayan insanlar üçün gündə bir banan yeməyin, ümumiyyətlə, təhlükəsiz olduğunu bildirib. Bununla yanaşı, o, qida rasionunun müxtəlif olmasının vacibliyini də vurğulayıb.
"Bağırsaqdakı faydalı bakteriyaların fəaliyyəti üçün müxtəlif mənbələrdən lif qəbul etmək lazımdır. Hər gün eyni qidaları, hətta sağlamlıq üçün faydalı olan banan kimi məhsulları belə, qəbul etmək qida rasionunun kifayət qədər müxtəlif olmamasına və bəzi qida maddələrinin çatışmazlığına səbəb ola bilər", - deyə diyetoloq xəbərdarlıq edib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 278 Tarix: 25 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu peşə sahiblərində xərçəngdən ölüm riski yüksəkdir
Harvard Universitetinin alimləri təyyarə heyətinin üzvlərində bəzi xərçəng növlərindən ölüm hallarının digər peşə sahibləri ilə müqayisədə daha çox olduğunu müəyyən ediblər. "Fox News Digital"a istinadən xəbər verir ki, tədqiqatçılar ABŞ-də 500-dən çox peşə üzrə məlumatları müqayisə ediblər
24 avqust153 sərnişin göydə qaldı - Hər iki pilot 28 dəqiqə yatdı
"Batik Air" aviaşirkətinə məxsus Airbus A320 təyyarəsində qeyri-adi və təhlükəli hadisə baş verib. Göyərtəsində 153 sərnişin olan təyyarənin hər iki pilotu uçuş zamanı eyni anda yuxuya gedib. xarici mediaya istinadla xəbər verir ki, təyyarə İndoneziyanın Kendari şəhərindən Cakartaya uçub, göyərtəd
24 avqustMəzuniyyət pulu gecikdiriləndə nə etmək lazımdır? - CAVAB
ın "Bir sual, bir cavab" rubrikasının bu dəfəki mövzusu məzuniyyət haqqının gecikdirilməsi ilə bağlıdır. İş yeri məzuniyyət haqqını gecikdirəndə nə etmək lazımdır?. xəbər verir ki, Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, məzuniyyət haqqı işçiyə məzuniyyətin başlanmasına ən gec 3 gün qalmı
24 avqustMəzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran maddənin adı açıqlandı
Tətil günlərində uzunmüddətli gəzintilər, ekskursiyalar və yürüşlər zamanı artan fiziki yüklənmənin öhdəsindən gəlmək üçün kəhrəba turşusunun orqanizmə dəstək ola biləcəyi bildirilir. Bu maddə hüceyrə səviyyəsində qida maddələrinin enerjiyə çevrilməsi prosesində iştirak edir. xəbər verir ki, tibb elmlər
25 avqustZibil deyib atmayın, kilosu SƏRVƏT DƏYƏRİNDƏDİR
Trüfel göbələyi dünyada lüks restoranların böyük maraq göstərdiyi ən qiymətli qida məhsullarından biridir. -a istinadən bildirir ki, torpağın bir neçə santimetr dərinliyində yetişən və xüsusi təlim keçmiş itlərin köməyi ilə axtarılan bu göbələk "qara almaz" adıyla tanınır. Bəzi növlərinin kiloqram
23 avqustNiyə tez-tez yaşıl çay içməlisiniz? - Yeni faydalı xüsusiyyət
Yaşıl çayın maddələr mübadiləsi ilə yanaşı, qanda şəkərin səviyyəsinə və bağırsaqların vəziyyətinə də təsir göstərə biləcəyi müəyyən edilib. xəbər verir ki, "Current Developments in Nutrition" jurnalında dərc olunan araşdırmada 40 nəfər iştirak edib. İştirakçıların 21-nə metabolik sindrom diaqnoz
26 avqustƏn çox istifadə edilən emoji açıqlandı
Ən çox istifadə edilən emojilər açıqlanıb. "Qafqazinfo" "Google"un paylaşdığı məlumatlara istinadən xəbər verir ki, gözlərindən yaş axaraq ağlayan üz emojisi hazırda dünyada ən çox istifadə edilən simvoldur. Bildirilir ki, istifadəçilər bu emojini çox vaxt onun ilkin mənasından tamamil
25 avqustAvstraliyada ilk dəfə suiti quş qripinə yoluxdu
Avstraliyanın materik hissəsində ilk dəfə məməli heyvanda H5 quş qripinə yoluxma faktı qeydə alınıb. "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, yoluxmuş suiti cəsədi avqustun 19-da Cənubi Avstraliya ştatının paytaxtı Adelaidadan təxminən 300 kilometr məsafədə yerləşən Biçport şəhərind
24 avqust