Yıldız Tilbenin konsertində gözlənilməz anlar: Kömək etmək istəyən əməkdaşı itələdi - VİDEO
Məşhur türkiyəli müğənni Yıldız Tilbenin konserti zamanı maraqlı anlar yaşanıb. Səhnədə yüksək platformanın üzərinə əyilərək mahnı oxuyan sənətçi ayağa qalxmaq istədiyi vaxt ona kömək etmək istəyən təhlükəsizlik əməkdaşını əli ilə geri itələyib.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, özünəməxsus səhnə tərzi və enerjisi ilə tez-tez gündəmə gələn Yıldız Tilbenin son konsertində yaşanan bu hadisə də tamaşaçıların diqqətindən yayınmayıb.
Belə ki, Tilbe səhnədə dekorativ platformanın üzərinə əyilərək mahnısını ifa edib. Daha sonra ayağa qalxmaq istədiyi zaman tarazlığını itirməməsi üçün təhlükəsizlik əməkdaşı ona dəstək olmağa çalışıb.
Əməkdaş müğənninin qoluna toxunaraq ona yardım etmək istəsə də, Tilbe əl hərəkəti ilə onu geri itələyərək müdaxilədən narazı olduğunu göstərib.
Buna baxmayaraq, müğənni ifasını dayandırmayıb. Təhlükəsizlik əməkdaşını geri itələdikdən sonra platformanın üzərində ayağa qalxan Tilbe mahnısını ritmik hərəkətlərlə davam etdirib.
Həmin anlar tamaşaçıların kameralarına düşüb və qısa müddətdə sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 117 Tarix: 26 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Günəş tutulmasının insan beyninə gözlənilməz təsiri bəlli oldu - MARAQLI FAKT
İnsan orqanizmi Günəş tutulmasına reaksiya vermək qabiliyyətinə malikdir, lakin bu mexanizmdən gələn məlumat heç də həmişə şüura gedib çatmır. -ın xəbərinə görə, bu barədə Moskva Dövlət Universitetinin professoru, Rusiya Elmlər Akademiyasının İ.M.Seçenov adına Təkamül Fiziologiyası və Biokimya İnstitutunu
20 avqustYuxuda bir insanın öldüyünü görmək nə deməkdir?
Yuxuda yaxın və ya tanış bir insanın öldüyünü görmək insanı oyandıqdan sonra da narahat edə bilər. Lakin yuxu yozumlarında belə görüntülər adətən real ölümün əlaməti kimi qəbul edilmir. xarici mediaya istinadla xəbər verir ki, yaşayan bir insanın yuxuda ölməsi daha çox həmin şəxslə münasibətlərdə dəyişikliklər
23 avqustMilyarder tərk edilmiş bir adanı alıb, cənnətə çevirdi
Şotlandiyada illərlə tənəzzül yaşayan Tanera-Mor adası milyarderin böyük investisiyasından sonra yenidən canlanmağa başlayıb. xarici mediaya istinadla xəbər verir ki, fond rəhbəri və milyarder Yan Veys 2017-ci ildə Şotlandiyanın şimal-qərb sahillərində yerləşən adanı təxminən 2,2 milyon dollara satı
21 avqustMəzuniyyət pulu gecikdiriləndə nə etmək lazımdır? - CAVAB
ın "Bir sual, bir cavab" rubrikasının bu dəfəki mövzusu məzuniyyət haqqının gecikdirilməsi ilə bağlıdır. İş yeri məzuniyyət haqqını gecikdirəndə nə etmək lazımdır?. xəbər verir ki, Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, məzuniyyət haqqı işçiyə məzuniyyətin başlanmasına ən gec 3 gün qalmı
24 avqustBu peşə sahiblərində xərçəngdən ölüm riski yüksəkdir
Harvard Universitetinin alimləri təyyarə heyətinin üzvlərində bəzi xərçəng növlərindən ölüm hallarının digər peşə sahibləri ilə müqayisədə daha çox olduğunu müəyyən ediblər. "Fox News Digital"a istinadən xəbər verir ki, tədqiqatçılar ABŞ-də 500-dən çox peşə üzrə məlumatları müqayisə ediblər
24 avqustDünyada ən çox istifadə olunan emoji
2025-ci ildə dünyada ən çox istifadə olunan emoji bəlli olub. "Google"un araşdırmasına əsasən, yüksək səslə ağlayan üz ötən il ən populyar emoji olub. O, gülməkdən gözləri yaşaran üz və gülməkdən yerə yuvarlanan üz emojilərini geridə qoyub. Araşdırma "Android" cihazlarında istifad
22 avqustUzunömürlü insanların immun sistemində alimləri təəccübləndirən kəşf
Yaponiyanın Osaka Universitetinin tədqiqatçıları 90-100 və daha yuxarı yaşda olan insanlarda zədələnmiş və xərçəngli hüceyrələri məhv etmək qabiliyyətinə malik nadir immun hüceyrə növünün qeyri-adi dərəcədə yüksək fəallığını müəyyən ediblər. xəbər verir ki, elmi işin nəticələri "Cell Press"
21 avqustUşağının gözündə parıltı görən britaniyalı qadın körpəsini ölümdən xilas etdi
Böyük Britaniyada yaşayan, dörd aylıq Oliverin anası onun sağ gözünün düzgün fokuslanmadığını fərq edib. O, əvvəlcə bunun gələcəkdə uşağa sadəcə eynək lazım olacağı ilə bağlı olduğunu düşünüb. Lakin həqiqət daha ciddi olub. Körpənin gözündə yaranan qeyri-adi parıltı ananın vaxtında həkimə müraciət etməsin
25 avqust