Dodaq kənarlarında yaranan çatların səbəbləri açıqlandı

Dodaq kənarlarında yaranan çatların səbəbləri açıqlandıDodaqların kənarlarında yaranan çatlar (anqulyar xeylit) orqanizmdəki bəzi problemlərdən xəbər verə bilər. Bu halın ən geniş yayılmış səbəblərindən biri dərinin və selikli qişaların bərpa olunma qabiliyyətini zəiflədən müəyyən vitamin və mineralların çatışmazlığıdır.

Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru-ya həkim-terapevt Dmitri Bessudnov məlumat verib.

"B qrupu vitaminlərinin, xüsusilə B2, B6, B9 və B12 vitaminlərinin çatışmazlığı buna səbəb ola bilər. Riboflavin (B2 vitamini) çatışmazlığı əsas səbəblərdən biridir. B12 vitamini və fol turşusunun (B9) azlığı da epitel toxumasının vəziyyətinə və çatların sağalmasına birbaşa təsir göstərir.

Dəmir çatışmazlığı anemiyası da tez-tez dodaq kənarlarında çatların yaranması ilə müşayiət olunur. Reproduktiv yaşda olan qadınlarda bu, çox vaxt gizli dəmir çatışmazlığı ilə əlaqələndirilir. Sink çatışmazlığı immuniteti zəiflədir və toxumaların bərpasını çətinləşdirir. Ümumi zülal çatışmazlığını və digər mikroelementlərin azlığını da unutmaq olmaz. Qeyri-sağlam qidalanma və qida maddələrinin sorulmasının pozulması onların kompleks şəkildə çatışmazlığına səbəb ola bilər", - deyə həkim izah edib.

B qrupu vitaminləri, dəmir və sink hüceyrələrin yenilənməsində, qan yaranmasında və immun sisteminin fəaliyyətində mühüm rol oynayır. Bu maddələrin çatışmazlığı zamanı dərinin və selikli qişaların bərpası ləngiyir, yerli immunitet zəifləyir. Nəticədə mikroçatlara infeksiya, məsələn, kandida göbələyi və ya bakteriyalar asanlıqla daxil ola bilər. Bu zaman dodaq kənarlarındakı dəri quruyur, elastikliyini itirir və daha asan zədələnir.

"Lakin xeylitin yeganə səbəbi vitamin çatışmazlığı deyil. Dodaqları yalamaq vərdişi, uyğun olmayan diş protezləri və ya breketlərdən istifadə, həmçinin yaşla əlaqədar dəri tonusunun azalması da buna səbəb ola bilər. Şəkərli diabet, mədə-bağırsaq traktında sorulma pozğunluğu ilə müşayiət olunan xəstəliklər və digər xroniki xəstəliklər də çatların yaranmasına təkan verə bilər.

Səbəbi təkbaşına müəyyən etmək mümkün deyil. Buna görə də dodaq kənarlarındakı çatlar sizi uzun müddət narahat edirsə, lazımi analizləri təyin edəcək və müvafiq müalicə seçəcək terapevtə və ya dermatoloqa müraciət edin", - deyə həkim vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 481   Tarix: 28 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Avatar"ın növbəti iki filmi bu tarixlərdə yayımlanacaq

"Avatar" franşizasının növbəti iki filminin nə vaxt ekranlara çıxacağı bəlli olub. Axşam.az xəbər verir ki, rejissor Ceyms Kemeronun məşhur fantastik film seriyasının dördüncü hissəsi 2029-cu il dekabrın 21-də, beşinci filmi isə 2031-ci il dekabrın 19-da tamaşaçılara təqdim olunacaq. Məluma

28 noyabr
.

Temperaturda tarixi rekord - Dünya həmin həddi keçdi

Dünya sənayeləşmədən əvvəlki dövrlə müqayisədə temperaturun 2 dərəcə Selsidən çox yüksəldiyi ən uzun dövrü (6 gün ərzində müşahidə olunub) yaşayıb. Alimlər bunu iqlim böhranının sürətləndiyini göstərən ciddi siqnal kimi qiymətləndirirlər. "Qafqazinfo" xəbər verir ki, "Kopernik" İqli

26 noyabr
.

Dünyada ən çox oxunan kitablar - Milyonların sevimli əsərləri

Dünya ədəbiyyatında elə kitablar var ki, əsrlər keçsə də, populyarlığını itirmir. Bəzi əsərlər yüz milyonlarla nüsxə satılaraq dünyanın ən məşhur kitabları sırasına daxil olub. xəbər verir ki, dünyada ən geniş yayılan kitablar arasında Bibliya xüsusi yer tutur. Müxtəlif dillərdə milyardlarla nüsxəs

22 noyabr
.

Yumurtaların üzərindəki rəqəmlər nə deməkdir? İlk rəqəmə diqqət edin

Marketlərdən alınan yumurtaların qabığına vurulan kodlar məhsulun hansı şəraitdə istehsal edildiyi barədə mühüm məlumat verir. xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, kodun ilk rəqəmi toyuğun yetişdirilmə üsulunu göstərir:. 0 ilə başlayanlar: Orqani

28 noyabr
.

Dünyanın ən dadlı pendiri hansı ölkədə hazırlanır?

Dünyanın müxtəlif ölkələrindən olan pendir istehsalçılarının qatıldığı nüfuzlu beynəlxalq müsabiqənin qalibi müəyyənləşib. Dünyanın ən nüfuzlu pendir müsabiqələrindən biri hesab olunan "World Cheese Awards 2026"nın nəticələri açıqlanıb. -ın xarici mediaya istinadən məlumatına görə, bu il müsabiqəni

22 noyabr
.

Süni intellekt sayəsində insanlar 1400 ilədək yaşaya bilər - Alimdən sensasiyalı proqnoz

Süni intellekt texnologiyalarının inkişafı gələcəkdə insan ömrünün 1200-1400 ilə qədər uzanmasına imkan yarada bilər. Oksford Universitetinin keçmiş professoru Nik Bostrom belə bir ehtimalın mümkün olduğunu düşünür. xəbər verir ki, bu barədə "Business Insider" nəşri yazıb. Bostromun fikrincə

24 noyabr
.

Yuxular qeydə alınacaq - Film kimi izləyəyəcəyik

Yaponiyalı alimlər yuxuların şifrəsinin açılması istiqamətində ilk addımı atıblar. -ə istinadən bildirir ki, ATR institutunun əməkdaşları funksional MRT və maşın öyrənməsi texnologiyasından istifadə edərək insanların yuxuya gedərkən gördükləri obyektlərin kateqoriyalarını müəyyənləşdirməyə çalışıblar

25 noyabr
.

Qəhvənin tərkibindəki maddənin bağırsaq iltihabına qarşı təsiri araşdırılıb

Qəhvə və bəzi digər bitkilərin tərkibində olan kofein turşusunun bağırsaqlarda iltihabı azaltmaq və onların qoruyucu baryerini möhkəmləndirmək potensialı aşkar edilib. xəbər verir ki, bu barədə Çinin alimlərinin "Phytomedicine" jurnalında dərc olunan araşdırmasında bildirilib. Tədqiqatçıla

25 noyabr
.

Sən demə buzlaqlar da "oxuya" bilirmiş

Buzlağın rəngi işıqlandırmadan və baxış bucağından, çıxardığı səslər isə hərəkətindən və temperatur şəraitindən asılıdır. Ölkə.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun İqlim və Ətraf Mühit Dəyişiklikləri Laboratoriyasının elmi əməkdaş

27 noyabr