"iPhone 17 pro"nu kosmosdan yerə atdılar - ANBAAN VİDEO
"RhinoShield" şirkəti "iPhone 17 Pro" smartfonunu stratosferdən yerə ataraq qeyri-adi sınaq keçirib. Təxminən 30,6 kilometr yüksəklikdən paraşütsüz yerə düşən telefon işlək vəziyyətdə qalıb və nəticə "Ginnesin Rekordlar Kitabı" tərəfindən qeydə alınıb.
Sonxeber.az xəbər verir ki, sınaq bu il iyunun 24-də İsveçdəki Esrange Kosmik Mərkəzində "RhinoShield" və Böyük Britaniyanın "Sent Into Space" aerokosmik şirkətinin iştirakı ilə həyata keçirilib.
"AirX" qoruyucu üzlüyünə yerləşdirilən "iPhone 17 Pro" xüsusi stratosfer şarı ilə 30 607 metr yüksəkliyə qaldırılıb. Daha sonra smartfon heç bir paraşüt və əlavə qoruyucu vasitə olmadan sərbəst buraxılıb. Ginnes bunu "qoruyucu üzlükdə olan mobil telefonun təbii relyef üzərinə ən yüksəkdən düşməsi" kateqoriyasında dünya rekordu kimi təsdiqləyib.
25 dəqiqə havada qaldı
Telefonun Yerə enməsi təxminən 25 dəqiqə çəkib. Sınaq zamanı stratosferdə temperatur mənfi 40-60 dərəcə arasında dəyişib, atmosfer təzyiqi isə dəniz səviyyəsindəki normal göstəricinin təxminən 1 faizi qədər olub.
Enişdən sonra telefon İsveçin yaşayış olmayan meşəlik ərazisində GPS vasitəsilə axtarılıb. Ginnesin məlumatına görə, axtarış qrupu cihazı tapmaq üçün beş saatdan çox vaxt sərf edib.
Telefon işləməyə davam edib
Cihaz tapıldıqdan sonra onun vəziyyəti və əsas funksiyaları yoxlanılıb. Telefonun korpusunun və ekranının bütöv qaldığı, cihazın açılıb-söndüyü, zəng qəbul edib edə bildiyi və foto çəkdiyi təsdiqlənib.
"AirX" üzlüyünün konstruksiyası avtomobillərdəki təhlükəsizlik yastıqlarından və idman ayaqqabılarında istifadə edilən hava amortizasiya texnologiyasından ilhamlanaraq hazırlanıb. Üzlüyün daxilində zərbə enerjisini yaymağa kömək edən hava yastıqları və telefonu bütün tərəflərdən qoruyan struktur mövcuddur.
İstehsalçı bildirir ki, üzlük tək materialdan hazırlanıb və tamamilə təkrar emal edilə bilər. "AirX" 2026-cı ildə "iF Design Award" və "Red Dot Design Award" mükafatlarına da layiq görülüb.
Qeyd edək ki, sınaq "AirX" qoruyucu üzlüyünün imkanlarını nümayiş etdirmək məqsədilə keçirilən reklam kampaniyasının bir hissəsi olub.(Lent.az)
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1084 Tarix: 28 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ayı Yerin yeddinci qitəsi adlandırdı
Rusiya Kosmik Tədqiqatlar İnstitutunun elmi rəhbəri, akademik Lev Zelyonıy Ayın elmi və praktiki baxımdan Yerin yeddinci qitəsi hesab oluna biləcəyini bildirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Alimin sözlərinə görə, bu müqayisə zarafat deyil, alimlər v
9 sentyabrBeyni yoxdur, amma öyrənir: Alimləri heyrətləndirən sirli canlı
Beyni və sinir sistemi olmayan bir canlının öyrənməyə və problem həll etməyə bənzər davranışlar nümayiş etdirməsi elm dünyasında ciddi müzakirələrə səbəb olub. Qaynarinfo Haber Global-a istinadən xəbər verir ki, söhbət Physarum polycephalum adlı selikli kifdən gedir. Bu canlı beyni və sinir sistemi olmamasın
9 sentyabrNə görmə, nə də eşitmə: çoxlarının heç eşitmədiyi altıncı hiss
Uşaqlıqdan bizə insanın beş əsas hissə malik olduğu öyrədilir: görmə, eşitmə, qoxu, dad və toxunma. Lakin getdikcə daha çox elmi araşdırma çox az danışılan, amma insanın sağlamlığı və ümumi rifahı üçün böyük əhəmiyyət daşıyan başqa bir hissin də mövcudluğunu göstərir. Bu hiss interosepsiya adlanır. xaric
8 sentyabrPayızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film
Payız mövsümünün başlaması ilə yağışlı və sərin havalarda evdə film izləməyə maraq artır. Xüsusilə, romantik ab-havası, şəhər mənzərələri və nostalji ruhu ilə seçilən bəzi ekran əsərləri payız axşamları üçün ideal seçim hesab olunur. payız ab-havasını ən yaxşı şəkildə əks etdirən 3 filmi təqdim edir
7 sentyabrBir neçə saniyəlik yuxu faciəyə səbəb ola bilər: Somnoloq izah edir
"Uzun illər elm aləmində belə hesab edilirdi ki, insan beyni bütövlükdə ya oyaq qalır, ya da yatır. Lakin mikroyuxu hadisəsi göstərir ki, beynin bir hissəsi işləməyə davam edərkən digər hissəsi dincələ bilər. Bu isə xüsusilə, sükan arxasında olan şəxslər üçün çox təhlükəlidir". xəbər veri
8 sentyabrYemək vaxtı telefona baxmağın təhlükələri - Mütəxəssis rəyi
"Yemək yeyərkən sosial şəbəkələrə baxmaq və videoları izləmək insanın fərqinə varmadan həddindən artıq qidalanmasına və rasionuna nəzarəti itirməsinə səbəb ola bilər". Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu diyetoloq Anton Polyakov deyib. Rusiyalı mütəxəssis xəbərdarlıq edib ki, b
9 sentyabrSünnət toyunda qorxunc anlar: at uşağı belindən yerə atdı - VİDEO
Türkiyənin İzmir şəhərində keçirilən sünnət toyunda bədbəxt hadisə baş verib. xarici mediaya istinadla xəbər verir ki, sünnət edilən uşaq at belində toy məkanına daxil olarkən havai fişənglər atılıb, konfetilər partladılıb və yüksək səslə musiqi səsləndirilib. Səslərdən qorxan at idarəetmədən çıxara
9 sentyabrRonaldonun həyat yoldaşını çəkən fotoqraflardan böyük ayıb! - VİDEO
Dünyaca məşhur futbolçu Cristiano Ronaldonun həyat yoldaşı Georgina Rodriguez ilə bağlı görüntülər sosial mediada gündəm olub. xarici mediaya istinadla xəbər verir ki, Rodriguezin iştirak etdiyi tədbirdə onu çəkmək üçün yarışan fotoqrafların kadra düşərək poz verməyə çalışan başqa bir qadına qarşı soyu
7 sentyabr