"Dünya dağılsa" da, onlar ac qalmayacaq: Araşdırma NƏTİCƏLƏRİ

"Dünya dağılsa" da, onlar ac qalmayacaq: Araşdırma NƏTİCƏLƏRİQlobal pandemiya, regional münaqişələr və əsas ticarət yollarının bağlanması göstərdi ki, qida idxalı dünyanın heç bir ölkəsi üçün qida təhlükəsizliyini tam təmin edə bilməz.

Lent.az-ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasını təqdim edirik:

Qida təhlükəsizliyi probleminə görə, bu gün ölkələr gələcəkdə baş verə biləcək böhranın qarşısını almaq üçün getdikcə öz ərzaq müstəqilliyi haqqında düşünürlər.

Lakin, "Visual Capitalist" (siyasət, iqtisadiyyat, biznes və cəmiyyət üzrə tədqiqatlar üzrə ixtisaslaşmış beynəlxalq media platforması - red.) mütəxəssislərinin fikrincə, görülən bütün tədbirlərə baxmayaraq, bu gün dünyada əsas və həyati əhəmiyyətli qida məhsullarına olan daxili ehtiyaclarını müstəqil şəkildə ödəyə bilən yalnız bir ölkə var. Dünyanın qalan hissəsi, bu və ya digər şəkildə, xarici təchizatdan asılıdır.

Bu baxımdan, "Visual Capitalist" analitikləri hər bir ölkənin əhalisini qidalandırmaq üçün təkbaşına yeddi əsas qida qrupundan neçəsini istehsal edə biləcəyini göstərən bir xəritə hazırlayıblar.

Təhlil insanlar üçün ən vacib yeddi qida kateqoriyasını əhatə edir: süd məhsulları, ət, balıq, meyvə, tərəvəz, nişastalı qidalar (düyü, qarğıdalı, yulaf, kartof, şirin kartof və s.), paxlalılar və toxumlar (lobya, mərcimək, noxud, günəbaxan, kətan, küncüt və s.).

Özünü ən yaxşı kim təmin edir?

Dünyada yeddi əsas qida kateqoriyasının hamısı üzrə öz daxili ehtiyaclarını tam ödəyən yeganə ölkə Qayanadır (Cənubi Amerikanın şimal-şərqində ingilisdilli ölkə - red.).

Çin və Vyetnam bir qədər geridə qalır. Bu ölkələr yalnız altı əsas qida kateqoriyası üzrə ehtiyaclarını ödəyir və süd məhsullarından çox asılıdırlar.

Hazırda dünyada yalnız 24 ölkə beş kateqoriyalı vacib məhsula olan ehtiyaclarını ödəyə bilir. Bunların arasında Yeni Zelandiya, Uruqvay, Paraqvay, Argentina, Braziliya, Baltikyanı ölkələr, İspaniya və Avstraliya, eləcə də bəzi MDB ölkələri diqqətəlayiqdir.

MDB ölkələrində vəziyyət

Müstəqil Dövlətlər Birliyi daxilində Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiya qida ehtiyaclarını ən yaxşı şəkildə ödəyən ölkələrdir.

Onlar beş əsas ərzaq kateqoriyasında özlərini təmin edirlər. Qazaxıstanın meyvə və balıq, Özbəkistanın balıq, paxlalı bitkilər və toxumlar (günəbaxan, noxud və lobya), Rusiyanın meyvə və tərəvəz, Qırğızıstanın isə meyvə və balıq üzrə xarici təchizatdan asılılığı qeyd olunur.

Bu araşdırmaya görə, Azərbaycan, Ermənistan və Belarus insanlar üçün ən vacib qida məhsullarının yalnız dörd kateqoriyasına olan ehtiyaclarını ödəyir.

Bu baxımdan, Belarus meyvə, balıq, paxlalı bitkilər və toxumlu məhsullar, Azərbaycan və Ermənistan isə balıq, nişastalı qidalar, paxlalı bitkilər və toxumlu məhsullar çatışmazlığı ilə üzləşir.

Tacikistan MDB-də daxili ərzaq ehtiyaclarını ən az ödəyə bilən ölkədir. Orada hökumət müstəqil olaraq vətəndaşlarını yeddi əsas kateqoriyadan yalnız üçündə ərzaq məhsulları ilə təmin edir.

Ərzaq idxalından ən çox asılı olan ölkələr

Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, İraq və Əfqanıstan ölkə xaricindən qida təchizatından tamamilə asılıdır.

Qeyd etmək lazımdır ki, bu ölkələr hazırda yeddi vacib qida kateqoriyasından heç biri üzrə daxili ərzaq ehtiyaclarını ödəyə bilmirlər.

Yeddi əsas ərzaq kateqoriyasından ən azı birində özünü təmin edə bilən ölkələr qrupuna 23 ölkə daxildir. Bunlara əsasən ada dövlətləri, Afrika ölkələri və təəccüblüdür ki, Yaponiya daxildir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 587   Tarix: 30 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı

Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları

8 oktyabr
.

Qayğanağı yumşaq edən sadə sirr

Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt

4 oktyabr
.

Orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı

Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy

4 oktyabr
.

Gecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil

Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə

11 oktyabr
.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

Telefonda zəng müddətini necə uzatmaq olar?

Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu

4 oktyabr
.

Soyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər

Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə

4 oktyabr
.

Əti yenidən dondurmaq olar?

Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın

11 oktyabr
.

Kərə yağını uzun müddət təzə saxlamağın yolları

Kərə yağının uzun müddət təzə, dadlı və ətirli qalması üçün onun düzgün saxlanılması vacibdir. Soyuducuda və dondurucuda bəzi sadə qaydalara əməl etməklə məhsulun keyfiyyətini daha uzun müddət qorumaq mümkündür. xarici mediaya istinadən xəbər verir ki, kərə yağı ilk baxışdan xüsusi saxlama şəraiti tələ

11 oktyabr