Bu məlumatları süni intellektlə paylaşmaq TƏHLÜKƏLİDİR - AÇIQLAMA

Bu məlumatları süni intellektlə paylaşmaq TƏHLÜKƏLİDİR - AÇIQLAMAŞəxsi məlumatların, şəxsiyyət vəsiqəsi, pasport, bank sənədləri, tibbi məlumatlar və digər məxfi informasiyaların süni intellekt platformalarına daxil edilməsi məlumatların qorunması baxımından müəyyən risklər yarada bilər. Mütəxəssislər belə məlumatlarla işləyərkən onların hansı məqsədlə toplandığına, necə saxlanıldığına və kimlərlə paylaşıla biləcəyinə diqqət yetirməyi tövsiyə edirlər.

Bəs, istifadəçilər süni intellekt alətlərindən istifadə edərkən hansı şəxsi və məxfi məlumatları paylaşmaqdan çəkinməli, məlumatların platforma tərəfindən necə istifadə olunduğunu və saxlanıldığını necə yoxlamalı, öz məlumatlarını qorumaq üçün hansı əsas təhlükəsizlik qaydalarına əməl etməlidirlər?
Bu məlumatları süni intellektlə paylaşmaq TƏHLÜKƏLİDİR - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən informasiya texnologiyaları üzrə mühəndis, tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, süni intellekt platformaları gündəlik işlərimizi asanlaşdırır. Ancaq bu alətlərdən istifadə edərkən şəxsi və məxfi məlumatların qorunmasına diqqət etmək çox vacibdir.

"Süni intellektə yazdığımız məlumatlar arasında ad, soyad, telefon nömrəsi, ünvan, şəxsiyyət vəsiqəsi məlumatları, bank rekvizitləri, parollar və işlə bağlı məxfi sənədlər ola bilər. Belə məlumatların paylaşılması tövsiyyə olunmur. Buna görə süni intellekt alətlərindən istifadə edərkən bir neçə sadə qaydaya əməl etmək lazımdır. Şəxsiyyət vəsiqəsinin məlumatları, parollar, bank kartı nömrələri və digər həssas məlumatlar süni intellektə daxil edilməməlidir. Sənədi təhlil etdirmək lazımdırsa, əvvəlcə ad, ünvan, telefon, imza, hesab nömrəsi və digər məxfi hissələri silmək və ya gizlətmək daha təhlükəsizdir. Şirkətin müştəri siyahısı, müqavilələri, maliyyə göstəriciləri və daxili yazışmaları icazə olmadan süni intellekt platformalarına yükləmək olmaz. Məlumatların necə saxlandığını və hansı məqsədlərlə istifadə oluna biləcəyini öyrənmək vacibdir. Süni intellektdən kömək almaq üçün bütün sənədi və ya bütün şəxsi məlumatları paylaşmaq lazım deyil. Süni intellekt faydalı köməkçidir, amma ondan təhlükəsiz istifadə etmək istifadəçinin də məsuliyyətidir. Məlumat paylaşmazdan əvvəl bir neçə saniyə düşünüb "Bu məlumat məxfidirmi və bunu paylaşmağa həqiqətən ehtiyac varmı?" sualını vermək bir çox riskin qarşısını ala bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 575   Tarix: 09 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İpoteka ilə ev almaq sərfəlidirmi? Kimlər bu addımı atmamalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil sahibi olmaq istəyənlərin böyük bir qismi kifayət qədər vəsait toplaya bilmədiyi üçün ipoteka kreditlərinə üz tutur. Lakin uzunmüddətli kredit öhdəliyinə girmək hər zaman sərfəli seçim olmaya bilər. Aylıq ödənişlər, faiz dərəcələri, ilkin ödəniş və ailənin gəlir səviyyəsi ipoteka ilə ev almağı

30 oktyabr
.

Oktyabrın son günü yağış yağacaq

Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

30 oktyabr
.

Mənzil alarkən bu məqamlara diqqət edin - EKSPERTDƏN XƏBƏRDARLIQ

Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı mənzil almaq istəyən vətəndaşlarla yanaşı, bu sahəyə investisiya yatıran şəxslərin də diqqət mərkəzindədir. Tikinti xərcləri, mənzilə olan tələb, ipoteka imkanları və ərazilərin inkişaf perspektivləri qiymətlərin formalaşmasına təsir göstərən əsas amillərdəndir

30 oktyabr
.

Məktəblərdə təhlükəsizlik necə təmin olunmalıdır? - EKSPERTDƏN VACİB AÇIQLAMA

Məktəb ərazisində jurnalistlərin fiziki zorakılığa məruz qalması təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin təşkili, mühafizə xidmətinin fəaliyyəti və media nümayəndələrinin peşə fəaliyyətinə maneələrin qarşısının alınması məsələlərini gündəmə gətirir. Təhsil müəssisələrində şagirdlərin və əməkdaşları

29 oktyabr
.

Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ƏRAZİLƏR

"Bakıda yaşı 100 ildən çox olan binaların dəqiq sayını müəyyənləşdirmək üçün ilk növbədə mövcud tikililərin inventarlaşdırılması, onların tikilmə tarixinin və texniki vəziyyətinin qiymətləndirilməsi vacibdir". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr

30 oktyabr
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30 oktyabr
.

Məktəblərdə psixoloq problemi: Bir mütəxəssis yüzlərlə şagirdə necə çatdırsın? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə şagirdlərin yalnız akademik biliklərinin deyil, psixoloji vəziyyətlərinin də diqqətdə saxlanılması vacib məsələlərdən biridir. Lakin təhsil müəssisələrində məktəb psixoloqlarının sayının yetərli olmaması bu istiqamətdə ciddi suallar yaradır. Bir sıra məktəblərdə psixoloqların üzərinə düşə

30 oktyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündü

29 oktyabr
.

26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümünün başlanma tarixləri açıqlanıb. -in məlumatına görə, noyabrın 1-dən etibarən ölkənin 26 dağlıq və dağətəyi rayonunda yaşayış binalarının və digər obyektlərin istiliklə təminatına başlanılacaq. Həmin ərazilərdə istilik mövsümü 2027-ci il mayın 1-də

30 oktyabr