PISA 2025 nəticələrini Azərbaycan şagirdlərinin təhsil göstəriciləri baxımından necə qiymətləndirmək olar? - AÇIQLAMA

PISA 2025 nəticələrini Azərbaycan şagirdlərinin təhsil göstəriciləri baxımından necə qiymətləndirmək olar? - AÇIQLAMAPISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələri açıqlanıb.

Barədə elm və təhsil naziri Emin Əmrullayev dünən keçirdiyi mətbuat konfransında məlumat verib.

Bəs görəsən PISA 2025 nəticələrini Azərbaycan şagirdlərinin təhsil göstəriciləri baxımından necə qiymətləndirmək olar?

Təhsil eksperti Elmin Nuri bu barədə Sonxeber.az -a açıqlama verib:

"Elm və təhsil naziri Emin Əmrullayev dünən PISA beynəlxalq qiymətləndirməsinin yekun nəticələri ilə bağlı çıxış etdi. Nazir kifayət qədər maraqlı statistik məlumatlar təqdim etdi və nəticələri ətraflı şəkildə təhlil etdi. Şəxsən mənim üçün də bu təqdimatda maraqlı və diqqətçəkən yeniliklər oldu.

Bildiyimiz kimi, PISA beynəlxalq qiymətləndirməsi şagirdlərin üç əsas istiqamət üzrə - riyaziyyat, təbiət elmləri və oxu bacarıqları üzrə bilik və bacarıqlarını qiymətləndirir və nəticələr əsasında beynəlxalq reytinq formalaşdırır.

Bu dəfə qiymətləndirmədə 81 ölkə iştirak edib. Azərbaycan üçün əsas yeniliklərdən biri isə ölkəmizin ilk dəfə yalnız Bakı şəhəri ilə məhdudlaşmadan, bütün ölkə üzrə bu qiymətləndirməyə cəlb olunmasıdır.

Ən sevindirici məqamlardan biri riyaziyyat üzrə nəticələrdir. Xüsusilə diqqətçəkən məqam isə qız şagirdlərin riyaziyyat üzrə nəticələrinin ilk dəfə oğlan şagirdlərin nəticələrini qabaqlamasıdır. Bu, kifayət qədər maraqlı və müsbət göstəricidir.

Digər tərəfdən, Bakı şəhərinin riyaziyyat üzrə nəticəsi də diqqət çəkir. Bakı bu göstəriciyə görə dünyada 29-cu yerdə qərarlaşıb. Şagirdlərimiz 500 şərti bal üzərindən 465 bal toplayıblar. Yəni maksimal nəticədən cəmi 35 bal geridə qalıblar. Bu da Bakı məktəblilərinin riyazi bilik və bacarıqları baxımından kifayət qədər yüksək nəticə göstərdiyini ortaya qoyur.

Amma təbii ki, nəticələrin yalnız müsbət tərəflərindən danışmaq düzgün olmaz. Hələ də ciddi şəkildə üzərində işləməli olduğumuz istiqamətlər var. Məsələn, əvvəlki PISA qiymətləndirməsində olduğu kimi, bu dəfə də təbiət elmləri və xüsusilə oxu bacarıqları üzrə müəyyən gerilik müşahidə olunur. Ötən nəticələrlə müqayisədə müəyyən irəliləyişlər olsa da, problem hələ də qalmaqdadır.
PISA 2025 nəticələrini Azərbaycan şagirdlərinin təhsil göstəriciləri baxımından necə qiymətləndirmək olar? - AÇIQLAMANazirin açıqladığı ən düşündürücü statistik göstəricilərdən biri isə hər üç şagirddən birinin oxuduğunu lazımi səviyyədə anlamamasıdır. Bu, sadəcə hər hansı statistika deyil. Çünki oxuyub-anlama bacarığı insanın məlumatı qəbul etməsi ilə yanaşı, onu təhlil etmək, nəticə çıxarmaq, müqayisə aparmaq və müstəqil düşünmək qabiliyyətinin də əsas göstəricilərindən biridir.

Bu baxımdan, oxu bacarıqları üzrə nəticələrin bizi tam qane etməməsi, əslində, kifayət qədər ciddi məsələdir. Riyaziyyat üzrə nəticələrimizi üç il ərzində müəyyən qədər yaxşılaşdıra bilmişik. Təəssüf ki, eyni dinamikanı oxu bacarıqları və təbiət elmləri üzrə nəticələrdə hələ istədiyimiz səviyyədə görə bilmirik.

İndi qarşıda növbəti dövr - daha dörd il var. PISA nəticələri bundan sonra üç ildən bir deyil, dörd ildən bir açıqlanacaq. Bu müddət ərzində əsas sual ondan ibarət olacaq ki, oxu bacarıqları, təbiət elmləri və ümumilikdə şagirdlərin analitik düşünmə qabiliyyətinin inkişafı istiqamətində hansı addımlar atılacaq.

Riyaziyyat üzrə əldə olunan nəticə ümidvericidir. Amma təhsilin keyfiyyətini yalnız bir istiqamətdə əldə olunan nəticə ilə ölçmək mümkün deyil. Ona görə də indi gözləmək və görmək lazımdır: qarşıdakı dörd il ərzində oxu bacarıqları istiqamətində nələri dəyişə, hansı problemləri aradan qaldıra və hansı nəticələri əldə edə biləcəyik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 555   Tarix: 09 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İpoteka ilə ev almaq sərfəlidirmi? Kimlər bu addımı atmamalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil sahibi olmaq istəyənlərin böyük bir qismi kifayət qədər vəsait toplaya bilmədiyi üçün ipoteka kreditlərinə üz tutur. Lakin uzunmüddətli kredit öhdəliyinə girmək hər zaman sərfəli seçim olmaya bilər. Aylıq ödənişlər, faiz dərəcələri, ilkin ödəniş və ailənin gəlir səviyyəsi ipoteka ilə ev almağı

30 oktyabr
.

Oktyabrın son günü yağış yağacaq

Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

30 oktyabr
.

Mənzil alarkən bu məqamlara diqqət edin - EKSPERTDƏN XƏBƏRDARLIQ

Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı mənzil almaq istəyən vətəndaşlarla yanaşı, bu sahəyə investisiya yatıran şəxslərin də diqqət mərkəzindədir. Tikinti xərcləri, mənzilə olan tələb, ipoteka imkanları və ərazilərin inkişaf perspektivləri qiymətlərin formalaşmasına təsir göstərən əsas amillərdəndir

30 oktyabr
.

Məktəblərdə təhlükəsizlik necə təmin olunmalıdır? - EKSPERTDƏN VACİB AÇIQLAMA

Məktəb ərazisində jurnalistlərin fiziki zorakılığa məruz qalması təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin təşkili, mühafizə xidmətinin fəaliyyəti və media nümayəndələrinin peşə fəaliyyətinə maneələrin qarşısının alınması məsələlərini gündəmə gətirir. Təhsil müəssisələrində şagirdlərin və əməkdaşları

29 oktyabr
.

Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ƏRAZİLƏR

"Bakıda yaşı 100 ildən çox olan binaların dəqiq sayını müəyyənləşdirmək üçün ilk növbədə mövcud tikililərin inventarlaşdırılması, onların tikilmə tarixinin və texniki vəziyyətinin qiymətləndirilməsi vacibdir". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr

30 oktyabr
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30 oktyabr
.

Məktəblərdə psixoloq problemi: Bir mütəxəssis yüzlərlə şagirdə necə çatdırsın? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə şagirdlərin yalnız akademik biliklərinin deyil, psixoloji vəziyyətlərinin də diqqətdə saxlanılması vacib məsələlərdən biridir. Lakin təhsil müəssisələrində məktəb psixoloqlarının sayının yetərli olmaması bu istiqamətdə ciddi suallar yaradır. Bir sıra məktəblərdə psixoloqların üzərinə düşə

30 oktyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündü

29 oktyabr
.

26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümünün başlanma tarixləri açıqlanıb. -in məlumatına görə, noyabrın 1-dən etibarən ölkənin 26 dağlıq və dağətəyi rayonunda yaşayış binalarının və digər obyektlərin istiliklə təminatına başlanılacaq. Həmin ərazilərdə istilik mövsümü 2027-ci il mayın 1-də

30 oktyabr