İstirahət mərkəzlərində təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

İstirahət mərkəzlərində təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMAİstirahət mərkəzlərində istifadə olunan tros, kanat və digər əyləncə qurğularının təhlükəsizliyi xüsusilə yay mövsümündə diqqət tələb edir. Trosların köhnəlməsi, korroziya, mexaniki zədələnmələr, düzgün texniki xidmət göstərilməməsi və qurğuların normadan artıq yüklənməsi qəza riskini artıra bilər. Mütəxəssislər bu cür avadanlıqların müntəzəm və peşəkar şəkildə yoxlanılmasını, aşkar edilən qüsurların isə qurğu istifadəyə verilməzdən əvvəl aradan qaldırılmasını vacib hesab edirlər.

Bəs, tros və digər əyləncə qurğularının qırılmasına əsasən hansı amillər səbəb olur, onların texniki baxışı hansı ardıcıllıqla və nə qədər tez-tez aparılmalıdır və qəza baş verməzdən əvvəl potensial riskləri müəyyənləşdirmək üçün hansı nəzarət mexanizmləri tətbiq edilməlidir?
İstirahət mərkəzlərində təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, turizm və istirahət mərkəzlərində istifadə olunan kanat, zipline və digər ekstremal əyləncə qurğuları birbaşa insan həyatı və təhlükəsizliyi ilə bağlı olan, ciddi nəzarət tələb edən texniki qurğulardır.

"Mühərrikin olub-olmamasından asılı olmayaraq, belə sistemlərin istismarı sahibkarın şəxsi mülahizəsinə buraxılmamalı, beynəlxalq mühəndislik və texniki təhlükəsizlik qaydalarına əsaslanmalıdır. Ümumi təhlükəsizlik standartlarına görə, insan daşıyan polad trosların möhkəmlik ehtiyatı faktiki canlı yükdən ən azı üç-dörd qat artıq ağırlığa hesablanmalı və mütləq paralel işləyən ikinci sığorta trosu nəzərdə tutulmalıdır".

Ekspert bildirib ki, qaydalara əsasən, trosun diametri sürtünmə və ya paslanma nəticəsində 7 faiz azalarsa və ya daxili metal kəsiyinin 10 faizi yeyilərsə, tros zahirən bütöv görünsə belə, yararsız hesab edilməli və istismardan çıxarılmalıdır:

"Kəskin hava şəraitindən və ya ildırım vurmasından sonra da tros xüsusi diaqnostik cihazlarla yoxlanılmalı və qurğu dərhal istifadəyə verilməməlidir. Dünya təcrübəsində əsas prinsiplərdən biri insan daşınan sistemlərdə təhlükəsizliyin yalnız bir trosdan asılı olmamasıdır. Əsas trosda hər hansı qırılma baş verdiyi halda təhlükənin qarşısını almaq üçün paralel işləyən ehtiyat təhlükəsizlik xəttinin olması vacibdir. Təhlükəsizliyin təmin olunmasında personal və bələdçi heyətinin də rolu böyükdür. Qanunvericiliyə əsasən, bu qurğularda çalışan bələdçi, təlimatçı və nəzarətçilər xüsusi komissiya qarşısında bilik yoxlanışından, yəni attestasiyadan keçmiş şəxslər olmalıdır. Təlimatçının vəzifəsi yalnız sərnişinə təhlükəsizlik kəməri taxmaqla məhdudlaşmır. O, texniki qaydaları izah etməli, çəki limitinə riayət olunmasını təmin etməli və qurğuda, kəmərdə və ya trosda hər hansı nasazlıq aşkar etdikdə prosesi dərhal dayandırmalıdır".

Onun sözlərinə görə, normativ sənədlərdə gündəlik vizual baxışlar, test yükləri və sınaqlar, personalın hazırlığı, eləcə də dövlət orqanları tərəfindən aparılan ilkin, illik və dövri müayinələrlə bağlı tələblər müəyyən edilib:

"Bu baxımdan əsas məsuliyyət xidmət göstərən sahibkarlıq subyektinin daxili nəzarət mexanizmlərinin üzərinə düşür. İstirahət mərkəzləri təhlükəsizlik qaydalarına formal tələb kimi deyil, birbaşa insan həyatı ilə bağlı məsələ kimi yanaşmalı və müəyyən edilmiş standartlara hər zaman riayət etməlidirlər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1833   Tarix: 10 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İpoteka ilə ev almaq sərfəlidirmi? Kimlər bu addımı atmamalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil sahibi olmaq istəyənlərin böyük bir qismi kifayət qədər vəsait toplaya bilmədiyi üçün ipoteka kreditlərinə üz tutur. Lakin uzunmüddətli kredit öhdəliyinə girmək hər zaman sərfəli seçim olmaya bilər. Aylıq ödənişlər, faiz dərəcələri, ilkin ödəniş və ailənin gəlir səviyyəsi ipoteka ilə ev almağı

30 oktyabr
.

Oktyabrın son günü yağış yağacaq

Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

30 oktyabr
.

Mənzil alarkən bu məqamlara diqqət edin - EKSPERTDƏN XƏBƏRDARLIQ

Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı mənzil almaq istəyən vətəndaşlarla yanaşı, bu sahəyə investisiya yatıran şəxslərin də diqqət mərkəzindədir. Tikinti xərcləri, mənzilə olan tələb, ipoteka imkanları və ərazilərin inkişaf perspektivləri qiymətlərin formalaşmasına təsir göstərən əsas amillərdəndir

30 oktyabr
.

Məktəblərdə təhlükəsizlik necə təmin olunmalıdır? - EKSPERTDƏN VACİB AÇIQLAMA

Məktəb ərazisində jurnalistlərin fiziki zorakılığa məruz qalması təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin təşkili, mühafizə xidmətinin fəaliyyəti və media nümayəndələrinin peşə fəaliyyətinə maneələrin qarşısının alınması məsələlərini gündəmə gətirir. Təhsil müəssisələrində şagirdlərin və əməkdaşları

29 oktyabr
.

Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ƏRAZİLƏR

"Bakıda yaşı 100 ildən çox olan binaların dəqiq sayını müəyyənləşdirmək üçün ilk növbədə mövcud tikililərin inventarlaşdırılması, onların tikilmə tarixinin və texniki vəziyyətinin qiymətləndirilməsi vacibdir". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr

30 oktyabr
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30 oktyabr
.

Məktəblərdə psixoloq problemi: Bir mütəxəssis yüzlərlə şagirdə necə çatdırsın? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə şagirdlərin yalnız akademik biliklərinin deyil, psixoloji vəziyyətlərinin də diqqətdə saxlanılması vacib məsələlərdən biridir. Lakin təhsil müəssisələrində məktəb psixoloqlarının sayının yetərli olmaması bu istiqamətdə ciddi suallar yaradır. Bir sıra məktəblərdə psixoloqların üzərinə düşə

30 oktyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündü

29 oktyabr
.

26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümünün başlanma tarixləri açıqlanıb. -in məlumatına görə, noyabrın 1-dən etibarən ölkənin 26 dağlıq və dağətəyi rayonunda yaşayış binalarının və digər obyektlərin istiliklə təminatına başlanılacaq. Həmin ərazilərdə istilik mövsümü 2027-ci il mayın 1-də

30 oktyabr