Məzunların əmək bazarında iş tapması həmişə mümkün olmur - AÇIQLAMA

Məzunların əmək bazarında iş tapması həmişə mümkün olmur - AÇIQLAMAAzərbaycanda universitet məzunlarının əmək bazarına keçidi və ixtisaslarına uyğun iş tapması ilə bağlı vəziyyət müxtəlif ixtisaslar üzrə fərqlənir. Dövlətin "Məzunların məşğulluq reytinqi" platforması da məzunların məşğulluğu və əmək bazarında daha çox tələb olunan ixtisaslar barədə məlumatlılığın artırılmasına xidmət edir.

Bəs, universitet məzunlarının ixtisaslarına uyğun iş tapmaq imkanları nə dərəcədə yüksəkdir, ali məktəblərdə verilən bilik və bacarıqlarla əmək bazarının tələbləri arasında hansı əsas fərqlər var və məzunların işlə təminatını artırmaq üçün universitetlər və işəgötürənlər hansı addımları atmalıdır?
Məzunların əmək bazarında iş tapması həmişə mümkün olmur - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, Azərbaycan universitetlərini, orta ixtisas və peşə təhsil müəssisələrini bitirənlərin əmək bazarında iş tapması heç də həmişə mümkün olmur:

"Bunun bir neçə səbəbi var. İlk növbədə, Azərbaycanda işçi qüvvəsi coğrafi baxımdan qeyri-bərabər bölünüb. Əsas işçi qüvvəsi Bakı, Abşeron, Sumqayıt və digər iri şəhərlərdə cəmləşib. Xüsusilə Bakıda işçi qüvvəsinin böyük hissəsinin toplaşması nəticəsində burada iş yerlərinə olan tələb də yüksəkdir. Elə sahələr var ki, səhiyyə və təhsil kimi, işçi qüvvəsinin 70 faizə qədəri bu ərazilərdə cəmləşib. Nəticədə bəzi məzunlar vakansiyalar olsa belə, yaşadıqları və işləmək istədikləri ərazilərdə uyğun iş yeri tapmadıqları üçün işlə təmin oluna bilmirlər. Digər ərazilərdə vakansiyalar olsa da, həmin yerlərə getmək istəmirlər".

Ekspert bildirib ki, ikinci səbəb təhsil sisteminin işəgötürənlərin tələblərinə tam uyğun kadr hazırlaya bilməməsidir:

"Bütün təhsil müəssisələri haqqında bunu demək olmaz, amma əksər hallarda məzunlar nəzəri biliklərə malik olsalar da, kifayət qədər peşəkar bacarıqları olmadığı üçün işəgötürənin tələblərinə cavab vermirlər. İşəgötürən onları işə qəbul etdikdən sonra əlavə bilik və bacarıqlar qazandırmaq üçün müəyyən xərc çəkir. Lakin həmin işçilər daha sonra başqa iş yerlərinə keçə bilirlər. Bu səbəbdən işəgötürənlər təcrübəsiz işçilərə investisiya qoymaqdan çəkinirlər. Bu baxımdan hazırda Məşğulluq Strategiyasının ikinci tədbirlər planında dual təhsil məsələsi də nəzərdə tutulub. Məqsəd nəzəri biliklərlə yanaşı, tələbələrin praktiki bacarıqlar əldə etməsidir. Beləliklə, ali, orta ixtisas və peşə təhsil müəssisələrini bitirən şəxslərin nəzəri biliklərlə yanaşı, əmək bazarında lazım olan praktiki vərdişləri də formalaşmış olur".

Onun sözlərinə görə, digər səbəb əmək bazarında tələb və təklif arasındakı fərqlə bağlıdır:

"Əmək bazarına daxil olanların sayı ilə bazarı tərk edənlərin sayı arasında fərq var. Daxil olanların sayı daha çox olduğu üçün iş yerlərinin məhdudluğu problemi yarana bilir. Bundan əlavə, iş axtarmaq bacarığı da vacibdir. Yeni nəsil nümayəndələrinin bir qismi əmək fəaliyyətinə daha yüksək əməkhaqqı ilə başlamaq istəyir. Lakin bu, hər zaman mümkün olmur. Buna görə də ilkin mərhələdə daha aşağı əməkhaqqı ilə işə başlamaqdan çəkinməməlidirlər. İşçi özünü göstərdikcə və peşəkarlığını artırdıqca karyerada yüksələ və əməkhaqqısı da müvafiq olaraq arta bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2042   Tarix: 10 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İpoteka ilə ev almaq sərfəlidirmi? Kimlər bu addımı atmamalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil sahibi olmaq istəyənlərin böyük bir qismi kifayət qədər vəsait toplaya bilmədiyi üçün ipoteka kreditlərinə üz tutur. Lakin uzunmüddətli kredit öhdəliyinə girmək hər zaman sərfəli seçim olmaya bilər. Aylıq ödənişlər, faiz dərəcələri, ilkin ödəniş və ailənin gəlir səviyyəsi ipoteka ilə ev almağı

30 oktyabr
.

Oktyabrın son günü yağış yağacaq

Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

30 oktyabr
.

Mənzil alarkən bu məqamlara diqqət edin - EKSPERTDƏN XƏBƏRDARLIQ

Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı mənzil almaq istəyən vətəndaşlarla yanaşı, bu sahəyə investisiya yatıran şəxslərin də diqqət mərkəzindədir. Tikinti xərcləri, mənzilə olan tələb, ipoteka imkanları və ərazilərin inkişaf perspektivləri qiymətlərin formalaşmasına təsir göstərən əsas amillərdəndir

30 oktyabr
.

Məktəblərdə təhlükəsizlik necə təmin olunmalıdır? - EKSPERTDƏN VACİB AÇIQLAMA

Məktəb ərazisində jurnalistlərin fiziki zorakılığa məruz qalması təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin təşkili, mühafizə xidmətinin fəaliyyəti və media nümayəndələrinin peşə fəaliyyətinə maneələrin qarşısının alınması məsələlərini gündəmə gətirir. Təhsil müəssisələrində şagirdlərin və əməkdaşları

29 oktyabr
.

Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ƏRAZİLƏR

"Bakıda yaşı 100 ildən çox olan binaların dəqiq sayını müəyyənləşdirmək üçün ilk növbədə mövcud tikililərin inventarlaşdırılması, onların tikilmə tarixinin və texniki vəziyyətinin qiymətləndirilməsi vacibdir". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr

30 oktyabr
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30 oktyabr
.

Məktəblərdə psixoloq problemi: Bir mütəxəssis yüzlərlə şagirdə necə çatdırsın? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə şagirdlərin yalnız akademik biliklərinin deyil, psixoloji vəziyyətlərinin də diqqətdə saxlanılması vacib məsələlərdən biridir. Lakin təhsil müəssisələrində məktəb psixoloqlarının sayının yetərli olmaması bu istiqamətdə ciddi suallar yaradır. Bir sıra məktəblərdə psixoloqların üzərinə düşə

30 oktyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündü

29 oktyabr
.

26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümünün başlanma tarixləri açıqlanıb. -in məlumatına görə, noyabrın 1-dən etibarən ölkənin 26 dağlıq və dağətəyi rayonunda yaşayış binalarının və digər obyektlərin istiliklə təminatına başlanılacaq. Həmin ərazilərdə istilik mövsümü 2027-ci il mayın 1-də

30 oktyabr