Təhsildə süni intellektdən istifadə şagirdlərə necə təsir edəcək? - AÇIQLAMA
Süni intellekt təhsil prosesində həm şagirdlər, həm də müəllimlər üçün yeni imkanlar yaradır. Azərbaycanda da süni intellekt əsaslı adaptiv öyrənmə sistemlərinin tətbiqi ilə şagirdlərə fərdiləşdirilmiş tədris imkanlarının yaradılması nəzərdə tutulur.
Bəs, süni intellekt şagirdlərin və müəllimlərin tədris prosesini necə asanlaşdıra bilər, ondan həddindən artıq istifadə şagirdlərin müstəqil düşünmə və öyrənmə bacarıqlarına hansı mənfi təsirləri göstərə bilər və süni intellektdən təhsildə necə düzgün istifadə olunmalıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, süni intellekt platformalarından istifadə şagirdləri kağız daşıyıcılarda olan dərsliklərdən uzaqlaşdıraraq onları daha çox texnoloji alətlərə yönəldir.
"Bu isə təhsildən yayınmağa, eyni zamanda şagirdlərin bilik və bacarıqlarının formalaşmasına və möhkəmləndirilməsinə mənfi təsir göstərə bilər. Bu baxımdan mütləq nəzarət mexanizmi tətbiq edilməlidir. Həm valideynlər, həm də müəllimlər tərəfindən şagirdlərin süni intellekt platformalarından həddindən artıq istifadəsinin qarşısı alınmalı, bu imkanlardan yalnız müəyyən hallarda faydalanmalarına şərait yaradılmalıdır. Məsələn, şagird hər hansı mövzunu öyrənərkən və ya dərslikdəki sual və tapşırıqları yerinə yetirərkən çətinlik çəkirsə, süni intellektdən əlavə məlumat almaq üçün istifadə edə bilər. Çünki süni intellektdən davamlı şəkildə istifadə şagirdlərin müstəqil düşünmə və öyrənmə bacarıqlarına mənfi təsir göstərə bilər. Mövcud imkanlardan faydalanmaq olar, amma təhsil prosesində daim süni intellektə üstünlük verilməsi doğru yanaşma deyil".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1657 Tarix: 10 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Azərbaycanda bu gündən etibarən ov mövsümü açıq elan edilib. xəbər verir ki, bu barədə qərar "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın iclasında qəbul edilib. Ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatlar
10 oktyabrHadrutun işğaldan azad olunmasından 6 il ötür
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind
9 oktyabrİstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir. EDnews xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatınd
10 oktyabr4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Avropanın mərkəzində, Türkiyədəki telefon qiymətinə mənzil sahibi olmaq artıq reallığa çevrilib. "Yeni Sabah" "Sözçü" nəşrinə istinadən xəbər verir ki, Macarıstanın şimalında, Slovakiya sərhədinə yaxın yerləşən tarixi Salqotaryan şəhərində əhalinin azalması ilə daşınmaz əmlak bazar
10 oktyabrQiymətlər 30 faiz artır - Geciksəniz, DAHA ÇOX ÖDƏYƏCƏKSİNİZ
"2026-cı ildə də Yeni il ərəfəsində bölgələrdəki istirahət mərkəzlərinə tələbatın yüksək olacağı gözlənilir. Çünki rezervasiyalar əvvəlcədən həyata keçirilir. Ən azı üç ay öncədən yer sifariş edənlər daha sərfəli qiymətlər əldə edə bilirlər. Belə olduqda rezervasiyanı 10-15 faiz daha ucuz qiymət
10 oktyabr