Onlayn oyunlar uşaqlar üçün CİDDİ TƏHLÜKƏ yaradır - AÇIQLAMA
Onlayn oyunlar uşaqlar üçün əyləncə və sosial ünsiyyət vasitəsi olsa da, bəzi platformalarda onların yaşına uyğun olmayan məzmun, aqressiv davranışları təşviq edən materiallar və müxtəlif təhlükəli çağırışlarla qarşılaşmaq mümkündür. Belə məzmun uşağın emosional vəziyyətinə, davranışına və gündəlik həyatına təsir göstərə, xüsusilə də uzunmüddətli və nəzarətsiz istifadə zamanı müəyyən risklər yarada bilər. Bu baxımdan valideynlərin uşağın onlayn davranışındakı dəyişikliklərə diqqət yetirməsi vacibdir.
Bəs, onlayn oyunlarda uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərə biləcək məzmun və təhlükəli çağırışlarla qarşılaşması onların davranışında hansı dəyişikliklərə səbəb ola bilər, valideynlər hansı halları təhlükə siqnalı kimi qəbul etməli və belə vəziyyətlərlə qarşılaşdıqda uşağa necə yanaşmalıdırlar?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən psixoloq Ülkər Məmmədli bildirib ki, onlayn oyunlarda uşaqların qarşılaşdığı zorakı, qorxuducu, manipulyativ məzmun və müxtəlif çağırışlar onların psixoloji vəziyyətinə və davranışlarına mənfi təsir göstərə bilər.
"Xüsusilə emosional baxımdan həssas uşaqlarda aqressivlik, qorxu, narahatlıq, yuxu pozuntusu, sosial təcrid və ailə ilə ünsiyyətdən uzaqlaşma müşahidə oluna bilər. Bəzi hallarda uşaq gördüyü və ya ona deyilənləri təqlid etməyə, təhlükəli davranışları sınamağa və bunu valideynlərindən gizlətməyə çalışa bilər. Valideynlər uşağın internet və oyun istifadəsində qəfil dəyişikliklərə diqqət yetirməlidirlər. Məsələn, uşağın əvvəllər sevdiyi fəaliyyətlərə marağını itirməsi, gecələr gizli şəkildə telefondan istifadə etməsi, həddindən artıq əsəbi və aqressiv olması, yuxu və iştahında dəyişikliklərin yaranması, məktəbdəki davranışının pisləşməsi və oyun zamanı gördükləri barədə danışmaqdan çəkinməsi təhlükə siqnalı ola bilər".
Psixoloq bildirib ki, belə vəziyyətdə valideyn ilk növbədə uşağı qorxutmamalı, danlamamalı və telefonu qəfil əlindən almaqla problemi həll etməyə çalışmamalıdır:
"Uşaqla sakit şəkildə danışmaq, onun qarşılaşdığı məzmunu və kimlərlə ünsiyyətdə olduğunu öyrənmək, təhlükəli hesab olunan hesabları və məzmunu bloklamaq, valideyn nəzarəti vasitələrindən istifadə etmək vacibdir. Əgər uşaqda davamlı qorxu, aqressiya, özünəqapanma və ya özünə zərər vermə ilə bağlı fikirlər müşahidə olunursa, mütləq uşaq psixoloquna və zəruri hallarda digər mütəxəssislərə müraciət edilməlidir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 390 Tarix: 15 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar
Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi
30 oktyabrNoyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir
30 oktyabrMəktəblərdə təhlükəsizlik necə təmin olunmalıdır? - EKSPERTDƏN VACİB AÇIQLAMA
Məktəb ərazisində jurnalistlərin fiziki zorakılığa məruz qalması təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin təşkili, mühafizə xidmətinin fəaliyyəti və media nümayəndələrinin peşə fəaliyyətinə maneələrin qarşısının alınması məsələlərini gündəmə gətirir. Təhsil müəssisələrində şagirdlərin və əməkdaşları
29 oktyabrMəşq zamanı vəfat edən Rəsulun fotosu
İdman zalında qəfil vəfat edən Rəsul Nəsibovun fotosu yayılıb. fotonu təqdim edir:. 16:26. Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında
29 oktyabr10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur
30 oktyabrMəktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay
30 oktyabrBakı-Balakən qatarının hərəkəti bərpa olunur
20 noyabrdan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq. xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. "Xatırlada
30 oktyabr