Vizasız rejim GENİŞLƏNDİRİLİR: Xaricə səyahət ASANLAŞIR?
Azərbaycanlıların vizasız səfər edə bildiyi ölkələrin sayının artması xaricə səyahət imkanlarının genişlənməsinə və vətəndaşların fərqli istiqamətlərə marağının artmasına şərait yarada bilər. Viza prosedurlarının aradan qalxması və ya sadələşdirilməsi səyahət planlaşdırılmasını asanlaşdırmaqla yanaşı, xaricə gedən turistlərin sayına və seçdiyi istiqamətlərə də təsir göstərə bilər. Bununla yanaşı, vizasız rejimlərin genişlənməsinin Azərbaycandan xaricə turist axınına real təsirinin hansı səviyyədə olacağı da diqqət çəkən məsələlərdəndir.
Bəs, vizasız rejimlərin genişlənməsi Azərbaycan vətəndaşlarının xaricə səyahət imkanlarına və turizmə marağına necə təsir göstərə bilər və bu dəyişikliklər Azərbaycandan xaricə turist axınının artmasına nə dərəcədə səbəb ola bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri, turizm eksperti Rəhman Quliyev bildirib ki, Azərbaycan vətəndaşları üçün vizasız səfər imkanlarının genişlənməsi xaricə səyahətə marağın artmasına müsbət təsir göstərə bilər.
"Viza prosedurlarının aradan qalxması və ya sadələşdirilməsi turistlərin səfər planlarını daha rahat və qısa müddətdə formalaşdırmasına imkan yaradır. Xüsusilə qısa müddətli istirahət, həftəsonu səfərləri və yeni istiqamətlərin kəşfi baxımından vizasız ölkələr daha əlçatan olur. Bu amil xaricə səyahət edən Azərbaycan vətəndaşlarının sayında müəyyən artıma səbəb ola bilər. Bununla yanaşı, turist axınının real həcmi yalnız vizasız rejimlə deyil, aviabiletlərin qiyməti, birbaşa uçuşların mövcudluğu, ölkədəki turizm məhsullarının cəlbediciliyi və ümumi səyahət xərcləri ilə də bağlıdır. Vizasız rejimin tətbiq edildiyi istiqamətlərdə birbaşa aviareyslərin artırılması turist axınının formalaşmasını daha da sürətləndirə bilər. Eyni zamanda, yeni istiqamətlərin əlçatan olması turizm şirkətlərinin həmin ölkələrə daha çox paket və fərdi səyahət təklifləri hazırlamasına şərait yaradır. bu eyni zamanda qarşələqlı turist mübadilesinə böyük imkanlar yaradacaq. Ümumilikdə, vizasız rejimlərin genişlənməsi xaricə turizm tələbinin artmasına şərait yaradan mühüm amillərdən biridir, lakin artımın miqyası digər iqtisadi və nəqliyyat amillərindən də asılı olacaq".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi
General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
Boşanma zamanı evin taleyi necə həll olunur? - Əmlak bölgüsünün qaydaları - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Lənkəranda bir ailənin nədən zəhərləndiyi bilindi
"Son rolunu oynamaq ona qismət olmadı" - Aslan Fətullayevin ölümü ilə bağlı kövrək təfərrüatlar
Xoşqədəm Baxşəliyeva ADY-dən danışdı: "Ora biabırçılıqdır" - Foto
Dublində Avropa Siyasi Birliyinin sammiti: Azərbaycanın beynəlxalq diplomatiyada artan rolu və yeni geosiyasi perspektivlər
Motosikletlə vurulan məktəbli xəstəxanaya yerləşdirilib - Video-Yenilənib
Saxta zeytun yağını necə müəyyən etmək olar? - Alıcıların diqqət etməli olduğu məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ərazi bütövlüyünün bərpasından sonra Konstitusiyanın əhəmiyyəti daha da artıb
Avropa Siyasi Birliyinin Dublin sammiti: yeni geosiyasi reallıqlar və Azərbaycanın artan strateji əhəmiyyəti
MİQ-dən keçə bilməyənlər repetitorluq edir: Şagirdlərin təhsil keyfiyyətinə kim nəzarət edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Avropa Siyasi Birliyinin Dublin sammiti: dəyişən geosiyasi reallıqlar, təhlükəsizlik çağırışları və Azərbaycanın strateji mövqeyi
Avropa Siyasi Birliyinin sammiti yeni geosiyasi reallıqlar fonunda: Azərbaycanın artan strateji çəkisi və diplomatik imkanları