Banklar kiberhücumlara qarşı nə qədər güvənlidir? - İQTİSADÇIDAN AÇIQLAMA
Bank sistemlərinə qarşı kiberhücumlar artdıqca müştərilərin şəxsi və maliyyə məlumatlarının təhlükəsizliyi məsələsi də daha çox diqqət çəkir. Bankların tətbiq etdiyi təhlükəsizlik sistemləri, iki mərhələli təsdiqləmə və digər qoruyucu mexanizmlərə baxmayaraq, kiberdələduzluq halları ilə bağlı narahatlıqlar qalmaqdadır.
Bəs bankların kiberhücumlara qarşı mövcud təhlükəsizlik tədbirləri nə qədər effektivdir və müştərilərin vəsaitlərinin qorunması üçün görülən tədbirlər kifayət edirmi?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, bankların kiberhücumlara qarşı təhlükəsizlik tədbirlərini tam yetərli hesab etmək çətindir. Çünki bank sistemləri böyük həcmdə maliyyə və şəxsi məlumat saxladığı üçün daim hədəfdədir və hücum üsulları da sürətlə dəyişir. Onun sözlərinə görə, güclü təhlükəsizlik sistemi olsa belə, yeni texnologiyalar və süni intellekt kiberhücumların daha mürəkkəb formalarını ortaya çıxarır: "Bankların qorunması yalnız texniki sistemlərdən ibarət deyil. Məlumatların şifrələnməsi, çoxmərhələli autentifikasiya, əməliyyatların real vaxt rejimində monitorinqi, şübhəli tranzaksiyaların bloklanması və ehtiyat sistemlərinin yaradılması vacibdir. Lakin ən zəif həlqələrdən biri insan faktorudur. Müştərinin fişinq mesajına aldanaraq kart və ya mobil bankçılıq məlumatlarını təqdim etməsi halında ən güclü texniki müdafiə belə risklə üzləşə bilər.
Banklar həmçinin kibertəhlükəsizlik sistemlərini daim yeniləməli, müstəqil audit və nüfuzetmə testləri keçirməli, əməkdaşların və müştərilərin maarifləndirilməsinə diqqət yetirməlidirlər. Xüsusilə bank tətbiqlərində saxta girişlərin və qeyri-adi pul köçürmələrinin vaxtında aşkarlanması mühüm əhəmiyyət daşıyır.
Ona görə banklarda təhlükəsizlik tədbirlərinin olması kifayət deyil, onların kiberhücumların yeni üsullarına uyğun olaraq davamlı yenilənməsi vacibdir. Müasir bankçılıqda kibertəhlükəsizlik birdəfəlik qurulan sistem deyil, daim təkmilləşdirilməli olan prosesdir".
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Vergi dəyişikliklərinə əsasən, aylıq vergitutulan gəliri 2500 manatadək olan şəxslər 2027-ci ildən 5 faiz, 2028-ci ildən 7 faiz dərəcəsi ilə gəlir vergisi ödəyəcəklər. Bəs, 2027-ci ildən fiziki şəxslərin gəlir vergisi dərəcələrinin dəyişməsi vətəndaşların real gəlirlərinə və aylıq qazancına necə təsi
23 sentyabrAzərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 14 %-dən çox azalıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 485 milyon 186,02 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 252 milyon 544,42 min ABŞ dolları və yaxu
26 sentyabrAzərbaycanda pul bazası 15 %-dən çox artıb
Bu il oktyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 817,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 2,4 % çoxdur. Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 10,4 %, son 1 ildə isə 15,2 % artıb
2 oktyabrADY sərnişin daşınmasını 19 % artırıb
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu ilin yanvar-sentyabr aylarında 8,5 milyona yaxın sərnişin daşıyıb. Bu barədə -a ADY-dən məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 % çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 8 milyon (18 % artım)
6 oktyabrAzərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 19 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 114,7 milyon manat vəsait daxil olub. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 % çoxdur. 8 ay ərzində quru
23 sentyabrBu şəxslər 2000 manatadək cərimələnə bilərlər
Özəl məhkəmə ekspertləri barəsində intizam icraatı müəyyənləşir. xəbər verir ki, sözügedən məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin
5 oktyabrBakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək
"Bakı şəhəri 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, bu, rəqabətədavaml
26 sentyabr