ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib: "kölgə bank şəbəkəsi" hədəfə alınıb
ABŞ Maliyyə Nazirliyi İranın qlobal "kölgə bank şəbəkəsi"nin fəaliyyətində iştirak edən 20-dən çox şirkətə, valyuta mübadiləsi məntəqəsinə və fiziki şəxsə qarşı yeni iqtisadi sanksiyalar tətbiq edib.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Yeni məhdudiyyətlər "İqtisadi təcrid" adlı genişmiqyaslı kampaniyanın tərkib hissəsidir. Kampaniyanın əsas məqsədi Tehranın beynəlxalq sanksiyalardan yayınaraq dünya maliyyə sisteminə çıxışını təmin edən qanunsuz maliyyə kanallarını sıradan çıxarmaqdır.
ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, İran iqtisadiyyatı dərin böhran içindədir və ölkə rəhbərliyi ciddi narahatlıq keçirir. Onun sözlərinə görə, qanunsuz maliyyə infrastrukturu İran hakimiyyətinin gəlir əldə etməsi üçün qalan əsas vasitələrdən biridir.
Bessent Vaşinqtonun Tehranın maliyyə şəbəkələrini dağıtmaq və ölkəni son gəlir mənbələrindən məhrum etmək istiqamətində tədbirləri davam etdirəcəyini vurğulayıb.
Sanksiya siyahısına daxil edilən şirkət və şəxslərin ABŞ ərazisindəki aktivləri dondurulacaq. Həmçinin Amerika vətəndaşlarına və şirkətlərinə həmin tərəflərlə hər hansı maliyyə əməliyyatı aparmaq və işgüzar əlaqələr qurmaq qadağan edilib.
Yeni məhdudiyyətlər xarici maliyyə institutları üçün də risklər yaradır. ABŞ-ın sanksiya tətbiq etdiyi İran qurumları ilə əməkdaşlığı davam etdirən xarici banklar və şirkətlər də Vaşinqtonun ikinci dərəcəli sanksiyaları ilə üzləşə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 65 Tarix: 24 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya nüvə başlığı daşıyan peyki orbitə çıxarır - İddia
Rusiya yaxın həftələrdə nüvə başlığı daşıyan peyki orbitə çıxara bilər. xəbər verir ki, bu barədə Almaniyanın WDR və NDR telekanalları, eləcə də "Süddeutsche Zeitung" qəzetinin birgə araşdırmasında deyilib. Araşdırmaya görə, "Sputnik-S" adlı aparat artıq yığılıb və bir neçə ildi
23 noyabrÇinli milyarder səkkiz ay ərzində sərvətini itirdi
Çinli iş adamı, 37 yaşlı Yan Juntsze təsis etdiyi süni intellekt şirkətinin səhmlərinin kəskin ucuzlaşması səbəbindən milyarder statusunu itirib. "Forbes"a istinadən xəbər verir ki, "MiniMax" şirkəti süni intellekt bazarı ilə bağlı investorların artan narahatlığından əziyyət çəkir
22 noyabr"Titanik"dən sağ çıxan qadının üzüyü hərraca çıxarıldı
"Titanik" faciəsindən sağ çıxan məşhur britaniyalı modelyer Lüsi Daff-Qordonun brilyant üzüyü hərraca çıxarılıb. Axşam.az xəbər verir ki, 21 noyabrda İngiltərənin Uiltşir qraflığında keçirilən hərracda satışa çıxarılan zinət əşyasının ilkin dəyəri 80 min funt sterlinq (təxminən 178 min manat
22 noyabrSanksiyalar İran valyutasını çökdürür - Yeni anti-rekord
ABŞ-nin İrana qarşı yeni sanksiyaları və ümumilikdə ölkənin dəniz blokadasına alınması İranın milli valyutası olan rialda özünü daha kəskin şəkildə göstərməkdədir. "AzPolitika" xəbər verir ki, İranın müxalif "İran İnternational" kanalı rialın son günlər sürətlə ucuzlaşaraq xaric
24 noyabrİstanbulda şir həyəcanı: Yırtıcının axtarışına başlanıldı
Türkiyənin İstanbul şəhərində küçələrdə şir göründüyü barədə məlumatlardan sonra yırtıcının axtarışına başlanılıb. xəbər verir ki, bu barədə "Aykırı" nəşri məlumat yayıb. Məlumata görə, İstanbulun Sarıyer rayonunda şir müşahidə edilib. Bununla əlaqədar heyvanın tutulması üçün əməliyyat təşki
23 noyabr2500 il əvvəl Siciliyada körpələrə üç aylıqdan bərk qida verilib
Alimlər qədim Siciliyada yaşayan insanların körpələri qidalandırma vərdişləri ilə bağlı maraqlı nəticələr əldə ediblər. Araşdırmaya görə, 2500 ildən çox əvvəl uşaqlara hələ üç aylıq olarkən bərk qidalar verilməyə başlanılıb. xəbər verir ki, tədqiqatın nəticələri "European Journal of Archaeology"
23 noyabrPolşada naməlum PUA qəzaya uğradı - Rusiya səfiri çağırılır
Rusiyanın Polşadakı səfiri pilotsuz uçuş aparatı ilə bağlı baş verən insidentə görə Xarici İşlər Nazirliyinə çağırılacaq. xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb. Xatırladaq ki, noyabrın 20-də Polşanın Lublin və Podkarpatski voyevodalıqlarında yaşayan sakinlər hava hücum
24 noyabr