Böyük zəfərlərlə zəngin 23 il

Böyük zəfərlərlə zəngin 23 il2003-cü ilin 15 oktyabr tarixində Azərbaycanda keçirilən Prezident seçkilərində İlham Əliyev çox böyük səs çoxluğu ilə qaələbə azanaraq Azərbaycan Respublikasınını Prezidenti seçildi. Azərbaycan xalqı ona böyük etimad göstərərək öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısına verdi.

Keçən 23 il ərzində İham Əliyev Prezident kimi çox mühüm və ölkəmiz üçün taleyüklü işlər gördü, böyük uğurlar qazandı. Ölkədə bütün sahələr üzrə ciddi nailiyyətlər qazanıldı. Onun beynəlxalq aləmdə imici möhkəmləndi. Bu da Azərbaycan Prezidentinin çox düzgün, müasir, səmərəli və fayda gətirən siyasi kursu sayəsində əldə edildi.

Bunun da bariz nəticəsi idi ki, 2003-cü ilin oktyabrın 15-də ölkə rəhbəri seçilən İlham Əliyev sonradan Azərbaycan xalqı tərəfindən yenidən Prezident seçildi.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, gördeye işlər nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən uğurlu müstəqil dövləti olmuşdur. Sosial-iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurların araşdırılması göstərir ki, Azərbaycan bu 23 il müddətində nəhəng irəliləyiş əldə edib. Bu irəliləyişlər bütün sahələri əhatə edib. Bu illər ərzində ölkəmizin siyasi, iqtisadi imkanları genişləndirilib, onun beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və ən əsası 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib.

Ölkədə iqtisadi sahələrdə əldə edilən uğur və tərəqqi digər sahələrin inkişafına da təsir göstərdi. Güclü iqtisadi tərəqqi güclü ordunun yaradılmasına təkan oldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü.
2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.

Prezidentin effektiv siyasəti, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. 2023-cü il sentyabrın 19-da həyata keçirilən və cəmi 1 gün davam edən lokal antiterror əməliyyatlarınəticəsində isə ərazi bütövlüyümüz tam bərpa edildi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri həyata keçirilir, elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur və bu işlər sürətlə davam edir. Ölkə başçısı qeyd etdiyi kimi "bu işlər heç bir kənar yardım olmadan, yalnız ölkəmizin vəsaiti hesabına görülür. Gələcəkdə isə bu şərait Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran və digər kəndlərdə yaradılacaqdır. Bununla da, Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb".

Altay Əliyev
Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 606   Tarix: 12 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentdən xarici ölkələrə ixracla bağlı - Fərman

Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydalarını dör

25 noyabr
.

Prezidentdən Asif Əsgərovla bağlı - Sərəncam

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Asif Yunis oğlu Əsgərov "Şöhrət" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, bu gün deputat Asif Əsgərovun 60 yaşı tamam olur

23 noyabr
.

Təbiətdən istifadəçilər üçün yeni tələb: Ətraf mühitin monitorinqini aparacaqlar

Ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatları ictimaiyyətə açıqlanacaq. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlarda dəyişiklik edilməsi barəd

23 noyabr
.

Məsud Pezeşkian İranda Qərbi Azərbaycana qarşı ədalətsizlikdən danışdı - Video

İran Prezidenti Məsud Pezeşkian ölkənin əyalətləri arasında mövcud olan sosial-iqtisadi bərabərsizlikdən bəhs edərək, Qərbi Azərbaycan ostanının digər bölgələrdən geri qalmasını nümunə göstərib. xəbər verir ki, bu barədə İranın "Fars" informasiya agentliyi məlumat yayıb. Dövlət başçısının sözlərin

21 noyabr
.

"Haber Global" Azərbaycan və Vyetnam prezidentlərinin görüşündən süjet hazırladı - Video

Vyetnamda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin Prezidenti To Lam ilə görüşərək enerji, bərpaolunan mənbələr və infrastruktur layihələri sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Görüşün sonunda liderlər birgə bəyanat yayıb və müxtəlif sahələrdə əməkdaşlıq sazişləri imzalayıblar

21 noyabr
.

Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin barələrindəki cinayət işi üzrə qapalı məhkəmə prosesi davam etdirilib. "Teleqraf"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrlik etdiyi iclasda Prezident Administrasiyasını

24 noyabr
.

Artıq 6 ildir ki, Kəlbəcər azaddır

"44 günlük Vətən müharibəsinin hər günü müzəffər ordumuz böyük şücaət göstərərək, qarış-qarış torpaqlarımızı azad edərək şanlı tarix yazdılar. Bununla belə, Ağdam, Kəlbəcər və Laçının bir güllə belə atılmadan işğaldan azad edilməsi Azərbaycanın həm də böyük siyasi-diplomatik qələbəsidir. Müzəffə

23 noyabr
.

Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib

Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı"

21 noyabr
.

Kəlbəcərdə həyat yenidən başlayır

Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayon

23 noyabr