İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib

İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstəribDövlətimizin başçısı İlham Əliyev 23 illik prezidentlik dövründə sadə vətəndaşların, eləcə də veteranların, şəhid ailələrinin, müharibə əlillərinin yanında olub, onlara mütəmadi qayğı və diqqət göstərib. Məhz bunun nəticəsidir ki, ümumxalq məhəbbətini qazanan İlham Əliyev xalqın bütün təbəqələri tərəfindən sevilməkdədir. Prezident İlham Əliyevin veteranlara, o cümlədən şəhid ailələrinə olan diqqət və qayğısı vətənin müdafiəçilərinə necə böyük önəm verdiyini, onların fədakarlığını necə yüksək qiymətləndirdiyini göstərir.

Son 23 ildə ölkəmizdə veteranlara, şəhid ailələrinə yönəlik sosial layihələrin sayına, bu layihələrin icrasına ayrılan vəsaitlərin miqdarına nəzər salsaq, görərik ki, Prezident İlham Əliyevin həssas kateqoriyadan olan vətəndaşlara göstərdiyi diqqət həqiqətən də misilsizdir. Nümunə üçün qeyd edək ki, yalnız 2022-ci ildə şəhid ailələri və müharibə əlillərinə 1500-dən çox mənzil və fərdi ev verilib. 2020-ci ilin Vətən müharibəsindən bu günədək isə həmin kateqoriyadan olan 4500 vətəndaş mənzillə təmin olunub. Ümumilikdə isə bu günə qədər 13 mindən çox şəhid ailəsi və müharibə veteranı mənzillə təmin olunub ki, bu da çox yüksək göstəricidir. Bu rəqəmlərin özü sübut edir ki, Prezident İlham Əliyev hər zaman şəhid ailələrinin, veteranların, müharibə əlillərinin mənzil-məişət problemini yaxşılaşdırmaq üçün ciddi addımlar atıb, onların hər bir probleminə xüsusi diqqətlə yanaşıb.
"YAŞAT" Fondunun yaradılması, habelə bu Fonda milyonlarla manat vəsaitin ayrılması gerçəyi də ölkə başçısının veteranlara, onların sağlamlığına verdiyi diqqətin göstəricisidir. Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə "YAŞAT" Fondu yaradılıb ki, məqsəd müharibədə yaralanan, sağlamlıq problemi yaşayan veteranların müalicəsini yüksək səviyyədə həyata keçirməkdədir. İndiyədək yüzlərlə veteranın "YAŞAT" Fondu vasitəsi ilə Türkiyə və digər ölkələrdə müalicəsi, respublikamızdakı ən müasir xəstəxanaların, tibbi avadanlıqların imlanlarından yararlanması faktı buna nümunədir. "YAŞAT" Fonduna vətəndaşlarla yanaşı, dövlətimiz tərəfindən də ciddi maliyyə dəstəyi göstərilməkdədir.
Şəhid ailələrinə, müharibə əlilləri və veteranlara Heydər Əliyev Fondu tərəfindən də mütəmadi diqqət göstərilməkdədir. Ölkəmizdə şəhid ailələri, müharibə əlilləri, habelə veteranlarla bağlı mühüm sosial kampaniyalar həyata keçirən qurumlardan biri də Heydər Əliyev Fondudur. Bu günə qədər Heydər Əliyev Fondu tərəfindən minlərlə şəhid ailəsi mənzillə təmin olunub, onların məişət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. 2021-2025-ci illər ərzində Heydər Əliyev Fondu tərəfindən 11 mindən çox şəhid ailəsi və müharibə əlilinin mənzillə təmin olunması nəzərdə tutulur.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına uyğun olaraq Fond tərəfindən 2881 şəhidin ailə üzvləri, həmçinin 3100 yaralı olmaqla, bütövlükdə ümumilikdə 14 min 579 şəxslə görüş keçirilib, onların problemlərinin həlli təmin edilib. Bundan başqa, 89 Vətən müharibəsi qazisinin müxtəlif ölkələrdə yüksək səviyyədə müalicəsi təmin olunub. Bütün bunlar Heydər Əliyev Fondunun timsalında dövlətimizin şəhid ailələrinə, veteranlara olan qayğısını göstərir.
Dövlətimizin başçısı ölkəmizdə veteran hərəkatının da inkişafına böyük töhfə verib, veteranların sosial durumunun, mənzil şəraitinin yaxşılaşması, veteranların təcrübəsindən gənc nəslin faydalanması üçün daha optimal şəraitin yaradılmasını istiqamətində mühüm addımlar atıb. Prezident İlham Əliyev 23 illik fəal siyasi fəaliyyəti dövründə veteranlara da ciddi dəstək verib, onların qayğı və problemlərinin həllini daim diqqət mərkəzində saxlayıb. Bunu təşkilatımıza olan münasibətin timsalında da aydın şəkildə görmək olar.
Bizim üçün qürurvericidir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasının açılışında iştirak edib. Hansı ki, müasir tələblərə yüksək səviyyədə cavab verən bu binada veteranların aktiv ictimai fəaliyyət göstərməsi üçün hər cür imkan mövcuddur. Məhz bizə yaradılan şəraitin nəticəsidir ki, Respublika Veteranlar Təşkilatı kimi binamızda mütəmadi şəkildə ölkənin ictimai-siyasi gündəmini əhatə edən məsələlərlə bağlı mütəmadi tədbirlər təşkil edilir. Binada digər veteranlar təşkilatları da müxtəlif tədbirlərin keçirilməsində iştirak edir, ictimai maarifçilik fəaliyyətlərində Təşkilatımıza yaradılan bu imkandan faydalanırlar. Bütün bunların hamısı Prezident İlham Əliyevin veteranlara, onların məşğulluğuna verdiyi önəmi göstərir.
Prezidentin biz veteranlara olan münasibəti, diqqət və qayğısı bizə böyük mənəvi stimul verir, üzərimizə düşən məsuliyyət hissini artırır. Biz veteran təşkilatı olaraq bir daha bəyan edirik ki, bundan sonra da Prezidentimizi, onun müdrik siyasətini dəstəkləyəcək, hər zaman dövlətimizlə birlik sərgiləyəcək, onun inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik. Respublika Veteranları Təşkilatı 44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandanımızın və Ordumuzun yanında olub, erməni faşizminin dezinformasiyalarına qarşı fəal mübarizə aparıb. Müharibə zamanı beynəlxalq tədbirlərdə, habelə, yerli və xarici mediaya verilən məlumatlarda erməni vəhşiliklərini və erməni vandalizmini ifşa edib, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışıb. Bu konkret faktlar, sübutlar əsasında göstərmişik ki, Azərbaycan haqq işi uğrunda mübarizə aparır və bu məsələdə həm hüquqi, həm də mənəvi baxımdan haqlı olan tərəf dövlətimizdir.

Ağarəhim Baxışov
Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 397   Tarix: 12 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib - Video

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib. həmin paylaşımı təqdim edir:

10 oktyabr
.

İlham Əliyev İspaniya Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı VI Felipeni ölkənin milli bayramı münasibətilə təbrik edib. -a istinadən məlumatına görə, təbrikdə deyilir:. "İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adında

12 oktyabr
.

Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir

"Prezident İlham Əliyevin Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin yeni mərhələyə keçdiyini göstərir. Azərbaycanın bu əməkdaşlıq formatında tamhüquqlu üzv kim

9 oktyabr
.

Azərbaycan və Mərkəzi Asiya ölkələri iqtisadi inteqrasiyanın yeni imkanlarını formalaşdırır

"Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər dövlətlər qarşısında yeni vəzifələr müəyyənləşdirir. Beynəlxalq bazarlarda rəqabətin güclənməsi, təchizat zəncirlərinin yenidən qurulması, istehsalın texnoloji əsaslarının dəyişməsi və yeni logistika imkanlarının meydana çıxması ölkələrin iqtisadi siyasətind

9 oktyabr
.

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - Foto

Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. AZƏRTAC-a istinadən Azərbaycan Prezidentinin bəyanatını təqdim edir:. - "Hörmətli cənab Baş nazir, hörmətli qonaqlar, xanımlar və cənablar. Cənab Ba

12 oktyabr
.

Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi

Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının tərkibində dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

10 oktyabr
.

İlham Əliyevin Türkmənistan səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

9 oktyabr
.

İlham Əliyev üç ölkə ilə imzalanmış sənədləri təsdiqlədi

Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Saziş 2026-cı il mayın 6-da Leypsiq şəhərində imzalanıb. Bundan başqa, dövlətimizin başçısı "Azərbayca

12 oktyabr
.

Prezident İlham Əliyev - Müstəqilliyimizin və dinamik inkişafımızın qarantı

Bu gün çox mühüm bir siyasi hadisələrin astanasındayıq. Qarşıdan xalqımız və dövlətçiliyimiz üçün böyük əhəmiyyət kəsb edən tarixi hadisə -15 oktyabr 2003-cü ildə Cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 22-ci ildönümü gəlir. Xalqımız ilk dəfə 2003-cü ildə cənab İlham Əliyevə səs verməkl

12 oktyabr