Azərbaycan və Kamboca arasında əməkdaşlıq memorandumu mübadilə edilib
Azərbaycanın Ticarət və Sənaye Palatası ilə Kamboca Ticarət Palatası arasında imzalanmış Anlaşma Memorandumu mübadilə edilib.
Oxu.Az xəbər verir ki, sənəd Bakıda keçirilən Azərbaycan-Kamboca Biznes Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və Kambocanın Baş naziri Hun Manetin iştirakı ilə mübadilə olunub.
Anlaşma Memorandumu iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsini, ticarət-iqtisadi əməkdaşlığın inkişafını və qarşılıqlı biznes imkanlarının artırılmasını nəzərdə tutur.
15:30
"Azərbaycan özünü Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat, logistika və iqtisadi mərkəz kimi mövqeləndirir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan nümayəndə heyətinin üzvü Yusif Abdullayev Azərbaycan-Kamboca biznes forumunda deyib.
O bildirib ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, xüsusilə də qeyri-neft-qaz sektorlarının inkişafı istiqamətində fəal şəkildə çalışır:
"Hesab edirik ki, Kamboca və Azərbaycanın bu sektorlarda əməkdaşlığı inkişaf etdirmək üçün kifayət qədər böyük potensialı mövcuddur. Biznes ictimaiyyətimizin bugünkü foruma göstərdiyi güclü marağı görməkdən xüsusilə məmnunuq. Azərbaycan tərəfindən bu tədbirdə təqribən 80 şirkət iştirak edir. Bu şirkətlər ticarət, ixrac, istehsal, tikinti materialları, kənd təsərrüfatı, səhiyyə və turizm daxil olmaqla çox geniş sektor spektrini təmsil edirlər. Kamboca tərəfindən isə bankçılıq və maliyyə xidmətləri, turizm, İKT, energetika, daşınmaz əmlak, kənd təsərrüfatı və su ehtiyatlarının idarə edilməsi sahələrini təmsil edən 12 şirkətdən 16 nümayəndə iştirak edir. Bu müxtəliflik olduqca ruhlandırıcıdır, çünki ölkələrimiz arasındakı əməkdaşlıq imkanlarının yalnız bir və ya iki sektorla məhdudlaşmadığını nümayiş etdirir".
Nümayəndənin sözlərinə görə, Azərbaycan Ticarət və Sənaye Palatası ilə Kamboca Ticarət Palatası arasında Anlaşma Memorandumunun mübadiləsi olacaq:
"Biz bunu daha güclü institusional əlaqələrin qurulması istiqamətində atılmış mühüm addım hesab edirik".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Gələcəkdə pensiyalar AZALACAQ
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Belə pomidorları almayın
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
Ailələrə uşaq sayına görə pul veriləcək?