Rusiya Ukraynanın enerji infrastrukturuna kütləvi hücum edib: Ölənlər və yaralananlar var
Rusiya ilə Ukrayna arasında davam edən müharibədə hərbi əməliyyatlar intensivləşib. Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə raket və pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr nəticəsində enerji infrastrukturu və mülki obyektlərə ciddi ziyan dəyib.
Məlumata görə, noyabrın 3-də həyata keçirilən genişmiqyaslı hücum zamanı Rusiya qüvvələri 289 pilotsuz uçuş aparatı, 17 ballistik raket və 59 qanadlı raketdən istifadə edib. Zərbələr əsasən elektrik stansiyalarına və enerji təchizatı sistemlərinə yönəlib.
Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, hücumlar nəticəsində Ukraynanın bir sıra bölgələrində elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Ölkənin enerji şirkətlərindən biri olan DTEK-in istilik elektrik stansiyalarının bir neçəsinin fəaliyyəti dayanıb.
Bununla yanaşı, Zaporojye vilayətində humanitar yardım paylanan obyektə endirilən zərbə nəticəsində insan tələfatı qeydə alınıb. Məlumatlara əsasən, hadisə zamanı 31 nəfər həyatını itirib, 45-dən çox insan yaralanıb. Həlak olanlar arasında polis əməkdaşları və xilasedicilər də var.
Digər tərəfdən, müharibənin diplomatik yolla başa çatdırılması istiqamətində səylər davam edir. ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndələrinin noyabrın 10-11-də Əbu-Dabidə görüşünün keçirilməsi gözlənilir. Danışıqlarda atəşkəs, təhlükəsizlik təminatları, enerji obyektlərinə hücumların dayandırılması və əsir mübadiləsi məsələlərinin müzakirə olunacağı bildirilir.
Ukrayna Prezidenti Vladimir Zelenski isə Avropa liderləri ilə görüşlərində ölkəsinin müdafiə imkanlarının gücləndirilməsi, hava hücumundan müdafiə sistemlərinin təmin edilməsi və müharibədən sonrakı bərpa məsələlərini gündəmə gətirib.
Beləliklə, cəbhədə hərbi əməliyyatlar davam etdiyi halda, diplomatik təmasların nəticəsi müharibənin gələcək istiqaməti baxımından diqqətlə izlənilir.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 540 Tarix: 04 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp Çinə getdi
ABŞ Prezidenti Donald Tramp Çinin Şencen şəhərinə səfər edib. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, o, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü zirvə toplantısında iştirak edəcək. Qeyd edək ki, APEC sammiti çərçivəsində ABŞ, Çin və Rusiya liderlərinin tarixd
18 noyabrİndoneziyada güclü zəlzələ oldu
İndoneziyada 5,9 maqnitudalı zəlzələ baş verib. Bizim.Media "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniya Geoelmlər Tədqiqat Mərkəzi (GFZ) məlumat verib. Yeraltı təkanlar bu gün 10 km dərinlikdə qeydə alınıb. Mümkün dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib
18 noyabrAİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 22-ci mərhələsini tətbiq etməyə hazırlaşır. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, yeni məhdudiyyətlərin bank sektorunu, kriptovalyuta aktivlərini və Rusiyanın sözdə kölgə donanmasına daxil olan gəmilər
17 noyabr"Epşteyn intihar etməyib, qətlə yetirilib" - Video
Cinsi istismar cinayətlərində mühakimə olunan amerikalı maliyyəçi Ceffri Epşteynin 2019-cu ildə həbsxanada ölümü ilə bağlı yeni və diqqətçəkən iddia irəli sürülüb. Tanınmış məhkəmə eksperti Epşteynin rəsmi açıqlamalarda iddia edildiyi kimi, intihar etmədiyini, əksinə, qətlə yetirildiyini bildirib. "Qafqazinfo"nu
17 noyabrUkrayna Rusiyanın ən böyük neft-kimya komplekslərindən birinə zərbə endirdi
Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Başqırdıstan Respublikasında yerləşən iri neft-kimya komplekslərindən birinə hücum edib. xəbər verir ki, noyabrın 17-nə keçən gecə Ufa və Salavat şəhərləri kütləvi dron hücumuna məruz qalıb. Başqırdıstanın Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin məlumatın
17 noyabrYaponiya iqtisadiyyatı artmır
Yaponiyanın iqtisadi artım səviyyəsi 2026-cı ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə demək olar ki, dəyişməyib. İnflyasiya, enerji qiymətlərinin bahalaşması, əlverişsiz hava şəraiti və zəlzələ iqtisadi artıma mənfi təsir göstərib. Euronews-un məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabinetini
16 noyabrGələn il dünyanı silkələyəcək hadisələr - PROQNOZ
2027-ci ildə beynəlxalq böhranların və müharibələrin daha da şiddətlənməsi, süni intellektə qarşı mənfi münasibətin artması, yeni temperatur rekordlarının qeydə alınması, eləcə də Avropada sağçı partiyaların təsirinin güclənməsi mümkündür. Bu barədə Britaniyanın "The Economist "jurnalında dər
17 noyabrRusiya müharibəni davam etdirmək üçün tələblərini artırır
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Rusiyanın müharibəni davam etdirmək üçün tələblərinin siyahısını genişləndirdiyini bildirib. xəbər verir ki, Kallas Moskvanın indiki yanaşmasını 2021-ci ildə irəli sürdüyü tələblərlə müqayisə edib. "2021-ci ildə Rusiya müharibəyə başlamaq üçü
16 noyabr