Qətər ABŞ və İran arasında danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərləri təkzib edib
ABŞ və İran razılaşma əldə etmək üzərində işləməyə davam edir, danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərlər isə həqiqəti əks etdirmir.
"Report" xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid əl-Ənsari "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O, bu cür xəbərləri Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Taninin bəyanatlarının qəsdən təhrif edilməsi adlandırıb: "Biz ictimaiyyəti çaşdırmaq və bu həssas məqamda diplomatik səyləri təhlükə altına almaq cəhdlərini qətiyyətlə rədd edirik".
Məcid əl-Ənsarinin sözlərinə görə, baş nazir tərəflərin razılaşmanın əldə edilməsi üzərində işi davam etdirdiyini, Qətərdən olan vasitəçilərin isə Vaşinqton və Tehranla sıx əlaqə saxlayaraq danışıqlar prosesinə kömək etdiyini açıq şəkildə bildirib.
Əl-Ənsari həmçinin qeyd edib ki, həqiqəti əks etdirməyən məlumatların yayılması münaqişənin uzadılmasında və regionda vəziyyətin sabitliyinin pozulmasında maraqlı olanların mənafeyinə xidmət edir.
Daha əvvəl sosial şəbəkələrdə Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Əl Taninin guya ABŞ və İran arasında danışıqların uğursuzluqla nəticələndiyini elan etməsi barədə xəbərlər yayılmışdı.
Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 238 Tarix: 07 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Almaniya təhlükəsizlik təhdidi səviyyəsini qaldırıb
Almaniya artan həyəcan siqnalları və kəşfiyyat məlumatları fonunda təhlükəsizlik təhdidi səviyyəsini "abstrakt"dan "yüksək"ə qaldırıb. "Report"un məlumatına görə, bu barədə Almaniyanın daxili işlər naziri Aleksander Dobrindт "Welt am Sonntag" qəzetinə müsahibəsind
18 iyulBoğulma hadisələri daxili turizmə təsir göstərir - AÇIQLAMA
Yay mövsümündə çimərliklərdə baş verən boğulma halları və təhlükəsizliklə bağlı problemlər cəmiyyətin ciddi narahatlıq doğuran məsələlərindən birinə çevrilir. Bu cür hadisələr təkcə insanların həyatı üçün risk yaratmır, həm də ölkənin turizm imicinə və daxili turizmin inkişafına təsir göstərən amillərdə
5 avqustAzərbaycana Çindən turist axını iyunda 76 % artıb
Bu ilin iyun ayında Azərbaycana ölkələrindən 237 509 turist ziyarət edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 11 % azdır. "Report" bu barədə Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir. Sənədə əsasən, ötən ay Azərbaycana ən çox turist 73 415 ( - 11 %) nəfər olmaqla Rusiyada
24 iyul 202510-dan çox ölkədən "hazır ol" ÇAĞIRIŞI: Ərzaq, su toplanılır - NƏ BAŞ VERİR?
ABŞ, Britaniya, Fransa, Almaniya, Yaponiya, Norveç, Estoniya, İsveçrə və digər bir neçə ölkədə əhaliyə fövqəladə vəziyyətlərə - müharibə, internet kəsintisi, böhran durumlarına hazırlıq görmələri ilə bağlı çağırış edilib. xəbər verir ki, hökumətlər xalqın bəzi ölkələrdə 3 gün, bəzilərində bir həftəli
1 noyabrTürkiyədə daha bir MƏKTƏB FACİƏSİ - 2 ölü, 2 yaralı
Türkiyənin Diyarbakır şəhərinin Ergani rayonunda məktəblərin birində faciə yaşanıb. "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə səhər saatlarında baş verib. Məlumata görə, məktəbin həyətindəki ağaca ildırım düşüb. Nəticədə ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırı
18 aprelSEPAH: Ötən gün Hörmüz boğazından 20 gəmi keçib
Son 24 saat ərzində Hörmüz boğazından 20 gəmi keçib. "Report"un məlumatına görə, bu barədə "Al Jazeera" İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin məlumatına istinadən xəbər verib. "Son 24 saat ərzində İran hərbçiləri 20 gəminin Hörmüz boğazından keçidin
30 may