Çin Sakit okeanda genişmiqyaslı hərbi təlimlər keçirib - Tayvan narahatdır
Çin noyabrın əvvəlində Qərbi Sakit okean və Tayvan ətrafında əvvəlcədən elan edilməmiş genişmiqyaslı hərbi təlimlər keçirib. Təlimlər zamanı Çin Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsinə məxsus 100-dən çox gəmi bölgədə fəaliyyət göstərib.
Bu barədə "Reuters" agentliyi Tayvanın təhlükəsizlik qurumlarındakı mənbələrə istinadən məlumat yayıb.
Tayvan rəsmilərinin bildirdiyinə görə, təlimlər çərçivəsində digər ölkələrin hərbi qüvvələrinə, eləcə də Tayvan şəhərlərinə hücum ssenariləri məşq edilib. Çin hərbi qüvvələrinin şərq, şimal və cənub əməliyyat komandanlıqlarının koordinasiyalı şəkildə fəaliyyət göstərməsi diqqət çəkib.
Tayvan rəsmiləri bu hərəkətləri Pekinin adaya və digər hökumətlərə qarşı "səssiz təzyiq" siyasətinin tərkib hissəsi kimi qiymətləndiriblər. Onların fikrincə, Çin açıq şəkildə hərbi əməliyyat elan etmədən bölgədə hərbi gücünü nümayiş etdirir.
Məlumata görə, Çin sualtı qayığı Sarı dənizdən materik istiqamətində qitələrarası ballistik raket də buraxıb. Bununla belə, Çin Müdafiə Nazirliyi təlimlərlə bağlı Reuters-in sorğusuna cavab verməyib.
Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, Tayvanın təhlükəsizlik rəsmiləri noyabrın 13-də bölgədəki Çin gəmilərinin sayının təxminən 70-ə qədər azaldığını, lakin "Liaoning" aviadaşıyıcı zərbə qrupunun və Çin hərbi aviasiyasının fəallığının davam etdiyini bildiriblər.
Qeyd edək ki, Pekin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və ada üzərində suverenlik iddiasını irəli sürür. Tayvan hökuməti isə bu iddianı qəbul etmir. Çin gələn həftə Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinə ev sahibliyi edəcək. Tədbir çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin görüşü də gözlənilir.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 191 Tarix: 13 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Polşa polis əməkdaşlarına hücumlara görə cəzaları sərtləşdirəcək
Polşa hökuməti polis əməkdaşlarına hücuma görə cəzaları artıran qanun layihəsini qəbul edəcək. xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk açıqlama verib. O bildirib ki, bu müddəalar tətbiq edildikdən sonra, zabitin həyatı və ya sağlamlığı üçün təhlükə yarada biləcək hər hansı bir hücu
11 noyabrRusiya Kiyevə dron hücumu edib: 3 nəfər yaralanıb
Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə dron hücumu nəticəsində üç nəfər yaralanıb. Hücum zamanı tibb müəssisəsinə ziyan dəyib, binada olan 30 nəfər təxliyə edilib. Bu barədə "Kyiv Independent" məlumat yayıb. Rusiyanın Odessaya hücumu nəticəsində 2 nəfər ölüb. Rusiya ordusu Ukraynanın Odess
13 noyabrMavi balinadan daha uzun: Hind okeanında qeyri-adi nəhəng aşkar edildi
Hind okeanının dibində uzunluğu 120 metrə çata bilən qeyri-adi dəniz canlısı aşkarlanıb. Alimlərin fikrincə, bu canlı planetdə indiyədək qeydə alınmış ən uzun heyvan ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Kertvar" portalı məlumat yayıb. Söhbət sifonofor adlanan dəniz canlısından gedir
11 noyabrİranın təhdidlərindən sonra ABŞ maliyyə naziri hərbi bazaya köçürüldü
ABŞ maliyyə naziri Skott Bessent İran tərəfindən həyatına qarşı təhdidlər olduğu barədə məlumatlardan sonra Vaşinqtondakı iqamətgahını tərk edərək hərbi bazaya köçürülüb. Bu barədə "Reuters" agentliyi məsələ ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ administrasiyasını
11 noyabrAİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
Avropa İttifaqı noyabrın 16-sı Rusiyaya qarşı əlavə sanksiyalar qəbul edəcək. APA xəbər verir ki, bunu Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Həddad LCI telekanalına bildirib. Onun sözlərinə görə, Rusiya ilə bağlı 150 müəssisə və 50 banka sanksiyalar tətbiq ediləcək. "Biz Rusiyaya iqtisad
12 noyabrMeksikada ABŞ sərhədinə təxminən 1500 miqrant yaxınlaşır
Təxminən 1500 miqrant Meksikadan ABŞ-a çatmağa çalışır. xəbər verir ki, onların qərarına Demokrat Partiyasının qalib gəldiyi konqres seçkilərinin nəticələri təsir edib. Karvan iştirakçıları bu nəticələrdən sonra ABŞ prezidenti Donald Trampın siyasi təsirinin bir hissəsini itirəcəyini gözləyirlər. Onları
12 noyabrVitkov və Kuşner Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəlirlər
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndələri Cared Kuşner və Stiv Vitkoff Moskvaya gəliblər. xəbər verir ki, onları Vnukovo hava limanında Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriye
12 noyabrRusiya dizel tankeri ABŞ sahilləri yaxınlığında geri dönüş edib
Rusiya dizel yanacağı daşıyan Agioi Fanendes tankeri Nyu-Yorkdan təxminən 400 dəniz mili məsafə qət edərək ABŞ-ın Şərq sahillərindən uzaqlaşmağa başlayıb və bu da Şimali Amerika bazarına yanacaq tədarükü ilə bağlı qeyri-müəyyənliyi artırıb. xəbər verir ki, gəmi təxminən 40.00 metrik ton, yəni təxminə
11 noyabr