500 manatdan çox terminal ödənişlərində şəxsiyyət vəsiqəsi niyə lazımdır? - Video

500 manatdan çox terminal ödənişlərində şəxsiyyət vəsiqəsi niyə lazımdır? - VideoÖdəniş terminallarında 500 manatdan artıq məbləğdə ödəniş və pul köçürmələri zamanı yeni tələb tətbiq olunur. Artıq bu məbləği aşan əməliyyatlar üçün istifadəçilər şəxsiyyətlərini "bir ID", "SİMA" və ya "myGov" platformaları vasitəsilə təsdiqləməlidirlər. Bəs yeni məhdudiyyətin tətbiqinə zərurət nədən yaranıb?

"Qafqazinfo" xəbər verir ki, İTV yeni məhdudiyyətlərlə bağlı ekspertlərin və əhalinin rəyini öyrənib.

Hüquqşünas Əkrəm Həsənov hesab edir ki, riskli əməliyyatlarla bağlı belə tələblər irəli sürülə bilər: "Bu, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanundan irəli gəlir. Çünki həmin qanun maliyyə xidmətlərini göstərən qurumlardan riskli əməliyyatlar üzrə müştərilərin tam eyniləşdirilməsini həyata keçirməyi tələb edir. Təkcə Azərbaycanda deyil, dünyada da belədir. Həmin sistem, həmin qurum bu əməliyyatları qeyd edilən məqsədlər baxımından riskli hesab edirsə, belə tələblər irəli sürülə bilər".

İqtisadçı ekspert Natiq Cəfərli isə bu tipli məhdudiyyətlərin ciddi effektinin olacağını düşünmür: "Bu, kommunal xidmətlərə ümumiyyətlə, tətbiq olunmamalı idi. Regionlarda elə böyük evlər var ki, kommunal xidmətlərə 500 manatdan daha çox ödəniş edirlər. Hər dəfə ödənişi edəndə belə bir çətinliyin yaranmasına nə ehtiyac var? 500 manatdan artıq bank kreditlərini "Milli ön" vasitəsilə ödəmək imkanı var. Ümumiyyətlə, iqtisadiyyatda, bank sektorunda bu cür məhdudiyyətlərin qoyulması əlavə gərginlik yaradan elementlərdən biridir".

Sakinlərin narazılığına səbəb olan digər məsələ ödəniş terminalları və mobil tətbiqlər vasitəsilə həyata keçirilən əməliyyatlar zamanı tutulan komissiyalardır.

Daha ətraflı süjetdə:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 270   Tarix: 18 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həmkəndlisinin qulağını dişləyib qopardı

Qəbələ rayonu Dızaxlı kəndində qeyri-adi xuliqanlıq hadisəsi baş verib. -a istinadən xəbər verir ki, kənd sakini R.M. münaqişə zəminində həmkəndlisi, A.A-nın sol qulağını dişləyərək qoparıb. Məlumata görə, tərəflər arasında torpaq sahəsi ilə bağlı münaqişə yaranıb. R.M. saxlanılıb. Araşdırma aparılı

18 noyabr
.

500 manatdan çox terminal ödənişlərində şəxsiyyət vəsiqəsi niyə lazımdır? - Video

Ödəniş terminallarında 500 manatdan artıq məbləğdə ödəniş və pul köçürmələri zamanı yeni tələb tətbiq olunur. Artıq bu məbləği aşan əməliyyatlar üçün istifadəçilər şəxsiyyətlərini "bir ID", "SİMA" və ya "myGov" platformaları vasitəsilə təsdiqləməlidirlər. Bəs yeni məhdudiyyəti

18 noyabr
.

Hər şeydə qüsur axtaran insanlar: Daim neqativ düşünməyin səbəbi nədir? - PSİXOLOQDAN AÇIQLAMA

Cəmiyyətdə elə insanlar var ki, baş verən hadisələrə, edilən yaxşılıqlara və hətta xeyirxah təşəbbüslərə belə daim neqativ yanaşırlar. Kiminsə lotereyada iştirak etməsini fırıldaq hesab edir, xəstə uşaqların müalicəsi üçün başladılan yardım kampaniyalarının arxasında mütləq başqa məqsəd axtarır, küç

18 noyabr
.

Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi

17 noyabr
.

Şəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar

Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin

17 noyabr
.

Noyabr ayının pensiyaları ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

17 noyabr
.

Prezident təqaüdü alanların sayı açıqlandı

Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunan şəxslərin sayı açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, müxtəlif kateqoriyadan olan 407,6 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxr

18 noyabr
.

Evə buraxılan qadın xəstəxana həyətində öldü

Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On

17 noyabr
.

Çek verməyən sahibkarları 1000, 3000 və 6000 manat cərimə gözləyir - AÇIQLAMA

Satış zamanı alıcıya kassa çekinin təqdim edilməməsi həm vergi qanunvericiliyinin tələblərinin, həm də istehlakçı hüquqlarının pozulması hesab olunur. Xüsusilə, bəzi satıcıların nağd ödəniş zamanı çek verməkdən yayınması vergidən yayınma və satış dövriyyəsinin gizlədilməsi ehtimalını gündəmə gətirir

18 noyabr