Azərbaycana gələn turistlərin sayı azaldı: Turizm sektorunda nə baş verir? - TURİZM EKSPERTİNDƏN AÇIQLAMA
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə ölkəyə 191 dövlətdən 1 milyon 831,8 min nəfər gəlib. Azalma xüsusilə Körfəz ölkələrindən gələn ziyarətçilərin sayında özünü göstərib. Belə ki, bu regiondan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 32 faiz azalaraq 218,3 min nəfər təşkil edib. Avropa İttifaqı ölkələrindən gələnlərin sayında 6,1 faiz, MDB ölkələrindən gələnlərin sayında isə 4,3 faiz artım qeydə alınsa da, bu yüksəliş digər bazarlardakı geriləməni kompensasiya edə bilməyib. Turizm sektorunda müşahidə olunan azalmanın səbəbləri sırasında regionda baş verən geosiyasi gərginliklər, aviareyslərin istiqamətlərində dəyişikliklər, uçuş xərclərinin və aviabiletlərin bahalaşması, eləcə də səyahət imkanlarının məhdudlaşması göstərilir. Bununla yanaşı, turizm sektorundakı geriləmə hotellərin fəaliyyətində də özünü göstərib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin ilk doqquz ayında hotel və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı 6,6 faiz azalaraq 3 milyon 239,3 min olub. Xarici vətəndaşların hotellərdə keçirdiyi gecələmələrin sayı isə 4,7 faiz geriləyib. Dövlət Turizm Agentliyinin əvvəlki açıqlamasında da regional geosiyasi hadisələr, uçuş istiqamətlərində dəyişikliklər və artan səyahət xərclərinin turist axınına mənfi təsir göstərdiyi bildirilib.
Xüsusilə Cənubi Asiya və Körfəz ölkələri bazarlarında azalma müşahidə olunub. Bəs Azərbaycana gələn turistlərin sayının azalmasının əsas səbəbləri hansılardır? Aviabiletlərin bahalaşması, qonşu ölkələrlə turizm rəqabəti və ölkədəki turizm xidmətlərinin qiymətləri xarici turistlərin seçimlərinə necə təsir edir? Azərbaycan turist cəlbediciliyini artırmaq üçün hansı addımları atmalıdır?
Mövzu ilə bağlı Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək Komitəsinin rəhbəri, turizm eksperti Rəhman Quliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, Azərbaycan turizmində strateji layihələr gələcək inkişafın əsasını formalaşdırır. Onun sözlərinə görə, Azərbaycan turizm sektorunda bu gün həyata keçirilən proseslərə yalnız cari turist statistikası prizmasından yanaşmaq düzgün olmazdı: "Çünki turizm uzunmüddətli planlaşdırma, infrastrukturun inkişafı və beynəlxalq rəqabət qabiliyyətinin artırılmasını tələb edən strateji sahədir. Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən müxtəlif istiqamətlərdə həyata keçirilən layihələr də məhz bu məqsədlərə xidmət edir. Ölkədə turizm infrastrukturunun təkmilləşdirilməsi, yeni turizm marşrutlarının yaradılması, regionların turizm potensialının tanıdılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görülür. Təbii ki, müxtəlif geosiyasi proseslər, beynəlxalq iqtisadi vəziyyət və regionda baş verən hadisələr turist axınına müəyyən təsir göstərə bilər. Turistlərin sayında bu gün azalma müşahidə oluna bilər, lakin bunu bütövlükdə turizm strategiyasının nəticəsi kimi qiymətləndirmək doğru deyil. Dövlət siyasətində ən vacib məsələlərdən biri vətəndaşlarımızın və ölkəmizə gələn qonaqların təhlükəsizliyinin, sağlamlığının qorunmasıdır. Bu baxımdan təhlükəsizlik və insan amili iqtisadi göstəricilərdən də üstün tutulan prioritetlərdir.
Turizmdə görülən işlərin nəticəsi hər zaman dərhal statistik rəqəmlərdə özünü göstərmir. Bəzi layihələrin real iqtisadi və turizm effekti müəyyən zaman tələb edir. Hesab edirəm ki, bu gün qoyulan investisiyalar, yaradılan infrastruktur və həyata keçirilən təşəbbüslər qarşıdakı 5 il ərzində Azərbaycan turizminin inkişafında daha qabarıq şəkildə özünü büruzə verəcək. Əsas məqsədimiz qısamüddətli turist sayını deyil, uzunmüddətli, dayanıqlı və rəqabətqabiliyyətli turizm modelini formalaşdırmaq olmalıdır".
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Rəşid Mahmudovun evində partlayış baş verib?
SON DƏQİQƏ! ABŞ İranın Qeşm adasını bombaladı: 5-6 partlayış baş verdi
Hər şeydə qüsur axtaran insanlar: Daim neqativ düşünməyin səbəbi nədir? - PSİXOLOQDAN AÇIQLAMA
Çek verməyən sahibkarları 1000, 3000 və 6000 manat cərimə gözləyir - AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində yeni gərginlik - Avropa Putinə qarşı hərəkətə keçir
Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Başqasının torpağında ev tikənləri hansı hüquqi təhlükə gözləyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda siqaret yenidən bahalaşacaq? - İqtisadçıdan AÇIQLAMA
Övladına ev bağışlayan valideyn sonradan əmlakını geri ala bilərmi? - Ekspertdən AÇIQLAMA
Vəfat edən şəxsin pensiya kapitalı niyə ailəsinə verilmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Prezident bu ölkə ilə əbədi dostluq haqqında Müqaviləni təsdiqlədi
Yeni Azərbaycan Partiyası - milli siyasi iradənin, dövlətçilik ənənələrinin və güclü Azərbaycan məfkurəsinin ifadəsi
Gülarəni öldürməkdə şübhəli bilinən 18 yaşlı qardaşının fotoları
Yevlaxda ağır qəzada 2 nəfər öldü
ABŞ-İran müharibəsində yeni gərginlik: Tehran ABŞ bazasını hədəfə aldı, Vaşinqton bölgəyə üçüncü aviadaşıyıcısını göndərdi