"Xəzərin sahilboyu ərazilərində 3227 qanunsuz tikili var"
"Xəzər dənizinin sahilboyu ərazilərində 3227 qanunsuz tikili var. Bununla bağlı təxminən 60 km ərazidə monitorinq keçirilib".
"Qafqazinfo" xəbər verir ki, bunu Xəzər dənizinin sahilboyu ərazilərinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı mətbuat konfransında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev bildirib.
O qeyd edib ki, Fərman imzalanmamışdan əvvəl dövlət tərəfindən monitorinqlər təşkil olunmuşdu, işçi qrup yaradılmışdı və bu işçi qrupda bütün dövlət orqanları, həmin ərazidə fəaliyyət göstərən dövlət orqanları, istər sahəvi orqanlar, istər hüquq-mühafizə orqanları, istər tənzimləyici orqanların nümayəndələrindən ibarət bir monitorinq qrupu yaradılmışdı və monitorinq aparıldı: "Səkkiz-on ay ərzində monitorinq aparıldı və yekun hesabat hazırlandı. Respublikanın rayonlarında Bakı da daxil olmaqla - 18 rayon üzrə təhlillər aparılıb və ərazilər müəyyən olunub. Burada sərhədlər, hansı ərazilər, hansı rayonların əhatəsinə düşür və mövcud vəziyyət necədir - hamısı müəyyənləşdirilib.
Ən ağrılı məsələlərdən biri təbii ki, ekoloji məsələlərlə yanaşı, özbaşına tikililərlə bağlıdır. Burada torpaq qanunvericiliyinin pozulması halları, tikinti qanunvericiliyinin pozulması halları, ekoloji qanunvericiliyin pozulması halları var. Bütövlükdə 3200-dən çox əsassız tikilidən söhbət gedir.
Digər bir aspekt isə sahilboyu zolağımızın çirklənməsi məsələsidir. Bir vətəndaş kimi bununla bağlı heç bizə tədqiqat, monitorinq aparmağa ehtiyac yoxdur. Biz sıravi vətəndaş kimi özümüz də bu sahillərdə oluruq: çirkab suların təmizlənmədən axarlara və dənizə buraxılmasını müşahidə edirik. Mətbuat nümayəndələri özləri çox vaxt məsələləri işıqlandırırlar. Su təmizləyici qurğuların tam işlək vəziyyətdə olmaması işıqlandırılır".

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 54 Tarix: 19 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKomediya proqramlarında söyüş və jarqon normal hala çevrilir? - AÇIQLAMA
Son dövrlər televiziya və sosial şəbəkələrdə yayımlanan bəzi komediya proqramlarında əxlaq normalarına zidd hesab edilən ifadə və davranışlar ictimai müzakirələrə səbəb olur. Xüsusilə, geniş auditoriyaya təqdim olunan bu cür məzmunların yeniyetmə və gənclərin dünyagörüşünə, davranışlarına və ailə dəyərlərin
18 noyabrDin xadimləri ilə bağlı iddiaya - Rəsmi reaksiya
"Son günlər bəzi media subyektlərində və sosial şəbəkələrdə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı guya əvvəllər mövcud olmayan yeni məhdudiyyətin tətbiq edildiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Mövcud qanunvericilik aktları nəzərə alınmada
17 noyabrMəhkəmə general Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
Külli miqdarda vəsaiti dələduzluqla ələ keçirməkdə ittiham olunan mediator Türkər Əliyeva barəsində qərardan prokurorluğun verdiyi apellyasiya protesti üzrə məhkəmə prosesi keçirilib. APA-ya istinadən xəbər verir ki, bu gün Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən prosesdə apellyasiya protestinə baxılı
18 noyabrMuxtar Maniyevin oğlu vəzifədən azad olundu
10 ay əvvəl Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini təyin edilmiş polkovnik Tural Maniyev vəzifəsindən azad edilib. Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb. Polkovnik Maniyev ehtiyata buraxılıb. Qeyd edək ki, Tura
18 noyabrHacıqabulda zəlzələ oldu
Şirvan stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bununla bağlı Respublİka Seysmoloji Xİdmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:09-da baş verən zəlzələnin maqnitudası 3.2 olub. Yeraltı təkanın ocağı 45 km dərinlikdə yerləşib. Qeyd olunu
19 noyabrSabah hava necə olacaq?
Noyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağ
17 noyabr"Parlament danışmaqxana deyil" - Spikerdən deputata irad
"Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz". "Qafqazinfo" xəbər veri
17 noyabr