Ekspert: "Məsafə saxlamaq şərtilə avtobuslarda ayaq üstə də sərnişin daşımaq olar"

Ekspert: "Məsafə saxlamaq şərtilə avtobuslarda ayaq üstə də sərnişin daşımaq olar"27 aprel tarixindən etibarən Azərbaycanda COVID-19 virusu ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejiminə aid məhdudiyyətlərin bir qisminin yumşaldılması tətbiq edilir. Nəticədə "ASAN Xidmət" mərkəzlərində vətəndaşların müyyən şərtlər çərçivəsində qəbuluna başlanılıb, eyni zamanda bir sıra iş və xidmət sahələrində fəaliyyət bərpa edilib.

Vətəndaşların bir qisminin evdən çıxmasına tətbiq edilən məhdudiyyətlərin yumşaldılması ictimai nəqliyyatda sərnişin sayının artması deməkdir. Çünki fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışan insanların kifayət qədər böyük hissəsi işə gedib-gəlmək üçün ictimai nəqliyyat vasitələrindən istifadə edir. Sərnişin sayının artması isə belə təhlükəli dövrdə dayanacaq və avtobuslarda sıxlıq yaranmasına, sosial məsafə qaydalarının pozulmasına səbəb olar bilər. Lakin nəzərə almaq lazımdır ki, sərnişin sayının artacağı təqdirdə, həm yarana biləcək sıxlığın qarısını almaq, həm də sərnişindaşımanı effektiv təşkil etmək də bir o qədər asan məsələ deyil.

Bu şəraitdə ictimai nəliyyat sektorunda hansı addımların atılması məqsədəuyğun hesab olunur?

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, müəyyən məsafə saxlamaq şərtilə avtobuslarda eyni vaxtda 30-40 nəfər sərişin daşınmasına icazə vermək olar:

Ekspert: "Məsafə saxlamaq şərtilə avtobuslarda ayaq üstə də sərnişin daşımaq olar""Pandemiya dövrü ilə bağlı sərnişinlərin ictimai nəqliyyatda davranış qaydaları xüsusi həssaslıq tələb edir. İctimai nəqliyyat insanların çox ünsiyyətdə olduğu, çox toplaşdığı yerlərdən biri sayılır. Odur ki, bu dövrdə avtobuslarda sosial məsafənin saxlanılması çox önəmlidir. Təəssüf ki, sərnişinlər bu məsələyə könüllü şəkildə riayət etmirlər. Aydın məsələdir ki, bu gün bizdə avtobus sayı azdır. Azərbaycanda təqribən 2 min civarında avtobus var və indiki şəraitdə bundan artıq avtobus gətirmək mümkün deyil. Həm "Bakubus" MMC, həm də digər daşıyıcı şirkətlər bu avtobuslarla sərnişindaşımanı maksimum şəkildə həyata keçirməyə çalışırlar. Sosial məsafənin qorunması məqsədilə avtobuslarda sərnişinlərin yalnız oturacaqlarda əyləşməsinə icazə verilir. Amma düşünürəm ki, bu məsələdə daşıyıcıları da nəzərə almaq lazımdır. Çünki normal halda 70-80 nəfəri daşıya biləcək avtobus bu gün 12-15 nəfəri daşıyır. Düşünürəm ki, ayaq üstə dayanmağa qabil olan sərnişinlərin də avtobusa minməsinə imkan vermək lazımdır. Bu məsələni həm dispetçerlər tənzimləyə, həm də avtobus sürücüləri mikrofonla elan edə bilərlər.

Bu gün ara məsafəsini qorumaq şərtilə avtobusda ayaq üstə də sərnişin daşımaq mümkündür. Məsələn, oturacaqlardan əlavə, əlillər üçün nəzərdə tutulan yer, avtobusun salonunun orta hissəsi də boş olur ki, bunlardan da istifadə etmək olar. Sıx təmasa səbəb olmadan, arada təqribən 1 metrlik məsafə saxlamaqla bunu etmək mümkündür. Çünki müəyyən iş yerləri açıldıqca metronun bağlı qaldığı təqdirdə vəziyyət daha da çətinləşəcək. Bu baxımdan sərnişinlərin yolda qalmaması üçün qeyd etdiyim məsələləri nəzərə almaq lazımdır. Bu gün metronun bağlı olması ilə yanaşı taksilərin də sayı azdır. Çünki fərqlənmə nişanı olmayan taksi sürücüləri fəaliyyət göstərə bilmirlər. Nəticədə əsas yük avtobusların üzərinə düşür. Adi halda 70-80 nəfəri daşıyan avtobusun indi 12-15 nəfər daşıması qeyri-adi mənzərə yarada bilər. Odur ki, sərnişinlərin ayaq üstə getməsinə də imkan yaratmaqla bir avtobusda təqribən 30-40 nəfər də daşımaq olar. 12 metrlik avtobusda 15 nəfər adamın daşınması bu gün üçün bir qədər uyğunsuzdur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1032   Tarix: 27 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şüşə eyvanlarda CİDDİ TƏHLÜKƏ: Ekspert AÇIQLADI

Şüşəli eyvanların geniş yayılması mənzillərdə əlavə istifadə sahəsi və estetik görünüş yaratsa da, bu cür konstruksiyaların layihələndirilməsi zamanı həm memarlıq, həm də təhlükəsizlik tələblərinə ciddi əməl olunması vacibdir. Xüsusilə yay aylarında günəş şüalarının birbaşa təsiri şüşəli eyvanlarda temperaturu

10 avqust
.

Cənubi Qafqazda sülh gündəliyinin yeni mərhələ

si. Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş tarixi görüşdən bir il keçir. Vaşinqtonda əldə edilmiş nəticələr Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Cənub

10 avqust
.

Azərbaycanın dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlığının inkişafı

"Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra qarşısına qoyduğu əsas strateji məqsədlərdən biri dünya birliyinə fəal inteqrasiya etmək, müxtəlif dövlətlərlə qarşılıqlı faydalı münasibətlər qurmaq və beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək olub. Bu gün Azərbaycan regiona

10 avqust
.

Vaşinqton görüşündən sonra region fərqli mərhələyə qədəm qoyub

Tarixdə elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi günlə məhdudlaşmır. Zaman keçdikcə həmin qərarların dövlətlərin gələcək inkişaf trayektoriyasına, regional təhlükəsizlik mühitinə və beynəlxalq münasibətlər sisteminə təsiri daha aydın görünür. 2025-ci il avqustun 8-9-da Prezident İlha

10 avqust
.

8 avqust görüşlərinin tarixi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfərinin və Vaşinqtonda Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə sülh prosesi üzrə mühüm sənədlərin imzalanmasının bir ili tamam olur. 2025-ci il avqustun 8-də Ağ Evdə keçirilən görüş Cənubi Qafqazda uzun illər davam edən münaqişənin arxada qalmas

10 avqust
.

Azərbaycanda əhalinin gəlirləri artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 55 milyard 631.8 milyon manat olub. bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir. Belə ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 9.8% çoxdur

10 avqust
.

Bal satışında YENİLİK: Bunlar əsas götürülməlidir

Bal məhsullarının təhlükəsizliyi və keyfiyyət göstəricilərinin tənzimlənməsi ilə bağlı yeni qaydaların hazırlanması istehlakçıların diqqətini bu sahəyə yönəldib. Hazırlanan sənəd balın təhlükəsizliyi və minimum keyfiyyət göstəricilərini müəyyən etməklə yanaşı, məhsulun istehsal olunduğu bölgənin adında

11 avqust
.

Azərbaycanda zəlzələ olub

Lerik və Lənkəran rayonlarının ərazisində zəlzələ olub. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, 16:00-da qeydə alınan yeraltı təkanın maqnitudası 3, dərinliyi isə 31 km olub. Zəlzələ hiss edilməyib

10 avqust
.

Kasko sığortası zamanı bunlara DİQQƏT ETMƏLİSİNİZ

Avtomobillərin qiyməti, təmir xərcləri və yol-nəqliyyat hadisələrinin yaratdığı zərərlərin artması kasko sığortasının qiymətlərinə də təsir edən amillər sırasında göstərilir. Bu isə avtomobil sahiblərinin sığorta seçərkən yalnız ödəniləcək məbləğə deyil, müqavilənin əhatə dairəsinə və mümkün risklər

10 avqust