Türk dövlətinin KTMT-ə qoşulması ilə bağlı AÇIQLAMA – "Qonşu 5 dövlət də…"
"Artıq iğtişaşlar yoxdur, vəziyyət tam olaraq Özbəkistan Respublikasının dövlət orqanları tərəfindən nəzarətə götürülüb".
Sonxeber.az oxu.az-a istinadən bildirir ki, bunu tanınmış özbək tarixçisi və publisist Şuxrat Salamov (Barlas) hazırda Qaraqalpaqıstanda baş verənlər barədə danışarkən bildirib.
"Ən əsası odur ki, hər şeyi qaydasına salan hüquq-mühafizə orqanları çox dəqiq reaksiya verdilər. İndi hadisəni törədənlər saxlanılır", - deyə tarixçi əlavə edib.
"Özbəkistan Orta Asiyanın mərkəzində yerləşir, ölkəmiz Tacikistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Əfqanıstanla həmsərhəddir. Təbii ki, bu regionda istənilən geosiyasi oyun məhz Özbəkistanla bağlı olacaq. Əgər Özbəkistan partladılsa, o zaman düşünün ki, qonşu beş dövlətin də sabitliyi pozulacaq. İnfrastrukturumuz və logistikamız ətraf ölkələrlə sıx bağlıdır", - deyə o, Özbəkistanın geosiyasi rolu barədə fikirlərini bildirib.
Ətraflı
2022-ci ilin yanvarında Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin Qazaxıstandakı etirazlardan dərs almalı olduğu və Özbəkistanın da buna xüsusi diqqət yetirməsi zərurəti ilə bağlı açıqlama vermişdi. Bu fikirlərin Özbəkistanı yenidən KTMT-yə cəlb etmək cəhdi ilə əlaqəli olub-olmadığına dair suala cavabında Şuxrat Salamov bildirib ki, KTMT-də hər şeyi deyə və hər şeyə eyham vura bilərlər.
"Lakin Özbəkistan heç bir hərbi blokun bir hissəsi deyil və olmayacaq. Özbəkistan Respublikasının qanunlarına görə, bu, yolverilməzdir və qeyri-mümkündür. Ölkəmiz heç bir halda KTMT-yə daxil olmayacaq", - deyə o vurğulayıb.
Özbəkistan hakimiyyətinin Qaraqalpaqıstandakı hadisələrlə əlaqəli olduğunu söylədiyi xarici qüvvələrlə bağlı da fikir bildirən publisist, bu barədə dəqiq açıqlama verilmədiyini qeyd edib. O, eyni zamanda bu hadisələrin kimə sərfəli olması ilə bağlı müəyyən qənaətə gəldiyini, lakin istintaqa qarışmaq istəmədiyini də əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 1410 Tarix: 09 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycana Amerika qitəsi ölkələrindən 5 747 turist gəlib. "Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 % çoxdur. Üç ay ərzində daha çox turist ABŞ-dən gəlib - 3 789 nəfər. Bu göstərici 1 il əvvələ nisbətə
30 mayAzərbaycan və Özbəkistan üçüncü ölkələrdə birgə turizm tədbirləri keçirəcəklər
Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov və bu ölkənin Turizm Komitəsinin sədri Abdulaziz Akkulov görüş zamanı turizm potensialının təşviqi və qarşılıqlı turist axınının artırılması məqsədilə üçüncü ölkələrdə birgə tədbirlər keçirmək barədə razılığa gəliblər. xəbər verir ki, bu barədə Özbəkistanı
23 sentyabr10-dan çox ölkədən "hazır ol" ÇAĞIRIŞI: Ərzaq, su toplanılır - NƏ BAŞ VERİR?
ABŞ, Britaniya, Fransa, Almaniya, Yaponiya, Norveç, Estoniya, İsveçrə və digər bir neçə ölkədə əhaliyə fövqəladə vəziyyətlərə - müharibə, internet kəsintisi, böhran durumlarına hazırlıq görmələri ilə bağlı çağırış edilib. xəbər verir ki, hökumətlər xalqın bəzi ölkələrdə 3 gün, bəzilərində bir həftəli
1 noyabrXaricə səfərdən əvvəl bu 4 məqama diqqət edin - Ekspertdən TÖVSİYƏ
Fransada keçirilən etiraz aksiyaları fonunda Azərbaycan Xarici İşlər Nazirliyinin bu ölkəyə səfərlə bağlı xəbərdarlıq və tövsiyələri turistlərin səyahət planlarına yenidən baxmasına səbəb ola bilər. Təhlükəsizliklə bağlı narahatlıqlar bəzi şəxslərin səfərlərini təxirə salmasına, alternativ istiqamətlə
21 oktyabrTürkiyədə daha bir MƏKTƏB FACİƏSİ - 2 ölü, 2 yaralı
Türkiyənin Diyarbakır şəhərinin Ergani rayonunda məktəblərin birində faciə yaşanıb. "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə səhər saatlarında baş verib. Məlumata görə, məktəbin həyətindəki ağaca ildırım düşüb. Nəticədə ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırı
18 aprelQədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı
ABŞ-nin Oreqon və Nevada ştatlarının sərhədində yerləşən qədim bir vulkanın (McDermitt Kalderası) altında dünyanın ən böyük litium yatağı kəşf edilib. Bu kəşf həm enerji sektoru, həm də qlobal iqtisadiyyat üçün böyük bir inqilab deməkdir. xəbər verir ki, tədqiqatçılar bu ərazidə təxminən 20 ilə 40 milyo
21 fevralBölgələrdə istirahət üçün nə qədər vəsait lazımdır? - AÇIQLAMA
Bölgələrdə ailəvi istirahətin qiyməti seçilən rayon, otelin səviyyəsi, mövsüm və göstərilən xidmətlərdən asılı olaraq ciddi dəyişir. Hazırkı tur paketlərində 2 gün/1 gecəlik standart istirahət təxminən 100-200 manat, daha komfortlu və premium paketlər isə 250-400 manat aralığında təklif olunur. Bəs
28 avqust