İlk 40 turist Şuşaya yola düşüb
Martın 18-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan, mədəniyyət paytaxtı Şuşa şəhərinə ilk turizm məqsədli səfər təşkil olunub.
AZƏRTAC xəbər verir ki, 40 nəfərdən ibarət olan ilk heyət səfər zamanı Füzuli Beynəlxalq Hava Limanı, Füzuli rayonunda Anım Gününə həsr olunmuş xatirə lövhəsi və şəhərin mərkəzindəki dağıntılarla yaxından tanış olublar.
Təşkil olunan iki günlük tur çərçivəsində yerli turistlər Şuşa şəhərində tarixi-mədəni abidələrimizlə tanış olublar. Onlara Şuşada aparılan yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb.
Xatırladaq ki, layihə Böyük Qayıdış siyasətinin tərkib hissəsi olmaqla, 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərinin təşkilini, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasını hədəfləyir. 2 və 3 günlük turlar həftədə bir dəfə olmaqla icra ediləcək. Növbəti mərhələdə turların sayının tələbə əsasən artırılması nəzərdə tutulur. Turlarda iştirak etmək istəyən vətəndaşlar turizm şirkətlərinə müraciət edə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 1704 Tarix: 18 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycana Amerika qitəsi ölkələrindən 5 747 turist gəlib. "Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 % çoxdur. Üç ay ərzində daha çox turist ABŞ-dən gəlib - 3 789 nəfər. Bu göstərici 1 il əvvələ nisbətə
30 mayAzərbaycan və Özbəkistan üçüncü ölkələrdə birgə turizm tədbirləri keçirəcəklər
Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov və bu ölkənin Turizm Komitəsinin sədri Abdulaziz Akkulov görüş zamanı turizm potensialının təşviqi və qarşılıqlı turist axınının artırılması məqsədilə üçüncü ölkələrdə birgə tədbirlər keçirmək barədə razılığa gəliblər. xəbər verir ki, bu barədə Özbəkistanı
23 sentyabr10-dan çox ölkədən "hazır ol" ÇAĞIRIŞI: Ərzaq, su toplanılır - NƏ BAŞ VERİR?
ABŞ, Britaniya, Fransa, Almaniya, Yaponiya, Norveç, Estoniya, İsveçrə və digər bir neçə ölkədə əhaliyə fövqəladə vəziyyətlərə - müharibə, internet kəsintisi, böhran durumlarına hazırlıq görmələri ilə bağlı çağırış edilib. xəbər verir ki, hökumətlər xalqın bəzi ölkələrdə 3 gün, bəzilərində bir həftəli
1 noyabrXaricə səfərdən əvvəl bu 4 məqama diqqət edin - Ekspertdən TÖVSİYƏ
Fransada keçirilən etiraz aksiyaları fonunda Azərbaycan Xarici İşlər Nazirliyinin bu ölkəyə səfərlə bağlı xəbərdarlıq və tövsiyələri turistlərin səyahət planlarına yenidən baxmasına səbəb ola bilər. Təhlükəsizliklə bağlı narahatlıqlar bəzi şəxslərin səfərlərini təxirə salmasına, alternativ istiqamətlə
21 oktyabrTürkiyədə daha bir MƏKTƏB FACİƏSİ - 2 ölü, 2 yaralı
Türkiyənin Diyarbakır şəhərinin Ergani rayonunda məktəblərin birində faciə yaşanıb. "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə səhər saatlarında baş verib. Məlumata görə, məktəbin həyətindəki ağaca ildırım düşüb. Nəticədə ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırı
18 aprelQədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı
ABŞ-nin Oreqon və Nevada ştatlarının sərhədində yerləşən qədim bir vulkanın (McDermitt Kalderası) altında dünyanın ən böyük litium yatağı kəşf edilib. Bu kəşf həm enerji sektoru, həm də qlobal iqtisadiyyat üçün böyük bir inqilab deməkdir. xəbər verir ki, tədqiqatçılar bu ərazidə təxminən 20 ilə 40 milyo
21 fevralBölgələrdə istirahət üçün nə qədər vəsait lazımdır? - AÇIQLAMA
Bölgələrdə ailəvi istirahətin qiyməti seçilən rayon, otelin səviyyəsi, mövsüm və göstərilən xidmətlərdən asılı olaraq ciddi dəyişir. Hazırkı tur paketlərində 2 gün/1 gecəlik standart istirahət təxminən 100-200 manat, daha komfortlu və premium paketlər isə 250-400 manat aralığında təklif olunur. Bəs
28 avqust