Sarkisyan Qarabağdan imtina etdi: "Müharibə istəmirik..."
İrəvanda hakimiyyətin "1000 dram" layihəsinə qarşı etirazlar davam edir.
Ermənistanın yeni müdafiə naziri Viqen Sarkisyan parlamentdə müharibə şəraitində həlak olan və yaralanan hərbiçilərin ailələrinə yardım məqsədilə fond yaradılmasını və hər vətəndaşın həmin fonda "1000 dram" ödəməsini özündə əks etdirən layihə təqdim edib. Lakin bu təklif cəmiyyət tərəfindən sərt etirazla qarşılanıb.
"Epress" saytı yazır ki, sosial şəbəkələrdə "oğlunu itirdiyinə görə kredit ödəyir - #1000 dram" həştəqi yaradılıb.
Anonim müəlliflər tərəfindən yaradılan həştəqə mətn də əlavə olunub: "Bizim hesabımıza varlanırlar, bizim hesabımıza siyasətdə qalırlar, bizim hesabımıza bizi idarə edirlər və növbəti dəfə bizim üçün "yaxşılıqlar" edir. 1000 dram məsələsini çıxarıblar ki, bizi daha asan aldada bilsinlər. Müharibə hakimiyyət üçün əlverişlidir: bu hələ ki, başa çatmayıb. Buna görə də onlar rəhm etmirlər, müharibəni əbədiləşdirmək üçün bizim ağrımızı kütləşdirirlər. Lakin heç vaxt millətçilik xəstəliyini həll etmirlər, hansı ki, bu, yeni-yeni qurbanlar tələb edir".
Anonim müəlliflər daha sonra qeyd edir ki, 1000 dramın yarısı Sarkisyanın cibinə gedəcəksə, yığılan pulların həlak olanların və yaralananların ailələrinə veriləcəyinə necə inanmaq olar?!
"Necə inanmaq olar ki, zabitlərin əlindən intihar edən əsgərlər "türk gülləsi"nə qurban gedən kimi təqdim olunmayacaq?! Deyirlər ki, ordu millətin qürurudur. Xeyr, ordu bu millətin dəhşətidir. Bizdə orduya getməmək üçün hər il ölkəni minlərlə gənc tərk edir. Hakimiyyət zorla orduya çağırmağa, boşboğazlıq etməyə və bizim hesabımıza yaşamağa davam edir. Bu, 1000 dram da belədir. Camaat məcbur edilir. Bunu verməyə imkanın olub-olmadığı heç kəsi maraqlandırmır", - deyə etirazçılar bildirib.
Etirazçılar həmçinin Qarabağı, onun uğrunda aparacaqları müharibəni istəmədiklərini bəyan ediblər.(publika)
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 4588 Tarix: 21 noyabr 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əməkdaşlıq və qarşılıqlı hörmətin yeni mərhələsi
Azərbaycanın MDB ilə əməkdaşlığı artıq üç onillikdən çox tarixə malikdir. Bu dövr ərzində ölkəmiz təşkilat çərçivəsində siyasi dialoqun davam etdirilməsində, iqtisadi əlaqələrin genişləndirilməsində və humanitar münasibətlərin inkişafında fəal iştirak edib. Azərbaycanın regional və beynəlxalq siyasətd
9 oktyabrDostluq, qardaşlıq və qarşılıqlı dəstək
Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Türkmənbaşı şəhərindəki "Avaza" Kompleksinə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib. Qeyd edək ki, sürətli qlobal geosiyasi və geoiqtisadi proseslərin getdiyi müasir dövrd
9 oktyabrİlham Əliyevin Türkmənistan səfərinin ƏSAS NƏTİCƏLƏRİ - AÇIQLAMA
"Azərbaycan Prezidentinin Türkmənistana bu səfəri Cənubi Qafqazla Mərkəzi Asiyanın geosiyasi bütövləşməsi istiqamətində təsirli rol oynayacaq. Azərbaycan Cənubi Qafqaz ölkəsi olsa da, artıq çoxdan Mərkəzi Asiyanın dövləti kimi siyasi mənada qəbul olunur". Bunu -a açıqlamasında siyasi şərhç
8 oktyabrTürkmənbaşı görüşü ölkəmizin növbəti diplomatik uğurudur
Azərbaycanın regional və beynəlxalq siyasətdə mövqeyi daha da möhkəmlənir. Bunu Türkmənistanın Türkmənbaşı şəhərinin "Avaza" milli turizm zonasında keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında görmək oldu. Qeyd edək ki, Müstəqil Dövlətlər Birliy
9 oktyabrŞəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar
Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlə
8 oktyabrAzərbaycan-Mərkəzi Asiya əlaqələrində YENİ MƏRHƏLƏ: Ekspertdən AÇIQLAMA
"Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətləri çox yüksək səviyyədə inkişaf etdirib. Bu ölkələr Azərbaycanın soydaşlarıdır. Tarixi, mədəni və siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və köklü tarixə malikdir. Hətta belə deyərdim ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə tariximizin qaranlı
8 oktyabrAzərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir
"Prezident İlham Əliyevin Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin yeni mərhələyə keçdiyini göstərir. Azərbaycanın bu əməkdaşlıq formatında tamhüquqlu üzv kim
9 oktyabr