Avropa ölkələrinin viza bataqlığı, süni şəkildə yaradılan maneələr

Avropa ölkələrinin viza bataqlığı, süni şəkildə yaradılan maneələrXaricə səfər vizasından imtina edilmiş insanın nə hiss etdiyini anlamaq çətin deyil. Böyük həvəslə səyahətə hazırlaşan, gəzəcəyi yerlərin xəritəsini cızan turist üçün bu, xəyal qırıqlığına uğramaq kimidir. Təəssüf ki, son vaxtlar belə ümidsizliyə qapılan çoxlu insan var. Onların Şengen ölkələrinin səfirliklərində qarşılaşdıqları problemlər sosial platformalarda uzun-uzadı müzakirələrə çevrilməkdədir. Müxtəlif səyahət qruplarında "İtaliya səfirliyində növbə tutmaq üçün gecə 4-5-də boşluq olur", "Fransa səfirliyinə müraciət etdim, bütün sənədlərim qaydasında idi, amma rədd cavabı aldım", "İtaliya artıq viza görüşü üçün sistemi bağlayıb", "Macarıstan səfirliyinə yaxın düşmək olmur…" kimi rəylər müxtəlif səyahət qruplarında paylaşılır. Bəzən müraciətçilərin öncədən aldıqları təyyarə bileti, hotellərin rezervasiyası əllərində qalır - viza almaq əsl problemə çevrilir.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

"Vətəndaşların əksəriyyəti səfirliklərdən, eləcə də onların yaratdığı viza mərkəzlərində xidmət göstərən şirkətlərdən şikayətlənir", - deyən Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İctimai Birliyinin Getmə Turizm Komissiyasının rəhbəri Şaiq Məmmədovun fikirləri viza alınması ilə bağlı hazırkı mənzərəni kifayət qədər aydın əks etdirir:

"Azərbaycan vətəndaşları bir sıra Avropa ölkələrinə getmək üçün viza almaqda çətinlik çəkirlər".

Turizmçi viza alınması ilə bağlı ölkəmizdəki səfirlikləri iki kateqoriyaya – "çətin" və "daha çətin" qruplara bölür:

"İstər adi vətəndaşlar, istərsə də turizm şirkətləri uzun müddətdir ki viza alınması, xüsusən yerlərin götürülməsi məsələlərində çoxlu çətinliklərlə qarşılaşırlar. Bunlar iş, verginin ödənilməsi haqqında arayış, əlavə sənədlər, aviabiletin və otelin ödənilmiş qəbzi və s. tələbi ilə bağlı süni yaradılan baryerlərdir. Məsələn, İtaliya səfirliyində vizanın verilməsi ilə bağlı həddən artıq ciddi problemlər var. Müraciət edənlərin 50 faizinə imtina verilir. Eyni zamanda, İtaliya universitetlərinə qəbul alanlar üçün təhsil vizasının alınması müşkülə çevrilib". Ş.Məmmədovun sözlərinə görə, Macarıstan səfirliyinə müraciət edənlər daha çox əngəllə qarşılaşırlar: "Eyni zamanda, bunu səfirliyin tələbi kimi göstərirlər. İş yerindən arayış və maaş kartından çıxarışla bərabər vergi ödənməsi ilə bağlı sənəd, gediş-gəliş biletinin alınmış variantını tələb edirlər. Təbii ki, vətəndaş təyyarə bileti alıb və hotel pulunu ödəyibsə, viza almadığı təqdirdə böyük zərərlə üzləşir. Belə vəziyyətdə onun müraciət etdiyi turizm şirkəti üçün də xoş olmayan vəziyyət yaranır". Turizmçinin sözlərinə görə, bəzi səfirliklərdə isə, ümumiyyətlə, "aşağı və yuxarı büdcəli" seçimi var: "Böyük Britaniya səfirliyindən cavab almaq 21 gün və ya daha çox çəkir. Orta büdcəli turistlərin sənədləri, demək olar ki, qəbul edilmir. Gəlir çox yüksək olmalı və göstərilməlidir. Bəlkə ondan sonra viza verərlər. Almaniya səfirliyində də eyni problem mövcuddur. Aşağı büdcəli turistlər üçün viza verilməsi şansı azdır. Əksər vizalara rədd cavabı gəlir. Problem vizaya müraciət etmək çətinliyi və müraciətdən sonra viza almaq ümidsizliyidir".

Vətəndaşların viza alınması ilə bağlı yaşadığı problemlər həm də Fransa səfirliyi ilə bağlıdır. Belə ki, ölkəmizdə səfirliyin viza prosedurunu Şengen vizası müraciətlərinin idarə edilməsi üzrə eksklüziv şirkət olan "Capago International" həyata keçirir:

"Viza müraciəti zamanı sənədlərini özü təqdim edən turist, viza hazır olduqdan sonra özü götürə bilmir. Şirkət kuryer xidməti vasitəsi ilə çatdırılmasını məcburi edir" - deyə Ş.Məmmədov bildirir: "Pandemiyanın bitməsinə baxmayaraq, hələ də kuryer xidməti üçün bu şirkətə 17 AZN xidmət haqqı verilməlidir. Sənədlərin surətinin çıxarılması, tərcümənin təsdiqi üçün xidmət haqqı da yüksəkdir. Bundan başqa, şirkət əlavə xidmət haqları tutur. Bu xidmət haqqının nə olduğuna aydınlıq gətirilmir".

Azərbaycan Turizm Bloqerləri Assosiasiyasının üzvü Şəfiqə Mahmudova viza alınmasını lotereyaya və ya şansa bənzədir:

"Paylaşılan rəylərdə deyildiyi kimi, İtaliya Səfirliyi viza üçün görüşləri dayandırmayıb. Viza verilir, sadəcə görüş götürmək çətindir. Bunun üçün biz gecələr oturub saytı izləməli, sistemdən görüş götürməliyik. Gündüzlər, ümumiyyətlə, sayta yaxın durmaq mümkün deyil. Almaniyada konsulluq görüşləri artıq canlı keçirir. Səhər 09.00-dan yaxınlaşmalı və 12.00-dək görüş götürməliyik. Macarıstan səfirliyində görüş götürmək, ümumiyyətlə, mümkün deyil. 4 nəfərlik ailə gedirsə, sistem yalnız bir nəfərə görüş götürməyə icazə verir". Ş.Mahmudovanın sözlərinə görə, səfirliklər bunun səbəbini pandemiyadan sonra gedənlərin sayının çoxalması ilə əlaqələndirirlər: "Biz bu gün insanları Avropanı gəzməyə çağırırıq, amma görüş götürə bilmirik".

Turizmçi Rəhman Quliyev də viza alınması ilə bağlı narahatlığını ifadə edir:

"Viza rejimi tətbiq edən ölkələrin coğrafiyası geniş olsa da, vətəndaşlarımız üçün səyahət destinasiyası çox məhduddur. Buna səbəb viza verilməsində yaranan süni çətinliklərdir. Bu üzdən Avropaya səyahət etmək istəyən turist, tələbə və ya investor böyük problemlərlə üzləşir".

Turizmçi hesab edir ki, vətəndaşlarla Şengen ölkələrinin səfirlikləri arasında yaranan anlaşılmazlıq Avropa ölkələri ilə ikitərəfli əlaqələrə də zərbə vurur.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev Azərbaycan vətəndaşlarına viza verilməsində yaranan çətinliklərlə bağlı məlumatsız olduğunu bildirir:

"Maraqlanaram. Belə hallar kütləvi xarakter daşıyırsa, Milli Məclisdə qaldırıla bilər. Bəzi Avropa ölkələrinin, konkret olaraq Fransanın mövqeyi siyasi kriteriyalara görə mümkündür. Digər dövlətlərlə bağlı, ola bilər, qanunsuz miqrasiya, terrorçuluqla mübarizə və s. məsələlərlə əlaqələndirilir. Araşdırılmalıdır. Hesab edirəm ki, Xarici İşlər Nazirliyi həmin ölkələrin Bakıda fəaliyyət göstərən səfirliklərinin konsulluq şöbələri ilə əlaqə saxlamalı və izahat tələb etməlidirlər. Alınan cavablar ictimaiyyətə açıqlanmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Turizm   Baxılıb: 1394   Tarix: 07 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana Amerika qitəsi ölkələrindən 5 747 turist gəlib. "Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 % çoxdur. Üç ay ərzində daha çox turist ABŞ-dən gəlib - 3 789 nəfər. Bu göstərici 1 il əvvələ nisbətə

30 may
.

Azərbaycan və Özbəkistan üçüncü ölkələrdə birgə turizm tədbirləri keçirəcəklər

Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov və bu ölkənin Turizm Komitəsinin sədri Abdulaziz Akkulov görüş zamanı turizm potensialının təşviqi və qarşılıqlı turist axınının artırılması məqsədilə üçüncü ölkələrdə birgə tədbirlər keçirmək barədə razılığa gəliblər. xəbər verir ki, bu barədə Özbəkistanı

23 sentyabr
.

10-dan çox ölkədən "hazır ol" ÇAĞIRIŞI: Ərzaq, su toplanılır - NƏ BAŞ VERİR?

ABŞ, Britaniya, Fransa, Almaniya, Yaponiya, Norveç, Estoniya, İsveçrə və digər bir neçə ölkədə əhaliyə fövqəladə vəziyyətlərə - müharibə, internet kəsintisi, böhran durumlarına hazırlıq görmələri ilə bağlı çağırış edilib. xəbər verir ki, hökumətlər xalqın bəzi ölkələrdə 3 gün, bəzilərində bir həftəli

1 noyabr
.

Netanyahu Trampa xəbərdarlıq edib: İsrail İrana qarşı yeni zərbələr endirməyə hazırdır

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa bildirib ki, əgər Tehran yenidən nüvə proqramını aktivləşdirməyə cəhd edərsə, Təl-Əviv İrana qarşı yeni zərbə endirəcək. xəbər verir ki, bu barədə "The Wall Street Journal" Ağ Evdəki mənbələrə istinadla məlumat yayıb. Xəbər

12 iyul 2025
.

Xaricə səfərdən əvvəl bu 4 məqama diqqət edin - Ekspertdən TÖVSİYƏ

Fransada keçirilən etiraz aksiyaları fonunda Azərbaycan Xarici İşlər Nazirliyinin bu ölkəyə səfərlə bağlı xəbərdarlıq və tövsiyələri turistlərin səyahət planlarına yenidən baxmasına səbəb ola bilər. Təhlükəsizliklə bağlı narahatlıqlar bəzi şəxslərin səfərlərini təxirə salmasına, alternativ istiqamətlə

21 oktyabr
.

Türkiyədə daha bir MƏKTƏB FACİƏSİ - 2 ölü, 2 yaralı

Türkiyənin Diyarbakır şəhərinin Ergani rayonunda məktəblərin birində faciə yaşanıb. "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə səhər saatlarında baş verib. Məlumata görə, məktəbin həyətindəki ağaca ildırım düşüb. Nəticədə ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırı

18 aprel
.

Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı

ABŞ-nin Oreqon və Nevada ştatlarının sərhədində yerləşən qədim bir vulkanın (McDermitt Kalderası) altında dünyanın ən böyük litium yatağı kəşf edilib. Bu kəşf həm enerji sektoru, həm də qlobal iqtisadiyyat üçün böyük bir inqilab deməkdir. xəbər verir ki, tədqiqatçılar bu ərazidə təxminən 20 ilə 40 milyo

21 fevral
.

Bölgələrdə istirahət üçün nə qədər vəsait lazımdır? - AÇIQLAMA

Bölgələrdə ailəvi istirahətin qiyməti seçilən rayon, otelin səviyyəsi, mövsüm və göstərilən xidmətlərdən asılı olaraq ciddi dəyişir. Hazırkı tur paketlərində 2 gün/1 gecəlik standart istirahət təxminən 100-200 manat, daha komfortlu və premium paketlər isə 250-400 manat aralığında təklif olunur. Bəs

28 avqust
.

NYT: ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir

ABŞ xüsusi xidmət orqanları hesab edir ki, İranın yeni ali rəhbəri ayətullah Müctəba Xamenei nüvə silahının yaradılmasına atasına nisbətən əhəmiyyətli dərəcədə daha çox maraq göstərir. "Report" xəbər verir ki, bu barədə kəşfiyyatın qiymətləndirmələri ilə tanış olan ABŞ rəsmilərinə istinadə

26 iyul
.

Son xəbərlər
. Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ. Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi. General Natiq Əliyevin qızı saxlanıldı (FOTO). Boşanma zamanı evin taleyi necə həll olunur? - Əmlak bölgüsünün qaydaları - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA. Lənkəranda bir ailənin nədən zəhərləndiyi bilindi. "Son rolunu oynamaq ona qismət olmadı" - Aslan Fətullayevin ölümü ilə bağlı kövrək təfərrüatlar. Xoşqədəm Baxşəliyeva ADY-dən danışdı: "Ora biabırçılıqdır" - Foto. Dublində Avropa Siyasi Birliyinin sammiti: Azərbaycanın beynəlxalq diplomatiyada artan rolu və yeni geosiyasi perspektivlər. Motosikletlə vurulan məktəbli xəstəxanaya yerləşdirilib - Video-Yenilənib. Saxta zeytun yağını necə müəyyən etmək olar? - Alıcıların diqqət etməli olduğu məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA. Ərazi bütövlüyünün bərpasından sonra Konstitusiyanın əhəmiyyəti daha da artıb. Avropa Siyasi Birliyinin Dublin sammiti: yeni geosiyasi reallıqlar və Azərbaycanın artan strateji əhəmiyyəti. MİQ-dən keçə bilməyənlər repetitorluq edir: Şagirdlərin təhsil keyfiyyətinə kim nəzarət edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA. Avropa Siyasi Birliyinin Dublin sammiti: dəyişən geosiyasi reallıqlar, təhlükəsizlik çağırışları və Azərbaycanın strateji mövqeyi. Avropa Siyasi Birliyinin sammiti yeni geosiyasi reallıqlar fonunda: Azərbaycanın artan strateji çəkisi və diplomatik imkanları

vipemlak.az