Banqladeş və Myanmada Mocha qasırğası səbəbindən yüz minlərlə insan təxliyə ediləcək
Banqladeş və Myanma, Benqal körfəzində Mocha qasırğasının qüvvəyə minməsi ilə əlaqədar sahil bölgələrindəki yüz minlərlə insanın təxliyə ediləcəyini açıqlayıb.
Sonxeber.az xəbər verir ki, Hindistan Meteorologiya Departamenti (IMD) Mocha qasırğasının bazar günü Banqladeşin cənubundakı Koks-Bazar sahil şəhəri və Myanmanın Kyaukpyu bölgəsinə saatda ən azı 160 kilometr sürətlə vuracağını açıqlayıb.
IMD balıqçılar və digər gəmiləri Benqal körfəzi ilə Andaman dənizi arasında səyahət etməmələri barədə xəbərdar edərək, bölgədə güclü yağışların və qasırğanın müşahidə ediləcəyini deyib.
İki ölkənin səlahiyyətliləri sahilyanı bölgələrdə yüz minlərlə vətəndaşını təxliyə etməyə hazırlaşarkən, xalqı sahilyanı ərazilərdən uzaq durmağa çağırıb.
Banqladeşdə sabah evakuasiya ediləcək insanların sayının 500 minə yaxınlaşacağı təxmin edilərkən, bölgədə 576 müvəqqəti sığınacaq yerinin xidmət göstərəcəyi bildirilir.
Səlahiyyətlilər, bölgələrdə təcili yardım qruplarının və təcili ləvazimatların hazır olduğu və bir çox könüllü yardım təşkilatının işə dəstək verəcəyi barədə məlumat paylaşıb.
Myanma Meteorologiya və Hidrologiya Departamentinin direktoru Hla Tun, sahilyanı ərazilərdə baş verə biləcək daşqınlar və torpaq sürüşmələri ilə bağlı xəbərdarlıq edildiyini bildirib.
Dövlətin nəzarətində olan "Global New Light of Myanmar" qəzetindəki xəbərdə qasırğadan təsirlənəcəyi gözlənilən Arakan əyalətinin qərb sahilində yaşayan minlərlə insanın təxliyyə olunmağa başladığı qeyd edilib.
Hindistan Meteorologiya Xidmətindən Rajendra Kumar Jeamani, bu ilin Hind okeanının şimalında ilk qasırğa olacağına diqqət çəkərək, "Qasırğa şiddətlidir və ehtimal ki, Myanma və Banqladeşdə milyonlarla insana təsir edəcək". qiymətləndirməsini etdi.
İlin bu vaxtında Benqal körfəzində tropik fırtınalar tez-tez baş versə də, 1999-cu ildə Odişada baş verən və sürəti saatda 260 kilometrə çatan qasırğa təxminən 10 min insanın ölümünə səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 1784 Tarix: 12 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycana Amerika qitəsi ölkələrindən 5 747 turist gəlib. "Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 % çoxdur. Üç ay ərzində daha çox turist ABŞ-dən gəlib - 3 789 nəfər. Bu göstərici 1 il əvvələ nisbətə
30 mayAzərbaycan və Özbəkistan üçüncü ölkələrdə birgə turizm tədbirləri keçirəcəklər
Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov və bu ölkənin Turizm Komitəsinin sədri Abdulaziz Akkulov görüş zamanı turizm potensialının təşviqi və qarşılıqlı turist axınının artırılması məqsədilə üçüncü ölkələrdə birgə tədbirlər keçirmək barədə razılığa gəliblər. xəbər verir ki, bu barədə Özbəkistanı
23 sentyabr10-dan çox ölkədən "hazır ol" ÇAĞIRIŞI: Ərzaq, su toplanılır - NƏ BAŞ VERİR?
ABŞ, Britaniya, Fransa, Almaniya, Yaponiya, Norveç, Estoniya, İsveçrə və digər bir neçə ölkədə əhaliyə fövqəladə vəziyyətlərə - müharibə, internet kəsintisi, böhran durumlarına hazırlıq görmələri ilə bağlı çağırış edilib. xəbər verir ki, hökumətlər xalqın bəzi ölkələrdə 3 gün, bəzilərində bir həftəli
1 noyabrXaricə səfərdən əvvəl bu 4 məqama diqqət edin - Ekspertdən TÖVSİYƏ
Fransada keçirilən etiraz aksiyaları fonunda Azərbaycan Xarici İşlər Nazirliyinin bu ölkəyə səfərlə bağlı xəbərdarlıq və tövsiyələri turistlərin səyahət planlarına yenidən baxmasına səbəb ola bilər. Təhlükəsizliklə bağlı narahatlıqlar bəzi şəxslərin səfərlərini təxirə salmasına, alternativ istiqamətlə
21 oktyabrTürkiyədə daha bir MƏKTƏB FACİƏSİ - 2 ölü, 2 yaralı
Türkiyənin Diyarbakır şəhərinin Ergani rayonunda məktəblərin birində faciə yaşanıb. "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə səhər saatlarında baş verib. Məlumata görə, məktəbin həyətindəki ağaca ildırım düşüb. Nəticədə ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırı
18 aprelQədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı
ABŞ-nin Oreqon və Nevada ştatlarının sərhədində yerləşən qədim bir vulkanın (McDermitt Kalderası) altında dünyanın ən böyük litium yatağı kəşf edilib. Bu kəşf həm enerji sektoru, həm də qlobal iqtisadiyyat üçün böyük bir inqilab deməkdir. xəbər verir ki, tədqiqatçılar bu ərazidə təxminən 20 ilə 40 milyo
21 fevralBölgələrdə istirahət üçün nə qədər vəsait lazımdır? - AÇIQLAMA
Bölgələrdə ailəvi istirahətin qiyməti seçilən rayon, otelin səviyyəsi, mövsüm və göstərilən xidmətlərdən asılı olaraq ciddi dəyişir. Hazırkı tur paketlərində 2 gün/1 gecəlik standart istirahət təxminən 100-200 manat, daha komfortlu və premium paketlər isə 250-400 manat aralığında təklif olunur. Bəs
28 avqust