KİV: Antalya sahillərində tapılan cəsədlər miqrantlara aid ola bilər
Bu həftə Antalya vilayətinin sahillərində aşkarlanan cəsədlərin qayığı batan qeyri-qanuni miqrantlara aid ola bilər.
Bu ehtimalla "Habertürk" telekanalı çıxış edib.
Təkcə son beş gündə Antalyanın Alanya və Manavqat bölgələrində çimərliklər yaxınlığında altı kişi və qadın cəsədi sudan çıxarılıb. İlkin məlumata görə, onlar uzun müddət suda qalıblar.
Məhkəmə-tibb ekspertləri hələ ki, ölənlərin kimliyini müəyyən etməyiblər. Cəsədlərdən birinin təxminən iki həftə əvvəl Antalyada yoxa çıxan 18 yaşlı Türkiyə vətəndaşına aid ola biləcəyi ilə bağlı fərziyyələr mövcuddur.
Onun şəxsiyyətini müəyyən etmək üçün mümkün qohumlarından DNT nümunələri götürülüb.
Bu arada ölənlərin qeyri-qanuni miqrantlar olduğu və cəsədlərinin Antalya sahilinə axın tərəfindən gətirildiyi ehtimal edilir.
Antalyanın qərbində yerləşən Egey dənizi Avropaya aktiv qeyri-qanuni miqrasiya sahəsi olaraq qalır. Bölgədəki Türkiyə Sahil Mühafizəsi mütəmadi olaraq qeyri-qanuni mühacirləri daşıyan qayıqların qarşısını alır və ya qayıqları batdıqdan sonra insanları xilas edir.
Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 954 Tarix: 22 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran rəsmisi: Raket çatışmazlığımız yoxdur, bu, sadəcə taktika dəyişikliyidir
İranın İsrailə zərbə endirmək üçün raket çatışmazlığı yoxdur. "Report" xəbər verir ki, bu barədə İranın yüksək rütbəli rəsmisi CNN-ə bildirib. Mənbə qeyd edib ki, İran İsrailə raket atılması strategiyasını dəyişərək, zərbələrin sayını deyil, keyfiyyətini əsas götürür. İndi çoxsaylı raket buraxılışlar
21 iyun 2025ABŞ-də parkda silahlı qarşıdurma: Ölən və yaralananlar var
ABŞ-nin Nyu-Meksiko ştatının Las-Kruses şəhərində, parkda baş verən silahlı atışma nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "CBS4 Local" telekanalı məlumat verib. Hadisə zamanı yaralananların dəqiq sayının hələlik məlum olmadığı bildirilir. Məlumatda qeyd olunur ki, hazırda hadis
22 mart 2025Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycana Amerika qitəsi ölkələrindən 5 747 turist gəlib. "Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 % çoxdur. Üç ay ərzində daha çox turist ABŞ-dən gəlib - 3 789 nəfər. Bu göstərici 1 il əvvələ nisbətə
30 mayBraziliyada bir uşaq köpəkbalığı hücumu nəticəsində ölüb
Braziliyanın Olinda şəhərinin çimərliyində 13 yaşlı yeniyetmə köpəkbalığı dişləməsi nəticəsində həlak olub. "Report" xəbər verir ki, bu barədə "Agência Brasil" məlumat yayıb. Agentliyin yazdığına görə, oğlan dənizdə dostları ilə oynayarkən köpəkbalığı ona hücum edərək sağ budunu
1 fevralTramp Uitkoff və Kuşnerin İslamabada səfərini ləğv edib
ABŞ Prezidenti Donald Tramp xüsusi elçi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün Pakistana səfərini ləğv edib. "Report"un məlumatına görə, o, bunu "Fox News" telekanalının jurnalisti Aişə Hesniyə deyib. Jurnalist "X" sosial şəbəkəsində yazı
26 aprel