Dünyanın ən xoşbəxt insanlarının yaşadığı on şəhər - SİYAHI
Reytinqdə şəhərlər üç kateqoriyaya bölünüb.
Danimarkanın Orhus şəhəri 2023-cü ildə ən xoşbəxt sakinləri olan şəhər kimi tanınıb.
Lent.az xarici mediaya istinadən məlumat verir ki, Danimarkanın bu ikinci ən böyük şəhəri Yutlandiya yarımadasının şərqində, paytaxt Kopenhagendən təxminən 187 kilometr məsafədə yerləşir. Skandinaviya ölkələrinin sakinlərinin çox vaxt ən xoşbəxt kimi tanındığını nəzərə alsaq, bu qərar sürpriz olmadı.
"Happy City Index 2023" reytinqinin qalibini müəyyən etmək üçün Britaniyanın "Institute for Quality of Life" tədqiqat şirkəti dünyanın 200 şəhərini təhlil edib.
Reytinqdə nəzərə alınan digər amillər arasında təhsil, inklüziv siyasət, iqtisadi şərait, mobillik, ətraf mühitin mühafizəsi, yaşıl ərazilərə çıxış, innovasiya, təbii şərait, fəlakətlərə davamlılıq və konkret şəhər sakinlərinin xoşbəxtliyinə təsir edən bir çox digər amillər daxil olub.
Eyni zamanda, reytinqdə şəhərlər şərti olaraq üç kateqoriyaya bölünüb: qızıl şəhərlər (1-23 yerlər), gümüş (24-100) və bürünc (101-200).
Hazırda dünyanın ən xoşbəxt şəhərləri kimi aşağıdakılar tanınır:
• 1. Orhus, Danimarka (1614,2 bal).
• 2. Sürix, İsveçrə (1611).
• 3. Vankuver, Kanada (1605).
• 4. Nyu-York, ABŞ (1602).
• 5. Cenevrə, İsveçrə (1599,9).
• 6. Monreal, Kanada (1596,5).
• 7. London, Böyük Britaniya (1586,9).
• 8. Brisben, Avstraliya (1585,2).
• 9. Amsterdam, Hollandiya (1578,1).
• 10. San-Fransisko, ABŞ (1577,1).
Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 1502 Tarix: 12 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı
ABŞ-nin Oreqon və Nevada ştatlarının sərhədində yerləşən qədim bir vulkanın (McDermitt Kalderası) altında dünyanın ən böyük litium yatağı kəşf edilib. Bu kəşf həm enerji sektoru, həm də qlobal iqtisadiyyat üçün böyük bir inqilab deməkdir. xəbər verir ki, tədqiqatçılar bu ərazidə təxminən 20 ilə 40 milyo
21 fevralTramp Uitkoff və Kuşnerin İslamabada səfərini ləğv edib
ABŞ Prezidenti Donald Tramp xüsusi elçi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün Pakistana səfərini ləğv edib. "Report"un məlumatına görə, o, bunu "Fox News" telekanalının jurnalisti Aişə Hesniyə deyib. Jurnalist "X" sosial şəbəkəsində yazı
26 aprelAzərbaycana Çindən turist axını iyunda 76 % artıb
Bu ilin iyun ayında Azərbaycana ölkələrindən 237 509 turist ziyarət edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 11 % azdır. "Report" bu barədə Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir. Sənədə əsasən, ötən ay Azərbaycana ən çox turist 73 415 ( - 11 %) nəfər olmaqla Rusiyada
24 iyul 2025Konqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb
Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola hallarının sayı 7 00-i keçib, təxminən 3 400 nəfərin öldüyü bildirilir. Bu barədə hökumətin yayımladığı son hesabatda məlumat verilib. Sentyabrın 10-na olan məlumata görə, səhiyyə orqanları 7 022 təsdiqlənmiş yoluxma və 3 398 ölüm halı qeydə alıb. Beləliklə
12 sentyabr"Haaretz": İsrail "erməni soyqırımı"nı tanımaqla heç nə qazanmayacaq
İsrail "erməni soyqırımı"nı tanımaq üçün uğursuz məqam seçib və ölkə bu qərardan heç nə qazanmayacaq. "Report" xəbər verir ki, bu barədə İsrailin "Haaretz" nəşri diplomatik mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, bu qərar (İsrail hökumətinin - red.) Ermənistanı
4 iyulKİV: ABŞ-də minlərlə nümayişçi miqrasiya xidmətinə qarşı çıxıb
ABŞ-nin bəzi şəhərlərində Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) fəaliyyətinə qarşı etiraz aksiyaları keçirilib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb. "ICE - rədd ol!" - şüarının səsləndirildiyi qeyd olunub. Qəzetin məlumatın
1 fevral