İrəvanda polis Azərbaycana qarşı döyüşmüş generalın oğlunu saxlayıb maşınını əlindən aldı...

İrəvanda polis Azərbaycana qarşı döyüşmüş generalın oğlunu saxlayıb maşınını əlindən aldı...Polis 1990-cı illərdən bəri "artsax qəhrəmanı" kimi sayılan separatçı-terrorçu general Samvel Karapetyanın oğlunun şəxsi avtomobilini saxlayaraq ona baxış keçirib, fiziki güc tətbiq edib və avtomobili xüsusi saxlanc yerinə aparıb.

Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bunu vəkil Roman Yeritsyan öz "Facebook" səhifəsində yazıb.

"Dünən Saryan küçəsində məhkəmənin qərarı olmadan polis əməkdaşları artsax qəhrəmanı Samvel Karapetyanın oğlu Valeri Karapetyanın şəxsi avtomobilini maskalı şəxslərin köməyi ilə saxlayaraq onu və dostunu heç bir əsas olmadan yerə yıxıblar, fiziki güc tətbiq edərək saçından dartıblar. Sonra onlar heç bir səbəb göstərmədən maşını xüsusi saxlanc yerinə aparıb və bu gün də(03.07. 2024-S.L.) geri qaytarmaqdan imtina ediblər.
Axtarış nəticəsində cinayət məsuliyyətinə əsas verə bilən heç bir şey aşkar edilməyib", - deyə erməni vəkil bildirib.

Zəruri arayış:

Separatçı-terrorçu general Samvel Karapetyan 1992-2000-ci illərdə - Azərbaycanın işğal edilmiş ərazilərində "mərkəzi müdafiə rayonu"nun qurucu komandiri, 2000-ci ildən –separatçı-terrorçu rejimin qondarma "müdafiə ordusu" komandirinin müavini və "müdafiə naziri"nin müavini olub. Qondarma "artsax qəhrəmanı"dır, "artsax azadlıq hərbçiləri ittifaqı"nın sədridir.

S.Karapetyan Araz çayından Ömər aşırımına qədər olan ərazidə (Şuşa, Laçın, Ağdərə, Kəlbəcər, Füzuli və s. yaşayış məntəqələrinin işğalı zamanı) döyüşlərdə Azərbaycan ordusuna və dinc əhalisninə qarşı hərbi əməliyyatlarda iştirak edib. Dəfələrlə döyüşlərdə yaralanmış, Horadiz yaxınlığında ağır yaralandıqdan sonra yalnız cərrahın 3 günlük əməliyyatı sayəsində xilas olmuşdur.

İstintaqın rəyinə görə, S.Karapetyan 2008-ci il martın 1-də Ermənistanda keçirilən etiraz aksiyaları zamanı nümayişçilərin güllələnməsinə əmr verən komandirlərdən biri olub.

Başqa sözlə, Kremlin tulaları Robert Köçəryan və Serj Sərkisyanın əlaltılarından olub və əli həm Azərbaycan, həm də erməni xalqlarının qanına batıb...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1356   Tarix: 04 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bəzi mağazalar niyə QR-kodla ödənişdən imtina edir? "Biz "m10"la ödəniş götürmürük" - VİDEO

Bakıda bəzi mağaza və ticarət obyektlərində "m10" tətbiqi üzərindən QR-kod vasitəsilə ödənişlərin qəbul edilmədiyi bildirilir. Baku TV məsələni yerində araşdırmaq üçün paytaxtdakı iri ticarət mərkəzlərindən birində müşahidə aparıb. Təxminən səkkiz geyim mağazasına müraciət edilərək "m10"

12 sentyabr
.

Qarabağ həqiqətlərinə ən sərt cavab: Diplomatlar bölgədə yeni reallığı öz gözləri ilə gördülər

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı genişmiqyaslı bərpa-quruculuq prosesi növbəti dəfə beynəlxalq diplomatik korpusun diqqət mərkəzinə gəlib. Sentyabrın 11-də Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycand

12 sentyabr
.

Sosial müavinətlərlə bağlı AÇIQLAMA

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 97 798 nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 52,9 %-ni kişilər

13 sentyabr
.

Dəhşətli bir qış gəlir - Havalar...

"Həm payızda, həm də qışın əvvəlində dünyanın orta temperaturu normadan bir qədər yüksək olacaq". Bu sözləri Ölkə.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi Coğtafiya İnstititunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bu il payız mövsümünü

13 sentyabr
.

"Tənha, kimsəsiz insanlar da var, övladları olanlar da" - Azərbaycanda ahıllar üçün mərkəzlər necə işləyir?

Azərbaycanda qocalar evlərinə yerləşdirilən yaşlıların sayında azalma müşahidə olunur. Halbuki son illərin sosial-iqtisadi çətinlikləri - pandemiya, müharibələr və ümumilikdə cəmiyyətdə baş verən dəyişikliklər fonunda ailəsindən ayrı düşən, övladları tərəfindən tərk edilən yaşlıların sayının artacağ

13 sentyabr
.

Bu təqaüd 100 manata QALDIRILA BİLƏR - DEPUTAT

Müharibə veteranları və qazilərə ödənilən sosial ödənişlərin artırılması məsələsi yenidən gündəmə gəlib. Hazırda müharibə veteranlarına aylıq 80 manat Prezident təqaüdü ödənilir. Mövzu ilə bağlı Milli Məclisin deputatı Rövşən Muradov -a açıqlama verib:. Qazilər və müharibə veteranlarına sosial dəstəyi

13 sentyabr
.

Dənizə getmək istəyənlərin nəzərinə!

Bu gün Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, çimərliklərdə cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərind

12 sentyabr
.

"İttiham yox, sübut tələb olunur!" - David Seliverstov bu saytlarla bağlı məhkəməyə müraciət edir

Son günlər mənimlə bağlı müxtəlif media resurslarında yayılan məlumatlar və səsləndirilən fikirlərlə əlaqədar olaraq mövqeyimi ictimaiyyətin diqqətinə çatdırmağı zəruri hesab edirəm.Mən Azərbaycan Respublikasının övladıyam və yəhudiyəm. Mənim dünyagörüşümün formalaşmasında həm Azərbaycan dəyərlərinin

13 sentyabr
.

33 dərəcə isti, yağış, külək... - Sabahın havası

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir, cənub küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, havanın temperaturu gecə 18-21 isti, gündüz 26-31 isti olacaq. Atmosfer təzyiqi 76

13 sentyabr