Hesablama Palatası Naxçıvan Ali Məclisində nöqsanlar aşkar edib
Hesablama Palatasının 2024-cü il üzrə İş planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası AIi Məclisi tərəfindən dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktlara uyğunluğuna dair audit aparılmışdır. Audit 2023-cü ili əhatə etmişdir. 2023-cü il üçün Ali Məclisi üzrə 6,3 mln. manat proqnozlaşdırılmış və 4,3 mln. manat xərc icra edilmişdir.
Audit zamanı əsasən aşağıdakılar müəyyən edilmişdir:
Ali Məclisin saxlanılması üçün ayrılmış vəsaitlərdən smetası rəsmiləşdirilməyən tədbirlərə, funksional fəaliyyətlə birbaşa əlaqəsi olmayan və xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə 78,9 min manat artıq vəsait xərc olunmuşdur.
Ali Məclisin əməkdaşlarına artıq və qanunvericiliyin tələblərinə uyğun olmayan 79,2 min manat əmək haqqı, əlavə və mükafatlar ödənilmiş və buna uyğun sığorta haqqı xərcləri hesablanmışdır.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 19-cu maddəsinin 4-cü bəndinin tələbləri gözlənilmədən ödənişli fəaliyyətlə məşğul olduqları halda 35 deputatın statusu saxlanılmış və həmin şəxslərə 2023-cü ildə hesablanmış əmək haqqı xərcləri 312,2 min manat təşkil etmişdir.
2023-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin saxlanılması üzrə vahid büdcə təsnifatının tələbinə əməl edilməyərək ümumillikdə 32,4 min manat və satınalma keçirilmədən isə 69,3 min manat xərc edilmişdir.
Ali Məclisin aparatı üzrə satınalma prosedurları həyata keçirilmədən, tələbatı əsaslandırılmayan və müvafiq qaydada rəsmiləşdirilməyən, tarixi, mədəniyyəti təcəssüm etdirməyən və xatirə xarakteri daşımayan hədiyyələrin və s. alınmasına 5,2 min manat vəsait birbaşa xərc edilmişdir.
Audit zamanı müəyyən edilmişdir ki, təşkilatın xəzinə hesabından əlavə Naxçıvanın İnkişafı və Müdafiə Fonduna məxsus 31,5 mln. manat vəsait bank hesabında qalıq olaraq saxlanılmışdır.
Hesablama Palatasının Kollegiyası tərəfindən əsassız xərclənmiş vəsaitlərin büdcəyə bərpası, xərclərin düzgün rəsmiləşdirilməsi və qanunvericiliyin tələblərinə, eləcə də dövlət əmlakının təyinatına uyğun istifadəsi üzərində nəzarətin gücləndirilməsi barədə qərar verilmişdir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 592 Tarix: 05 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Baş nazir selin fəsadları ilə bağlı TAPŞIRIQLAR VERDİ
Aprelin 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə bir sıra mərkəzi, şəhər və rayon hakimiyyət orqanlarının rəhbər şəxslərinin iştirakı əsasında müşavirə keçirilib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, müşavirədə martın 26-28-də respublikanı
4 aprelBakıda 317 minlik DƏLƏDUZLUQ: Xalq artistinin kürəkəni TUTULDU - FOTO
Bakıda qızıl satışı adı ilə 317 minlik dələduzluq edənlə bağlı yeni fakt məlum olub. -a istinadən xəbər verir ki, saxlanılan iki nəfərdən biri - Rüfət Qasımzadə mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkənidir. 13:38. Bakıda qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq edən ik
4 aprelPensiyalar yenə artacaq?
2026-cı ildə Azərbaycanda əmək pensiyalarının artırılması ilə bağlı qərar qüvvəyə minib. Rəsmi məlumatlara əsasən, pensiyalar ötən ilin orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilib. Artım təxminən 9-10 faiz təşkil edib ki, bu da minlərlə pensiyaçının gəlirlərində artıma səbəb olub
4 aprelAzərbaycanda evlənmək istəyənlərə EV VERİLƏ BİLƏR - YENİ TƏKLİFİN DETALLARI
Son zamanlar ölkədə ailə qurmaqdan çəkinənlərin sayı artıb. Bu səbəbdən evliliklərin sayında əvvəlki illərlə müqayisədə azalma müşahidə olunur. Əsas səbəblərdən biri gənclərin şəxsi mənzilə sahib olmamasıdır. Hazırda ev almaq üçün minimum 80-100 min manat vəsait tələb olunur ki, bu da həm yüksək gəlir
4 aprelSağlamlığımıza niyə laqeyd yanaşırıq? - AÇIQLAMA
Gündəlik həyatın sürəti, stress və müxtəlif psixoloji faktorlar bəzən insanları ən dəyərli şey - sağlamlıq qarşısında belə laqeyd edir. Çoxları riskləri bilsə də, yenə də özünə zərər verən davranışlardan imtina etmir. Bəs görəsən nədir bunun səbəbi? . Psixoloq G.Qədirli bu barədə -a açıqlama verib:
3 aprelMəhərrəm ayının başlayacağı tarix AÇIQLANDI
Bu il Azərbaycanda Məhərrəm ayı iyunun 16-da başlayacaq. Bu ayın ən önəmli günü hesab edilən Aşura günü isə iyunun 25-nə təsadüf edəcək. Məhərrəm ayı hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur. Qeyd edək ki, Məhərrəm ay
5 aprelSkuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Piyadalar üçün gözlənilməz risk mənbəyinə çevrilən skuterlər yol hərəkətində yeni qaydalar və məsuliyyət məsələsini gündəmə gətirib. Xəzər TV-yə istinadla xəbər verir ki, son dövrlərdə skuter kimi kiçik elektrik nəqliyyat vasitələrindən istifadə edənlərin sayında kəskin artım müşahidə olunur. Daxil
5 aprelTƏCİLİ! Xəzərdə gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. agentliyə istinadən xəbər verir ki, xəbərdarlığa əsasən, aprelin 5-i gündüzdən Xəzər dəniz akvatoriyasınd
5 aprel