Restoranlardan tərbiyə QAYDASI: Müştəridən artıq qalan yeməyə görə ÖDƏNİŞ TƏLƏB EDİLSİN
Yemək tullantıları qıda və içki sektorunun qarşısını almağa çalışdığı bir problemdir. Hər gün dünyada restoranlar tərəfindən tonlarla yemək tullanır. Belə ki, bəzi müştərilər yeyə bilməcəyi qədər sifariş verir yaxud verdikdən sonra həmin yeməklərə əl vurmur. Bu da israfçılığa yol vermək deməkdir. Artıq qalan yeməklər qeyd etdiyimiz kimi, ya rstoranlarda atılır, ya da restoranlar tərəfindən başqa müştəriyə təqdim edilir. Türkiyədə fəaliyyət göstərən restoranlarda fəqli bir mexanizm mövcuddur. Müştəri qabağında artıq qalan yeməyin pulunu verməyə borcludur. Bu da bir növ müştəriyə verilən bir mesajdır. Azərbaycanda restoranlar artıq qalan yeməklərə görə ödəniş tələb edə bilərmi?
Mövzunu Sonxeber.az-a danışan sosioloq Mətanət Məmmədova deyib ki, bu məsələ hər kəsi narahat edən mövzudur. Dəfələrlə mətbuatda xəbərimiz olub ki, bununla əlaqədar kütləvi zəhərlənmələr baş verib:
"Bunun da səbəbi məhz restoranda dünəndən hazırlanmış qidaların təqdim olunmasıdır. Bu yolverilməz bir haldır. Bu restoran sahibi tərəfindən müştərini təhqir etmək deməkdir. O biri müştərinin qabağında artıq qalan yeməyin digər müştəriyə təqdim olunması ilk növbədə onların hüquqlarının pozulması deməkdir. Ümumiyyətlə müştərilər yeyə biləcəkləri qədər sifariş verməlidir. Elə sifarişlər verilməlidir ki, bu yeməklər israf olunmasın. Yeməklər masanın üzərində qalmamalıdır. Bu müştərilərin öz büdcəsi üçün zərərdir. Sifarişi verirlər və yemədikləri üçün masanın üzərində qalır. Lakin onu elə tənzimləmək lazımdır ki, müştərilər yeyəcəkləri qədər sifariş versinlər. Masanın üzərində yemək qalıbsa sözsüz ki, atılmalıdır".
Sosioloqun sözlərinə görə, Türkiyə variantında artıq qalan yeməyə görə ödəniş edilməsi çox real bir məsələdir. Bu üsulun bizim restoranlarda tətbiq edilməsi isə çox gözəl olar:
"Bu ona işarədir ki, müştəri yeyə biləcəyi qədər yemək almırsa, onun məcbur pulunu ödəməlidir. Bu bir növ insanları tərbiyə etmək üsuludur. Bizdə bir sıra üsullar var. Bildiyimiz kimi, toy məclislərində artıq qalan yeməyin pulu alınır. Lakin dəfələrlə şahidi olmuşuq ki, həmin yeməklər səhəri günü başqa bir toyda istifadə olunur. Bu da kütləvi şəkildə zəhərlənmələr ilə nəticələnir. Bunlar yolverilməzdir. Bunlara ciddi nəzarət edilməlidir və cəza tədbirləri görülməlidir. İstər kiçik rstoranlar, istərsə də toy mərasimləri olsun. Burada artıq qalan yeməklər atılmalıdır. Həmin yeməkləri kim sifariş veribsə, artıq qalan yeməklərin pulu tam şəkildə ödənilməlidir. Türkiyədə olan bu qaydanın tətbiq olunması çox gözəl olar və effekt verər. Hər kəs başa düşəcək ki, insanlar yeyə biləcəkləri ədər sifariş verməlidir".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?