Metroda kondisioner istəyənlərin NƏZƏRİNƏ: Yeni qatarlar bu tarixdən İSTİFADƏYƏ VERİLƏCƏK

Metroda kondisioner istəyənlərin NƏZƏRİNƏ: Yeni qatarlar bu tarixdən İSTİFADƏYƏ VERİLƏCƏKBildiyimiz kimi, bir neçə müddətdir ölkə ərazisində qeyri-sabit hava şəraiti müşayiət olunur. Sərin havalardan sonra paytaxt Bakı şəhərində mövcud istilər evdə, iş yerlərində, ictimai nəqliyyatda soyutma sistemini aktuallaşdırır. İsti havalarda insanlar sərinliyi daha çox yerin altında-yəni metroda axtarır. Lakin sərnişin sıxlığı və bir sıra qatarların köhnə olması bu məsələni bir qədər qəlizləşdirir. "Bakı Metropoliteni"ndə mövcud qatarlar arasında yeni nəsil, soyutma sistemi olan qatarlar fəaliyyət göstərir. Lakin buna baxmyaraq, metroda hələ də köhnə standartlara uyğun qatarları görmək mövcuddur.

Köhnə nəsil qatarlarda soyutma sistemi yoxdur və sıxlıq olduğu üçün nəfəsliklər açıq qoyulur. Əlbəttə ki, bu tək nəfəslik ilə həll olan bir problem deyil. Metolarda sərnişin sıxlığından vətəndaşlar arasında istidən huşunu itirmə və infarkt keçirənlər olub. Bütün bunları nəzərə aldıqda, metrolarda köhnə qatarlar nə vaxt yeniləri ilə əvəz olunacaq?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hal-hazırda "Bakı Metropoliteni"nin vaqon parkı 3 kateqoriya üzrə 61 qatardan ibarətdir. Metropolitenin 61 qatarından 23-ü isə yeni nəsil qatarlardır:

" Bağlanmış müqaviləyə əsasən yaxın 3 il ərzində Bakı metropoliteninə 65 yeni vaqon gətiriləcək. Bu vaqonlardan 35-i, yəni 7 qatar tərkibi bu il sonuna qədər "Bakı Metropoliteni"ndə olacaq. Beləliklə mövcud 23 qatarın sayı 30-a çatdırılacaq. Sərnişinlər əsas hərəkət xətti yaşıl və qırmızı rəngli xətlərdir. Yeni nəsil qatarlar məhz bu istiqamət üzrə hərəkət edir. Gün ərzində orta hesabla 40-43 qatar xətdə olur. 23 qatarın yeni olduğunu nəzərə alsaq, demək olar ki, xətdə olan qatarların yarısı yeni nəsil qatarlar hesab olunur. İstisna yalnız ondan ibarətdir ki, "Bakı Metropoliteni"n normativ tələblərinə uyğun olaraq, qatarlar mütləq qaydada 12-20 saat xətdə olduqdan sonra mütləq qaydada Nərimanov elektrik deposuna baxış, qulluq və texniki xidmət üçün təmirə göndərilməlidir".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2652   Tarix: 05 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

4 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr